Daha iki həftəlik sərt karantin rejimi hansı dəyişikliklərə səbəb ola bilər? - ekspertlərdən fərqli rəylər
Məlum olduğu kimi, ölkənin 14 şəhər və rayonlarda sərt karantin rejimi iyulun 20-dən etibarən daha iki həftə də uzadılıb. Lakin bununla belə, küçəyə çıxmaq üçün alınan SMS icazənin müddəti 2 saatdan, 3 saatadək uzadılıb, karantinə görə bağlanmış bəzi xidmət sahələri, o cümlədən bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilib.
Rəsmilər koronavirusla bağlı ölkədəki vəziyyəti nəzərə alaraq, bu cür qərar verdiklərini açıqlayıblar. Bununla belə, sevindirici haldır ki, artıq bir neçə gündür ölkədə virusa yoluxanların sayı azalmağa doğru gedir. Əgər əvvəlki həftələrdə virusa yoluxanların sayı 550 nəfərdən aşağı düşmürdüsə, artıq son iki gündə bu rəqəm 100-150 nəfər az qeyd olunur. Məsələn, ötən günün statistikasına görə 369 nəfərdə yoluxma qeydə alınıb. Virusdan sağalanların da sayında yüksək rəqəmlər qeydə alınmaqdadır, son rəqəmə görə sağalanlar 523 nəfərdir.
Bəs son iki həftəlik sərt karantin rejimi daha böyük dəyişikliklərə gətirib çıxara bilərmi? Ekspertlərin sərt karantin rejiminin uzadılmasına münasibəti necədir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Adil Qeybulla sərt karantin rejiminin daha iki həftə uzadılmasının heç bir əhəmiyyəti olmadığını bildirdi: “Bir tərəfdə karantin rejimi elan olunur, digər tərəfdə isə ictimai nəqliyyatda sıxlıqdır. Gedin kənardan ictimai nəqliyyatı izləyin. Baxın, görün orada karantin varmı?
O gün ordumuza dəstək yürüşündə yüz minlərlə insan küçəyə çıxdı. Təsəvvür edin, nə qədər maskasız insan bir-biri ilə ünsiyyətdə, təmasda oldu, sosial məsafə gözlənimədi. Bundan sonra karantinin hansı əhəmiyyəti var? Bu, artıq kollektiv immunitetə getməkdir.
Rusiya mətbuatında yayılan məlumata görə, Moskva əhalisinin təxminən 60 faizi koronavirusa yoluxmuş vəziyyətdədir. Ən azı 70 faiz insanın virusa yolxuması kollektiv immunitetə getmək deməkdir. Bizdə də vəziyyət təxminən bu cürdür".
Adil Qeybulla son günlərdə ölkədə virusa yoluxanların sayının azalmasına da münasibət bildirib:
“Ümumiyyətlə, ölkədə koronavirusa yoluxma ilə bağlı elan olunan rəsmi rəqəmlərə əsaslanmaq olmaz. Çünki bilirik ki, əksər insanlar özləri həkim tapır, qeydiyyata düşmədən evdə müalicə alır. Onların sayı yetərincədir, hətta deyərdim ki, xəstəxanaya müraciət edənlərdən dəfələrlə çoxdur. Bu səbəbdən real vəziyyət tamamilə başqadır”.
Professor sərt karantin rejiminin bundan sonra ləğv edilməsinin daha məqsədəuyğun olduğunu bildirdi: “Sərt, ”evdə qal" karantin rejiminin ləğv olunmasının tərəfdarıyam. Amma bir şərtlə ki, insanlar bundan sonra da karantin qaydalarına ciddi əməl etsinlər, maska taxıb, sosial məsafə gözləsinlər, əllərini mütəmadi dezinfeksiya etsinlər. Metro, ictimai nəqliyyata, qapalı yerlərə qətiyyən maskasız girmək olmaz. Yəni insanların davranışlarına ciddi nəzarət etmək lazımdır. Yoxsa ki, “evdə oturun” deyirlər, insanlar da bir qədər evdə oturur, sonra düşüb həyətdə domino oynayır, başqaları ilə ünsiyyətdə, təmasda olurlar. Bina evlərinin həyətlərinə gedib, kənardan izləmisinizmi? Belə karantin olmur axı".
Adil Qeybulla bildirdi ki, insanların evdə qalıb, təmiz havadan, günəş şüalarından məhrum olması gələcək aylarda öz fəsadlarını göstərəcək:
“Koronavirus pandemiyası bitdikdən sonra insanların sağlamlıqlarında başqa problemlər ortaya çıxmağa başlayacaq. Bütün bunları unutmaq olmaz”.
Psixoloq Azad İsazadə isə qeyd etdi ki, karantin rejimi psixoloji baxımdan hər zaman insanlara mənfi təsir göstərib:
“Amma biz riskləri ölçüb-biçib, sonra seçim etməliyik. Yəni iki problemdən birini seçməliyik - ya koronavirusa yoluxmalı, ya da psixoloji, maddi və sosial problemlərlə yaşamalıyıq.
Təcrübə də göstərdi ki, bundan əvvəl karantin rejimi yumşalan kimi ölkədə yoluxanların sayı artmağa başladı. Yalnız ikinci karantin rejimindən sonra insanlar, cəmiyyət real virus təhlükəsini anlamağa, dərk etməyə başladı. Bunun da öz səbəbləri var. Əvvəllər mənbəyi məlum olmayan yerlərdən antivirus təbliğatı aparılırdı və bu təbliğat həddən artıq çox idi. Söhbət təkcə Azərbaycandan getmir, bütün dünyada vəziyyət bu cür idi. İnsanlar bu təbliğatların təsiri altında real təhlükəni görmür, müdafiə reaksiyası vermir, uzun müddət karantin stresində qalmaq istəmir, əvvəlki sərbəst yaşayış tərzində qalmaq istəyirdilər.
Lakin sonra qohumlar, dost-tanış arasında virusa yoluxanların və ölənlərin sayı artdıqda, insanlar reallığı qəbul etməyə başladılar və bu zaman karantin stressinin təsiri azalmağa, virusa yoluxma qorxusunun stressi artmağa başladı.
Hazırda şahidi oluruq ki, virusa yoluxanların sayı getdikcə azalmağa doğru gedir. Lakin bu, təhlükənin azalması demək deyil. Biz hər zaman qaydalara əməl etməli, özümüzü, yaxınlarımızı bu virusdan qorumalıyıq.
Doğrudur, sərt karantin rejimi daha iki həftə artırıldı. Lakin məlum məsələdir ki, nə qədər sərt adlandırsaq da karantin rejimi müəyyən qədər yumşaldılıb. Məsələn, ən azından 3 saatlıq küçəyə çıxmaq olur, bərbərxanalar, gözəllik salonları işləməyə başlayıb. Və biz artıq anlayırıq ki, hazırkı vəziyyət belə davam etsə, gələcəkdə, yəni iki həftədən sonra bir qədər də yumşalma ola bilər".
Azad İsazadə karantin rejiminin yeniyetmə və gənclərdə yarada biləcək psixoloji fəsadlardan da söz açıb:
“Nümunə gətirim. Bizim gənc oğlanlar bir illik və ya il yarımlıq əsgərliyə gedirlər. Bu da karantinin bir formasıdır. Çünki həyat tərzi dəyişir. Sözsüz ki, bu kimin üçünsə bir travmadır, kimin üçünsə ağır da olsa həyat məktəbidir. Elə gənc var ki, əsgərlikdən istər fiziki, istərsə də mənəvi olaraq bərkiyib qayıdır, eləsi var ki, bu dövr onun üçün dözülməz olur və psixologiyasına mənfi təsir edir. Lakin bu, qaçılmaz bir prosesdir və kişi xeylağı orduda xidmət etməlidir.
Biz də 4-5 aydır ki, karantin rejimini yaşayırıq. Sözsüz ki, bu dövr əhalinin bir qismi üçün böyük zərbə, psixoloji sarsıntı deməkdir. Biz bunu edilən müraciətlərdən görə bilirik. Çoxlu sayda insan onlayn olaraq psixoloqlara müraciət edir, biz psixoloqlar da onlara yardım göstərir, işləyirik.
Əlbəttə ki, hər bir xəstəlik, özündən sonra hansısa fəsadlar qoyur, eləcə də koronavirus insanların ağciyərində və yaxud digər orqanlarında fəsadlar qoyacaq.
Bəli, koronavirusun psixoloji fəsadları da qalacaq. Lakin bu fəsadlar koronavirusun fəsadlarından yüngül olacaq və onları sonradan aradan qaldırmaq mümkündür".
Sosioloq Əhməd Qəşəmoğlu da qeyd etdi ki, insanlar artıq karantin rejiminə adaptasiya olunmağa başlayıblar:
“Çünki virusun təhlükəsi, ciddi fəsadları, dəhşəti haqda xeyli məlumatlar ortaya çıxdı. Qohum, dost-tanışlarda da bu virusa yoluxanların sayı artdığı üçün əhali reallığı görməyə başladı.
Lakin mən hər dəfə demişəm, əhalini buna daha yaxşı hazırlamaq lazım idi. İndi də gec deyil, əhalini sürətlə virusla mübarizəyə hazırlamalıyıq. Bu istiqamətdə görülən işlər bir sosioloq kimi məni qane etmir.
Bəzən deyirlər ki, məsələyə etinasız yanaşmaq Azərbaycan xalqının xüsusiyyətində var. Amma biz bilirik ki, Gürcüstanda da xeyli sayda azərbaycanlılar yaşayır. Orada vəziyyət bizim ölkədəkindən dəfələrlə yaxşıdır. Səbəb isə odur ki, Gürcüstanda ilkin dövrdə işin təşkili yüksək səviyyədə aparıldı, nəticədə onlarda yoluxanların sayı çox azdır.
Hər halda, cəmiyyətimizdə adaptasiya prosesi gedir və insanlar artıq virusun mövcudluğuna inanır, ondan qorxur, ehtiyat edir".
Bununla belə, sosioloq qeyd etdi ki, cəmiyyəti bundan daha böyük təhlükələr gözləyir:
“Təhlükələr də odur ki, insanların bir-biriləri ilə ünsiyyəti azalıb, buna görə də psixioloji sarsıntı yaşayırlar. Və ən qorxulusu odur ki, hamımız səhiyyə xidmətindən məhrumuq. Çünki səhiyyə xidməti hazırda demək olar ki, sıfır vəziyyətindədir. İnsanlar ancaq ciddi ehtiyac duyanda həkimə gedir. Başqa zaman həkimə getmək çox qorxuludur ki, nə qədər adam həkimə gedərkən virusa yoluxub. Hətta həkimə gedərkən virusa yoluxanlar arasında mənim də xeyli tanışlarım var. Ona görə də səhiyyə xidmətindən, həkim məsləhətindən istifadə etmirik.
Yaşlı adamlar gəzintidən, təmiz hava almaqdan məhrumdurlar.
Sentyabrdan sonra biz də koronavirusa dəxliliyi olmayan başqa xəstəliklərin verdiyi fəsadlarla qarşılaşa bilərik. Ona görə də bu məsələyə, sadəcə, koronavirus müstəvisindən baxıb, “camaat artıq öyrəşir, adaptasiya olunur” deyərək, heç də sakitləşməyək.
Bunun üçün gərəkən bütün üsullardan istifadə etməli, immunitetimizi gücləndirən qidalardan istifadə etməliyik.
İmmuniteti gücləndirən qidalara daha çox üstünlük vermək lazımdır. Hazırda şəhərdə meyvə-tərəvəzin qiyməti bahadır. Halbuki kəndlərdə meyvə-tərəvəz fermerlərin əlində qalıb. Onların şəhərlərə daşınması niyə təmin olunmur? Bu məsələ həll olunsaydı, fermerlər qazanc əldə edə, şəhərdə camaat isə sərfəli qiymətə meyvə-tərəvəz alıb, immunitetini gücləndirə bilərdi".
Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:21-07-2020, 08:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-07-2020, 08:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16