reklam
Regionxeberlericom.az » Cəmiyyət » İntihar halları niyə artıb? – PSİXOLOQDAN İZAH

reklam

İntihar halları niyə artıb? – PSİXOLOQDAN İZAH


Aylardır, davam edən karantin rejimi insanların səbr kasasını doldurub. Pandemiyanın yaratdığı panika, bir çox iş yerlərinin bağlanması, havaların isti keçməsi azmış kimi ard- arda sərt karantin rejiminin tətbiqi cəmiyyətdə ciddi narazılıq doğurur.
Mütəxəssislərin fikrincə, karantin rejiminin yenidən iki həftə uzadılması psixi pozuntuların artmasını daha da sürətləndirəcək. Çünki insanlar ümid edirdilər ki, yenidən normal həyatlarına dönəcəklər. Lakin karantinin yenidən uzadılması insanlarda ruh düşkünlüyü yaratdı.
Karantin rejiminin ən böyük fəsadlarından biri panik atakların yaranması, intiharların baş verməsidir. Depressiv vəziyyətdə olanlar çıxış yolunu canlarına qıymaqda görürlər. Bunu son günlər intihar hallarının artması bir daha sübut edir.

Xüsusilə gənclər canlarına qıyıb bununla sanki bir mesaj verirlər. Qeyd edək ki, dünən Bakıda bir gündə üç nəfər intihar edib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Nərimanov rayonu, Orucəliyev küçəsində, 22 iyul saat 18:00 radələrində 2000-ci il təvəllüdlü R.Kazımov özünü asıb.

Onun keçmiş hərbi prokurorun oğlu olduğu bildirilir. Suraxanı rayonunda 1981-ci il təvəllüdlü Bülbülə qəsəbə sakini A.Eyyubov da eyni üsulla intihar edib.Xəzər rayonunun Qala qəsəbəsində isə 1986-cı il təvəllüdlü A.Bəylərov evinin zirzəmisində özünü asıb. Hər üç fakt rayon prokurorluqları tərəfindən araşdırılır.

Vəziyyəti şərh edən psixoloq Azad İsazadə “Sherg.az”a açıqlamasında bildirib ki, stress, qorxulu, həyəcanlı informasiya ilə rastlaşanda sözsüz ki, ilk reaksiya özümüzü qoruma və qorxu reaksiyası olur.Onun sözlərinə görə, insanların böyük hissəsi uzun müddət qorxu içində yaşaya bilmir. Ona görə də yaşamaq istəmir, qəfildən intihara əl atır:

“Çoxumuz qorxuya, təhlükəyə sadəcə öyrəşirik və bu vəziyyətdə yaşamağa başlayırıq. Bəziləri isə ümumiyyətlə, təhlükəni, mənfi informasiyanı qəbul etmək istəmir. Təhtəlşüurda qorxulu informasiyaları bloka salırlar.

Onlar hesab edirlər ki, gözləmək insanı daha çox üzür, nəinki hadisənin özü. Uzun müddət, oturub gözləmək əsəb və ürək-damar sisteminə təsir edir. İnsanların şəkəri, təzyiqi qalxır. Hər gün virus haqqında məlumatların gəlməsi davam edir”.

Psixoloq qeyd edib ki, hamımız virusun təsiri altında yaranmış psixoloji gərginlik içərisində yaşayırıq:

“Pandemiya nə zaman qurtaracaq heç kim bilmir. Söhbət Azərbaycandan getmir. Dünyada heç kim bilmir ki, nə baş verəcək. Çıxış yollarını da tapa bilmirlər. İnandığımız, ümid elədiyimiz ölkələr belə bacarmırlar. Bütün bunlar şüuraltına yerləşir. Nəticədə xoşagəlməz sonluqlar olur”.


Paylaş:


Müəllif : Tarix:
25-07-2020, 11:08
Sikayət   


loading...
Загрузка...