Evi sökülən sakinlər Mehriban Əliyevaya müraciət etdi

Ahıl yaşda olan 3 Azərbaycan vətəndaşı, şikayətçilər Dünya Əliyeva, Səkinəxanım Quliyeva və Briliant Əliyeva vitse-prezident Mehriban Əliyevaya və Dövlət Təhlükəsizliyi Xidmətinə müracət ünvanlayıblar.
Sürəti mətbuata göndərilən müraciətdə deyilir ki, onların mülkiyyət hüquqları tapdanır.
“2 ildən artıqdır ki, Azərbaycanın Ali Məhkəməsi mülkiyyət hüququmuzun tapdanmasını tanıyıb və bizlərə miras qalmış, qanunsuz olaraq sökülmüş əmlakımıza görə kompensasiya ödənilməsi haqda qərarını elan edib. Amma həmin qərar Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra olunmur. Məhkəmə qərarı əsasında Maliyyə Nazirliyindən alınıb bizə verilməli məbləği alıb vermirlər” deyə müraciət müəllifləri qeyd edir.
Şikayətçilər qeyd edir ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı ev paylı xüsusi mülkiyyətlərində olub: “Evimizi dövlət ehtiyaclarını səbəb gətirməklə sökdülər. Ev sökülərkən bu haqda bizdən razılıq belə alınmayıb. Bizlər evin dəyərinin tam ödənilməsi tələbi ilə məhkəmələrə müraciət etdik və nəhayətdə Azərbaycan Respublikası Ali Məhkəməsi haqlı olduğumuzu öz qərarı ilə təsdiqlədi, bizə tam olaraq kompensasiya verilməsi qərarlaşdı. Amma bu günə qədər həmin qərarın icrası qərəzli şəkildə ləngidilir.
Hörmətli, Mehriban xanım!
Biz artıq yorulmuşuq, yuxarıda qeyd edilən təşkilatlar məhkəmə qərarlarını belə icra etməkdən açıq-aşkar yayınırlar.
Xahiş edirik ki, bizə halal dədə-baba yurdumuzdan miras qalmış əmlakımızın kompensasiya məbləğinin məhkəmə qərarına əsasən icra edilməsinə göstəriş verilsin”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-07-2020, 16:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-07-2020, 16:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…