"Müəllimlərin işə qəbulu ilə bağlı ciddi problemlər var" - AÇIQLAMA
Məlum olduğu kimi, hər il müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirilir. Burada ziddiyətli məqamlar var. Ən azı ona görə ki, verdiyimiz təhsili bir də imtahan edirik. Düzdür ki, burada şəffaflıq əsas götürülür. Amma düşünürəm ki, bunu başqa üsulla da həll etmək mümkündür. Keçim əsas məsələyə. Deməli, müəllimlərin işə qəbulu imtahanında ixtisas, məntiq və kurikulum sualları bu ilə qədər istifadə olunurdu. Bu ildən isə ixtisas, pedaqogika və kurikulum sualları imtahanda yer alacaq. Amma təəssüfləndirici məqam ondan ibarətdir ki, bunların heç biri ilə bağlı ədəbiyyat siyahısı yoxdur. Məsələn, Dövlət İmtahan Mərkəzi bütün növ imtahanlarında demək olar ki, hazırlıq üçün ədəbiyyat siyahısını verir. Hazırlıq keçən namizəd üçün ədəbiyyat siyahısı mayak rolunu oynayır. Amma MİQ imtahanında bu belə deyil. Məhz bu natamamlıq da bəzi işbazların, pulbazların qazanc mənbəyinə çevrilir. Sloqanları da aşağıdakı kimi:
– Bütün suallar bu kitabdan düşəcək.
– Testlər yalnız buradan istifadə olunacaq.
– Hamısı bu kitabda var.
və s. və ilaxır. 7-8 ay hazrılıq keçən müəllim onsuz da kifayət qədər xərcə düşüb və bir də gündə çıxan kitablar və onların işbaz müəlliflərinə görə bir də əlavə xərcə düşür. Hələ bu pandemiya dövründə, işsizliyin mövcud olduğu vaxtda baş verirsə, siz imtahan verəcək müəllimləri düşünün.
Ötən illərə qədər Malik Aranlı və Ceyhunə Yusifovanın tərtib etdikləri dərsliklərdən istifadə olunurdu. Sonra bir neçə müəllif də dərslik çap etdi. Bir neçə ay öncə tanıdığım dostların “Kurikulum bələdçisi” adlı dərslikləri də çap olundu. Düz bir həftə olar ki, yeni bir müəllif çıxıb ortaya və bütün hər kəsə deyir ki, suallar mənim kitabımdan düşəcək və beləcə namizədlər təşvişə düşür. Dərhal kitab mağazasına hücüm. Kitab da neçəyə olsa yaxşıdır? Nə az, nə çox düz 15 AZN. Təklif edirəm ki, bu adamı marketinq sahəsi üzrə məsul bir işə dəvət edək. Belələri bu sahədə daha çox qazanc əldə edə bilərlər.
Yaxın günlərdə sınaq imtahanı oldu. İşi elə qurublar ki, deməli həmin sınaqda düşən suallar dediyim 15 manatlıq kitaba əsaslanıb. Nə gözəl iş qurulub deyilmi? Müəllimləri manipulyasiya edərək qazanc götürmək.
Bütün bunları Təhsil Nazirliyi niyə müşahidə edərək, susur?
İnsan Resursları Mərkəzi, bəlkə vahid ədəbiyyat siyahısı elan etməyin zamanıdır deyə bu barədə fikir bildirəsiniz.
Əgər vahid dərsliyə əsaslanmırsınızsa, o zaman belə işbazların dərslikləri əsasında sual hazırlanmasın.
Müəllimlər indi həyəcan içərisindədi. Bəziləri pandemiya vəziyyətinə görə, bir çoxu MİQ-də iştirak edə bilməyəcəyinə görə zatən stres keçirirlər. Bir də onları hansısa dəllal, kələkbaz əli ilə vurmayaq!
Kurikulumdan suallar demirəm ki, düşməsin (Əslində düşməməsi daha gözəl olardı). Amma zəhmət olmasa, deyilənləri nəzərə alın. Vahidlik prinsipinə uyğun addım ataq.
İxtisas üzrə ədəbiyyat siyahısını açıqlayın.
Kurikulum üzrə ədəbiyyat siyahısını açıqlayın.
Pedaqogika üzrə ədəbiyyat siyahısını açıqlayın.
Mövzuları açıqlamaq əsas deyil. Əsas ədəbiyyat siyahısıdır ki, hər yerindən duran müəllif “gördünüz mənim kitabımdan düşdü”, “hamısı mənim suallarım idi” kimi fikirlərlə ajiotaj yaratmasınlar və bu vəziyyətdən yararlanaraq öz xeyirlərini güdməsinlər.
Yekun olaraq ədalətin bərqərar olmasına inanıram.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2020, 12:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-07-2020, 12:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Bu gün, 11:52