“Uşaq pulu” bərpa edilir?
Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də, heç şübhəsiz ki, uşaq pulunun verilməsi ilə bağlıdır. Hər nə qədər ictimaiyyətdə, Milli Məclis səviyyəsində bu məsələ dəfələrlə müzakirə olunsa da, hələlik nəticə arzuedilən deyil. Bu günlərdə isə bu məsələ yenidən gündəmə gəlib. Karantin rejimi bitəndən sonra uşaq pulunun yenidən bərpa olunacağı ilə bağlı söhbətlər aktuallaşıb.
Bununla bağlı danışan deputat Fazil Mustafa bildirib ki, pandemiyadan sonra uşaq pulu məsələsinə yenidən baxmaq olar: "Öncə dövlətin imkanları nəzərə alınıb müəyyən addımlar atılmalıdır. Bu gün pandemiyaya görə problemlər daha da artıb. İqtisadi cəhətdən narahatlıq var. Buna baxmayaraq, vətəndaşın vəziyyətini yüngülləşdirilmək üçün bütün variantlara getmək lazımdır. Ən azından bu istiqamətdə addımların atılması zəruridir. Çünki vətəndaşın da vəziyyəti çətinləşib.
Pandemiya dövründə xüsusilə işsiz, gəliri olmayan vətəndaşların problemləri artıb. Ona görə də bu istiqamətdə düşünmək lazımdır. Bütün hallarda məsələlər iqtisadi imkanımıza görə həll edilməlidir. Neftin qiymətinin aşağı düşməsi, müəyyən gəlirlərin azalması narahatedici amillərdəndir. Uşaqpulu məsələsini əvvəl həll etmək imkanı var idi. Bu məsələni əvvəl həll etsəydik, daha yaxşı olardı. Hər halda pandemiyadan sonra bu məsələ müzakirə olunub, qərar qəbul edilə bilər".
"Yeni Müsavat” isə indiyə qədərki mənzərəni və reallıqları nəzərə çatdırır. Azərbaycanda uşağın anadan olmasına 200 manat birdəfəlik müavinət düşür. 18 yaşa qədər şəxslərə hər ay uşaq pulunun verilməsi 2006-cı ildən dayandırılıb.
Bu məsələ ilə bağlı iqtisadçı Qubad İbadoğlunun 2020-ci ilin əvvəlində səsləndirdiyi maraqlı təklifləri olub. O bildirib ki, "Əmək və Əhalinin Sosial Müdafiəsi naziri uşaq pulunu vermək üçün 3,3 milyard manat tələb olunduğunu qeyd edərək bu qədər vəsaitin gələn ilin büdcəsindən ayrılmasını mümkünsüz sayır: ”Uşaq pulunun ödənməsi üçün 2020-ci il büdcəsindən iki maliyyə qaynağını təqdim edirəm. Növbəti ilin dövlət büdcəsində malların (işlərin və xidmətlərin) satın alınması bölməsi 7,6 milyard manat məbləğində nəzərdə tutub. Büdcə zərfinin təhlili həmin vəsaitin 45,6 faizinin sair xərclər və istehlak yönümlü xərclər üzrə proqnozlaşdırıldığını göstərir. Bu o deməkdir ki, 3,5 milyard manatlıq vəsait sair xərclər və istehlak yönümlü xərclər adı ilə qapalı saxlanır, yəni bu xərc maddəsi üzrə 3,5 milyard manat hələ bölüşdürülməyib.
Hesablama Palatası bildirir ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 4 milyard 602,1 milyon manat nəzərdə tutulub. 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi 17,1%-dir. Birdəfəlik təyinatlı xərclər üzərində son təyinatı icra hakimiyyəti müəyyənləşdirir. Bu xərc maddəsi də bölüşdürülməyib. Odur ki, rəhbərlər istəsə, uşaq pulunun ödənməsi üçün 2020-ci ilin büdcəsini rasionallaşdırıb vəsait ayıra bilərlər. Hələ də gec deyil".
Nazirlikdən gələn rəqəmlər - 600 min uşağa müxtəlif müavinətlər ödənilir
Bu məsələ ilə bağlı Milli Məclisin deputatları tərəfindən də dəfələrlə qaldırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2019-cu ildə deputatların uşaq pulu verilməsi ilə bağlı təklifinə münasibət bildirib. Nazir Milli Məclisin plenar iclasında çıxışı zamanı bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlərin ödənildiyini xatırladıb. O qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir: "Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Hələ, tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaq pulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil.
Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Nəzərə alın ki, ölkədə minimum pensiyalar 72 faiz, minimum əməkhaqqı 2 dəfə, 600 min insanın müavinət və təqaüdü isə 2 dəfə artıb. Bu gün, yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə, ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək".
Baş Nazirin müavini Əli Əhmədov Azərbaycanda uşaqlara verilən müavinətlərin ("uşaq pulu”) bərpası ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. O, jurnalistlərə açıqlamasında bu məsələyə ciddi şəkildə yanaşılmalı olduğuna diqqət çəkib: "Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın, eləcə də müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi şəkildə və eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar.
Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var. Mən düşünmürəm ki, bu ailələrin uşaq puluna ehtiyacı var... Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu, daha düzgün yol ola bilər. Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun. Əks halda, biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq, onların iqtisadiyyatı inkişaf etdirməsi, istehsal, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin çox olmayacaq".
Dünyanın hansı ölkəsində uşaqlara aylıq uşaq pulu verilir - ilginc məbləğlər və statistika
"Save the Children” şirkəti uşaq pulu verən ölkələrin siyahısını hazırlayıb. Siyahıda ən çox uşaq pulu verən dövlətlər arasında ərəb ölkələri və Avropanın bəzi dövlətləri qərarlaşıb.
Həmin ölkələrdən BƏƏ-də yeni doğulan körpələrin valideynlərinin 20 min dollar həcmində kreditləri silinir, həmçinin yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər müavinət ayrılır. Həmçinin körpənin adına bankda hesab açılır və 18 yaşında ona 100 min dollar pul verilir.
Küveytdə isə valideynlərə övlad olmamışdan qabaq 240 min dollar kredit götürmək imkanı yaradılır. Yeni doğulan körpə zamanı həmin məbləğin 20 min dolları silinir. Yeni doğulan körpə üçün bankda 3 min dollar məbləğində hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur. Bundan əlavə həm Avropa, həm də digər ölkələrdə yeni doğulan körpələrə 500-10 min dollar arası birdəfəlik vəsait təqdim edilir.
Almaniyada "uşaq pulu” 18 yaşına qədər aylıq ödənilir. Yaş həddi 21 yaşa qədər də ola bilər. Əgər bir yeniyetmə Avropa ölkələrinin rəsmi məşğulluq xidmətləri vasitəsilə iş tapa bilmirsə və ya 25 yaşına qədər əlillik halında olarsa, müavinət ala bilir.
Almaniyada birinci və ikinci uşaq üçün ayda 192 avro müavinət verilir, üçüncü uşağa 198 avro, dördüncü və sonrakı uşaqlara isə 223 avro ödənilir.
Norveçdə 18 yaşa qədər uşaqlara ayda 150 avro ödənilir.
Fransada uşaq doğuşuna görə valideynlərə 927 avro birdəfəlik müavinət, övladlığa götürənlərə isə 1855 avro verilir. Sonra üç il ərzində valideynlərə onların gəlirlərinə görə 92 avrodan 185 avroya qədər aylıq müavinət ödənilir. Uşaq ailənin ilkidirsə, bu müddətin sona çatmasından sonra ödənişlər ləğv edilir. Lakin ailədə digər uşaq dünyaya gəlibsə, iki uşağa ayda 130 avro, üç uşağa 297, dörd uşağa 464 avro, 21 yaşa çatana qədər ödənilir.
ABŞ-da uşaqların doğuşu üçün xüsusi ödənişlər təmin edilmir, lakin valideynlərə hər bir uşağa görə maksimum 1000 dollar vergi istisnaları verilir.
Böyük Britaniyada "uşaq pulu” 16 yaşına çatana qədər verilir, əgər uşaq təhsil alırsa, ödənişlər 20 yaşa qədər uzadılır. İlk və ya tək uşaqlar üçün valideynlər həftədə 20,7 funt alırlar, sonrakılar üçün isə 13,7 funt ödənilir.
Hindistanda 14 yaşa qədər olan uşaqlara ayda 100 dollar ödənilir.
Qazaxıstanda da uşaqlara sosial müavinət verilir. Belə ki, 18 yaşa qədər uşaqlar dövlətdən ayda 45 dollar müavinət alır.
Rusiyada Vladimir Putinin göstərişi ilə 2018-ci il yanvarın 1-dən hər yeni doğulan körpə 1il 6 ay müddətində aylıq müavinət alır. Bu, orta hesabla 10,5 min rubl təşkil edir. Prezident deyib ki, 3 il ərzində bu rəqəm 114,5 milyard rubl vəsait aparacaq.
Türkiyədə bu günlərdə yeni proqram qəbul olunub. Hər doğulan uşağın adına banklarda hesab açılacaq. 18 yaşa qədər hər uşağın bank hesabına ayda 55 lirə ödəniləcək.
Latviyada 20 yaşa qədər uşaqlara ayda 14 dollar ödənilir.
Özbəkistanda 2 yaşa qədər uşaqlara ayda 80 dollar ödənilir.
Siyahıda ən çox "uşaq pulu” verən dövlətlər arasında ərəb ölkələri və Avropanın bəzi dövlətləri qərarlaşıb.
Qısa xatırlatma:
Azərbaycanda "uşaq pulu” sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan "uşaq pulu”nun verilməsi dayandırılıb. Bundan sonra hökumət ünvanlı sosial yardım sisteminə keçib. Bəzi fikirlərə görə, gəliri yüksək olan ailələrin "uşaq pulu”na ehtiyacı yoxdur. Amma digər qrup bunun əleyhinə çıxır və uşaqlı bütün ailələrin dövlətin bu dəstəyindən yararlanmalı olduğunu bildirir.
Azərbaycanda yeni doğulan körpələrə yalnız doğulanda bircə dəfə birdəfəlik 200 manat müavinət verilir. Əksər dövlətlərdə uşaqlara həm də aylıq müavinət ayrılır.
Xatırladaq ki, dünyanın müxtəlif ölkələrində əhali artımını yüsəltmək məqsədilə hər yeni dünyaya gələn uşağa müavinət ödənilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-07-2020, 12:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-07-2020, 12:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18