Prezident Xalq artistinə ad günündə ev hədiyyə etdi
Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti Vidadi Həsənova ev hədiyyə verib.
Bu barədə aktyorun özü məlumat yayıb.
V.Həsənov Bakı şəhərində 3 otaqlı mənzillə təmin olunduğunu bildirərək dövlət başçısına təşəkkür edib:
“Mən bu tarixdə 62 yaşımı haqladım. Ad günümdə səmimi, xoş arzular da oldu, maraqlı və dəyərli hədiyyələr də. Hamınıza təşəkkür edirəm. Dostlar! O gün, xüsusilə bir hədiyyənin mənə və ailəmə bəxş etdiyi sevinci sizinlə bölüşmək istəyirəm. Bilmirəm, bəlkə, bu təsadüf idi? Əlbəttə, bu, təsadüf ola bilərdi. Bəlkə də sadəcə tarixlər üst-üstə düşmüşdü? Əlbəttə, belə də ola bilərdi. Amma mən belə düşünmək istəmirəm.
Bu, nə təsadüf idi, nə də tarixlərin üst-üstə düşməsi. Məncə bu, qayğıkeş bir rəhbərin, genişürəkli bir insanın hər bir ölkə vətəndaşına göstərdiyi diqqətin ibrətamiz bir nümunəsi idi. Bu yaxınlarda məni Bakı Şəhər İcra Hakimiyyətinə çağırıb, bir sərancam təqdim etdilər. Bu, Həsənov Vidadi İsmail oğluna, Bakı şəhərində 3 otaqlı mənzil verilməsi ilə bağlı möhtərəm Prezident cənab İlham Əliyevin sərancamı idi. Sərancamın tarixi isə - istəyirsiz inanın, istəyirsiz yox - məhz 16.07.2020-ci il idi. Dostlar! Bilmirəm, bəlkə, bu təsadüf idi? Bəlkə də, tarixlər üst-üstə düşmüşdü? Siz necə istəyirsiz düşünə bilərsiniz. Məncə, belə deyildi. Möhtərəm Prezident! Bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə Sizə dərin təşəkkürümü bildirirəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-07-2020, 13:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-07-2020, 13:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:10
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 12:07
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Dünən, 10:14
Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... - Xaçmazda "TAXT-TAC OYUNLARI"...
4-11-2024, 16:01