reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hacı Beyləqanski 19 il müddətinə həbs edildi

reklam

Hacı Beyləqanski 19 il müddətinə həbs edildi


Rusiyanın paytaxtı Moskva şəhərində Hacıbaba Talıbxanlıya (Hacı Beyləqanski) hökm oxunub. Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi xəbər verir ki, o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

H.Talıbxanlı iki və ya daha çox insanın öldürülməsinə cəhd, qətl, qanunsuz silah dövriyyəsi, giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçməkdə təqsirli bilinib.

Məlumata görə, istintaq və məhkəmə müəyyən edib ki, 2012-ci ilin aprelində təqsirləndirilən şəxs etnik cinayətkar qrupun üzvü olaraq Moskvada rəqib qrupun 1960-cı il təvəllüdlü iştirakçısı və onun 1986-cı il təvəllüdlü tanışının olduğu "Toyota Land Cruiser" avtomobilinə bir neçə atəş açıb. Kişi aldığı yaralardan yerində dünyasını dəyişib.

İstintaq çərçivəsində müəyyən edilib ki, təqsirləndirilən şəxsi həmin cinayəti törətməyə vadar edən onun öz statusunu və kriminal nüfuzunu möhkəmləndirmək istəyi olub.

Araşdırmalar zamanı istintaq şübhəli bilinən şəxsin cinayət əməllərində iştirak etdiyini təsdiq edən təkzibedilməz sübutlar əldə edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Hacı Beyləqanski 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.


Paylaş:


Müəllif : Tarix:
29-07-2020, 08:08
Sikayət   


loading...
Загрузка...