Məktəblərin açılması ilə problemlər də başlayacaq: - Psixoloqdan qarşıdakı gərgin 2 ayla bağlı SOS
2020-ci il mart ayının 3-dən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Ənənəvi tədris üsuluna uyğunlaşmış minlərlə uşaq, tələbə yeni təhsil üsuluna adaptasiya olmağa məcbur olub. Təxminən 4 aya yaxın müddətdə davam edən distant təhsil sisteminə rahatlıqla alışan uşaqlarla yanaşı, çətinlik çəkən, əsəbləşən, psixoloji gərginlik yaşayan uşaqlar da olub.
Məlumdur ki, məktəbləri açan, yeni tədris ilində ənənəvi qaydada prosesə başlayan ölkələrdə pandemiya şəraiti ilə əlaqədar xüsusi təlimatlar var və bu sənədlərdə şagird sayı da əsas götürülür. Azərbaycanda da yeni tədris ili ənənəvi olaraq sentyabrın 15-də başlayacaqsa, bunabənzər təlimatlar qaçılmazdır. Ancaq aosial məsafə qaydalarına əməl etmək, maskalardan istifadə böyüklərlə müqayisədə uşaqlarda daha çox probemlərlə müşayət oluna bilər. Üstəlik aylarla karantin rejimində qalan, hərəkəti məhdudlaşdırılan, bütün əyləncəsi ancaq kompüter və telefon oyunları olan uşaqların psixoloji gərginliyi də nəzərə alınamlıdır.
Maraqlıdır, məktəbdən, bütün sosial fəaliyyətdən kənar qalan uşaqlar karantində keçən aylardan sonra məktəbə, adi həyata necə adaptasiya olunacaq?
Mövzu ilə bağlı Sumqayıt Dövlət Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kəmalə Salamova Cebhe.info-ya danışıb.
O bildirib ki, sərt karantin rejimi uşaqlarda kəskin psixoloji gərginlik, eyni zamanda da dəyişən sosial gərginlik yaradıb:
"Xüsusən də o uşaqlarda ki, yayın gəlməyini səbirsizliklə gözləmiş, tətilə çıxmaq, səyahət etmək xəyalları qurmuşdular. Nədir? Hər gün həyətdə oynayan yetkinlik yaşına çatmış uşaq müəyyən müddətdir çöldə oynaya bilmir. Onlardan bəziləri dərk edir ki, özünü və başqalarını qorumalıdılar. Lakin kiçikyaşlılar dərk eləmirlər, belə desək, narazılıqları ilə baş-başa qalıblar".
Kəmalə Salamova qeyd edib ki, ənənəvi tədris üsuluna geri dönüşdəki apatasiya prosesində yeniyetmələr də çətinliklərlə qarşılaşacaqlar. Bu zaman əsas güc yuxarı sinif şagirdlərinin üzərinə düşəcək:
"Çünki kiçikyaşlılar - aşağı siniflərdə oxuyanlar və ya birincilər üçün uyğunlaşma prosesi çətin olmayacaq. Onlar üçün bu proses 2-3 günlük müddətdə öz-özünə baş verəcək. Yenə nəzərə almaq lazımdır ki, əgər uzun müddət kiçikyaşlı məktəbli öz valideynlərindən ayrılmayacaqsa, yəni onların yanında olacaqsa, bu prosesə asanlıqla uyğunlaşacaq. Lakin təbii ki, hər şey baş verə bilər. Onların arasında valideynini itirən uşaqlar da, valideynindən uzaqlaşanlar da olacaq. Amma valideynin yanında olanlar üçün problem olmayacaq. 2-3 günlük adaptasiya problemi isə təbii haldır, o da həssaslıq, diqqət göstərildiyi zaman heç bir çətinliyə, problemə səbəb olmayacaq".
Müsahibimiz bildirib ki, diqqəti yuxarı sinif şagirdlərinə vermək lazımdır, yəni artıq 4-cü sinfidən yuxarı şagirdlərə:
"Ən çətin, problemli mərhələ onları gözləyir. Ona görə ki, 5 aya yaxındır pandemiya ilə üz-üzə qalmışıq, yaşlılarda bu, psixoloji problemlərlə müşahidə olunsa da, uşaqlarda daha mürəkkəb psixoloji böhran prosesi hələ başa çatmayıb. Pandemiya dövrü uşaqlarda fizioloji, anatomik, psixi və sosial keyfiyyətlər baxımından həyatın bir mərhələsindən digərinə keçid dövrünü bütünlüklə əhatə edib. Yeniyetmə orqanizmi üçün 5 ay çox uzun müddətdir".
Kəmalə Salamova deyir ki, yuxarı sinif şagirlərində uyğunlaşa bilməmək, adaptasiya prosesinin çətinliyi özünü müxtəlif şəkillərdə göstərəcək:
"Xüsusi ilə 4-cü sinifdən yuxarı uşaqlarda geridə buraxdıqları 5-6 ay onların inkişafının mürəkkəb dövrünə təsadüf edib. Bu dövrü onlar üçün keçid dövrü də hesab etmək lazımdır. Artıq onların orqanizmində ciddi psixo-fizioloji dəyişikliklər yaranacaq. Məsələn, boy və çəki artımındakı ciddi kəmiyyət dəyişikliyi, cinsi yetişmə, milli etnoqrafik amillər sosial mühitdən asılı olaraq onlarda ciddi psixoloji hislər yaradıb. Bütün bu sadalanan amillər bu yaş qrupuna aid olan uşaqlarda psixoloji böhran yaranmasına səbəb olub. Digər tərəfdən. cinsi əlamətlərin formalaşması da onların orqanizmdə gərginlik yaradıb. Fiziki dəyişikliklər psixi dəyişikliklərdə natamamlıqlar yaradıb. Sentyabrdakı adaptasiya prosesində onlardakı fiziki ölçülərdəki uyğunsuzuq, çəkinin artması, səsin dəyişməsi, kobud və ya çox zəif, bir az cingiltili səslərə sahib olmaları onların psixi dəyişimində ciddi şəkildə nəzərə çarpacaq".
Müsahibimiz bildirib ki, bütün bu hallar onların özləri haqqında əvvəlki müsbət fikirlərini, özünü yüksək qiymətləndirmələrini aşağı səviyyəyə düşürəcək:
"Özlərini formasız, çirkin hiss edəcəklər və ya xəyalıyla yaşadığı sinif yoldaşı, parta yoldaşı artıq ona uzaq görünəcək. Buna görə də onlarda utanma, özünümüdafiə instinktləri, kobud davranışlar, aqressiv hərəkətlər, yersiz gülüşlər, yalan, tərslik, dikbaşlıq halları özünü göstərəcək. Bütün bunlar məktəbə adaptasiya prosesini də çətinləşdirəcək. Əhvalları tez-tez dəyişəcək, fizioloji dəyişikliklərini gizlətməyə çalışacaqlar, nəticədə yenidən əyləncə, lağ-lağı , gülüş obyektinə çevriləcəklər".
Kəmalə Salamovanın sözlərinə görə, ənənəvi məktəb sisteminə adaptasiya prosesi yalnız tədrisdə deyil, uşaqların bir-biri ilə münasibətlərində də özünü göstərəcək:
"Burada əsas yük müəllimlər və valideynlərin üzərinə düşür. Valideynlərlə yanaşı müəllimlər də çox diqqətli olmalıdırlar. Çünki dərs prosesində valideynlər uşaqlardan bir neçə saatlıq uzaqlaşacaqlar və əsas çətinlik müəllimlərin üzərinə düşəcək. Vəziyyətə uyğunlaşmaq təxminən 2 aya yaxın çəkəcək. Bu zaman valideynlər, müəllimlər uşaqlara qarşı həddindən artıq həssas olmalı, onların üzərinə getməməli, mümkün qədər sərbəstlik verməlidirlər. Onlar uşaqların əvvəlki güvənini özünə qaytarmağa çalışmalıdırlar. Əks halda cəmiyyətə güvənsiz, özünə inamsız, özünükiçildən fərd yetişdirəcəklər".
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2020, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-07-2020, 12:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09