Könüllülər hansı hallarda orduya çağırılacaqlar? - GƏLİŞMƏ
Prezident İlham Əliyevin çağırışından sonra 50 mindən çox vətəndaşımız könüllü olaraq ordu sıralarında qulluq etmək üçün qeydiyyatdan keçib. Onların hər birinin hansı hallarda orduya çağırıla biləcəkləri yönündə müzakirələr gedir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli könüllülərin sayının durmadan artmasının böyük əhəmiyyətinin olduğunu qeyd etdi: “Çox sevindirici haldır ki, Azərbaycan xalqı, xüsusilə, böyük əksəriyyəti gənclər olanlar ordumuza könüllü yazılırlar. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həm də bu dünyaya bir mesajdır ki, azərbaycanlılar torpaqlarının işğalda qalması ilə barışmırlar. Dünyanın hər bir yerində azərbaycanlılar böyük tədbirlər keçirdilər. Xüsusilə, Diaspora Komitəsinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Son illər bu istiqamətdə həddindən artıq böyük işlər görülüb. Baxmayaraq ki, karantin dövrü idi, amma insanlarımız sağlamlıqlarını riskə ataraq küçələrə axışdılar. Bunun özü vətənpərvərliyin çox yüksək nümunəsidir ki, Azərbaycan insanı öz canından öncə vətəni istəyir. Hazırda ölkəmizdə elə bir gənclik yetişib ki, torpaqlarının işğal altında qalması ilə barışmır. Artıq 90-cı illər deyil. Güclü ordumuz var. Tovuz döyüşlərində itkilərimizin az olması, düşməninkinin qat-qat çox olması Azərbaycanın güclü dövlət olduğunu göstərdi. Hər il hərbiçilərimiz peşəkarlıqlarını daha da artırır. Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən müasir silahlar alır. Döyüşlərdə də ən müasir silahlardan istifadə olunur. Həddindən artıq müasir texnologiyaları bilən hərbiçilərimiz var. Heç bir halda nə səfərbərliyə, nə də könüllülərin orduya cəlb olunmasına ehtiyac var. Bu gün tarixi torpaqlarımızı İrəvana qədər azad etməyə belə qadir olan ordumuz var. Bunu bütün dünya bilir. Könüllülərə müraciət edib deyirəm ki, onlar sosial mediada mübarizə aparsınlar, Azərbaycan dövlətinə və ordusuna qarayaxanlara cavab versinlər. Günlərinin 1-2 saatını buna həsr etsələr bəsdir. Hərbi qulluqçularımız ömürlərini vətənə həsr edirlər. Cənab prezident, Ali Baş Komandan açıq şəkildə mesaj verdi ki, torpaqlarımızı azad edəcəyik. Bunun üçün konkret plan və proqramlar var. Bunlar dövlət sirri olduğu üçün açıqlanmır, həyata keçiriləndə hər kəs görəcək. Necə ki, vaxtı ilə Xəzərin hüquqi statusu ilə bağlı narahatçılığımız var idi, bunun necə aradan qaldırıldığını deməyə ehtiyac yoxdur. Azərbaycan dövləti bütün problemləri həll etdiyi kimi Qarabağ problemini də həll edəcək”.
Hərbi ekspert ehtiyac olacağı təqdirdə səfərbərliyin elan olunacağını bildirdi: “Bizim Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Komitəmiz var. Orada hər bir məlumat var. Yəni hərbçi harada qulluq edib, hazırda hardadır, ölkədədir ya yox və s.. İstənilən adamı səfərbərlik olsa bir neçə saat içərisində çağırıb orduya cəlb edəcəklər. Bizim bunun üçün güclü sistemimiz var. Müharibə şəraitində kimin üzərinə nə vəzifə düşürsə, hər kəs bunu bilir. 2016-cı ilin aprel hadisələrində biz bunun şahidi olduq. Hər il səfərbərlik dərsləri keçirilir. Səfərbərlik Xidmətində məlum planlar var. Hazırda koronavirusla mübarizə gedir. Səfərbərlik Xidmətində hərbi həkimlərin siyahısı var. Onlar hansı xəstəxanada işləyirlər, kim işləyir yaxud işləmir, onların içərisində yolxucu xəstəliklər üzrə mütəxəssislər kimlərdir, kimlər lazım ola bilər və.s. Dövlət hər bir işi ölçülü-biçili aparır. Ordumuz sonunda qələbə əldə edəcək”.
Qarabağ qazisi Rey Kərimoğlu hələ ki könüllülərə ehtiyacın olmadığını söylədi: “Əslində Azərbaycan ordusu tam kompleksləşmişdirilib. Ehtiyac olacağı təqdirdə ehtiyatda olan kifayət qədər hərbçimiz var. Yəni heç könüllülərə ehtiyac olmayacaq. Hazırkı könüllülük məsələsi sırf ordumuza mənəvi dəstək baxımından çox yüksək qiymətləndirilməlidir. Səfərbərlik Xidməti Müdafiə Nazirliyinin ehtiyacları üzrə müraciət edən könüllüləri tam siyahıya alıb, toplanışa çağırır. Onlara qısa müddətli müəyyən hazırlıq keçəndən sonra daimi xidmət yerlərinə göndərilir”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2020, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2020, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25