COVID-19-dan sağalanlara iki vitamin məsləhət görüldü
COVID-19-dan sağalan, amma özünü hələ də pis hiss edən adamlar D və B qrupu vitaminləri qəbul etməlidirlər. Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, bunu Sankt-Peterburqun Mariinsk şəhər xəstəxanasının təcili yardım şöbəsinin müdiri Tatyana Rıbka deyib.
Vaxtilə özü də koronavirusa yoluxan və “qırmızı zona”da işləyən həkim insanlara həmçinin əmək və istirahət rejiminə əməl etməyi, daha çox gəzməyi tövsiyə edib.
Rıbka eləcə də xəstəxanadan evə yazıldıqdan sonra həkimin verdiyi bütün məsləhətlərə əməl etməyin vacib olduğunu deyib.
“İndi müalicə sxemləri hazırdır, bir çox hallarda vətəndaşlar özünütəcrid rejiminə əməl edərək evdə müalicə olunurlar. Biz tibb işçiləri yüzlərlə halı müşahidə edərək bu qənaətə gəlmişik ki, əgər insan COVID-19-dan adekvat müalicə alırsa, sonrakı fəsadların riski xeyli azalır”, - həkim izah edib.
Onun sözlərinə görə, piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və psixi pozğunluqları olan insanlar COVID-19-u daha çətin keçirirlər. Vaxtında tibb müəssisəsinə müraciət etməyərək özbaşına müalicə olunan insanlarda da xəstəlik ağırlaşa bilir və bu zaman xəstənin yaşının da heç bir önəmi olmur. Buna görə də həkim özündə əlamət hiss edərkən xəstəxanaya müraciət etməyin vacib olduğunu bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2020, 23:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-08-2020, 23:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11