Evdə müalicə olunan COVID-19 xəstələrinin DAHA BİR PROBLEMİ - ailə üzvlərinin qorunma xərclərini KİM VERƏCƏK?
15 iyul 2020-ci ildə Səhiyyə Nazirliyi yanında xəstəliyin ölkədə yayılmasının qarşısının alınması üzrə işçi qrupun üzvü Nailə Daşdəmirova asimptomatik xəstələrə və yüngül formada koronavirus infeksiyası olan və evdə müalicə alan xəstələri (COVID-19) yaxınları ilə münasibət saxlamaq qaydalarına riayət etməyə çağırdı.
“Sahə həkiminin nəzarəti altında evdə müalicə alan xəstələr ilk növbədə ayrı bir otaqda özünü təcrid etməlidirlər. Müvafiq şərait olmadıqda, xəstənin yatağını başqalarınından ən azı 2 metr məsafədə yerləşdirmək məsləhətdir. Xəstəliyə yoluxmuş şəxs və onunla birlikdə olanlar evdə tibbi maskalar (hər 2 saatdan bir dəyişməlidir) və qoruyucu vasitələrdən istifadə etsələr, özlərini və başqalarını infeksiyadan qoruya biləcəklər”, - o bildirdi.
Qeyd etmək istərdik ki, tibbi maskalarla yanaşı, uzun qollu tibbi xalatlar da qoruyucu vasitələr çeşidinə daxildir. Belə xalatların birinin qiyməti 2 manat 26 qəpikdir. Bu xalatların hər dörd saatdan bir dəyişdirilməsi vacibdir.
Nailə Daşdəmirovanın məsləhəti ilə hər iki saatdan bir dəyişdirilməli olan tibbi maskanın qiyməti 30 qəpikdir. Buna görə də evdə müalicə alan koronavirus xəstəsinin yaxınları tibbi maska alınmasına gündə ən azı 2.40 manat xərcləməlidirlər. Həmin şəxslər hər dörd saatdan bir dəyişdirilməli olan xalat almaq üçün gündə, təxminən 6.78 manat xərcləməli olacaqlar. Beləliklə, koronavirus xəstəsi ilə yaşamağa məcbur olan qohumlar, təkcə COVID-19-dan qorunmaq üçün fərdi qoruyucu vasitələrin alınmasına sutkada minimum 9.18 manat xərcləməli olacaqlar. Bu da ayda 275 manat edir.
AYNA Səhiyyə Nazirliyinin evdə müalicə alan koronavirus xəstələrinin yaxınlarını fərdi qoruyucu vasitələrlə təmin edib-etmədiyinə aydınlıq gətirməyə çalışdı.
İlk olaraq Səhiyyə Nazirliyinin özünə müraciət etdik. Və təbii ki, (həmişə olduğu kimi) qurumun mətbuat xidmətinin rəhbərinin maaşını alan Pərviz Abubəkirov zənglərimizə cavab vermədi. Sonra sualımıza cavab almaq üçün şəhər poliklinikaları ilə əlaqə saxlamağa qərar verdik.
10 nömrəli poliklinikadan öyrəndiyimizə görə, Səhiyyə Nazirliyi evdə müalicə alan koronavirus xəstələrinin yaxınlarına şəxsi qoruyucu vasitələr vermir.
Eyni cavabı 9 nömrəli poliklinikanın baş həkimi Tamilla Kərimova da təsdiqlədi: "Dövlət heç bir şəkildə koronavirus xəstələrinin qohumlarına steril olmayan geyimlər və maskalar verməyə borclu deyil".
Ölkənin baş infeksionisti Cəlal İsaevdən isə “Bu, mənim fəaliyyətimə aid deyil” cavabını aldıq.
Göründüyü kimi, koronavirus xəstələrinin qohumları öz təhlükəsizlikləri üçün pul xərcləməli olacaqlar – xalat və maskalar almaq üçün. Ancaq digər tərəfdən xəstəxanaların bu cür xəstələri qəbul etməmələri və evdə müalicə edilmələrini tövsiyə etmələri onların günahı deyil. Normal vaxtlarda bu məsələ o qədər də aktual olmazdı. Ancaq bir neçə ay ərzində insanların normal işləmədiklərini və qazanclarını itirdiklərini, yalnız ayda 190 manat müavinətlə yaşamağa məcbur olduqlarını nəzərə alsaq, əlavə xərclər bəzən bir çox ailələr üçün ağır yükə çevrilir.
Və hökumət bu məsələdə əhaliyə kömək etmək niyyətində deyil… //AYNA.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2020, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2020, 15:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52