Çimərliklər açılır? - Xəzərin sahilində hazırlıq havası var
Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə bir çox xidmət sahələri, insanların daha sıx toplaşdığı yerlər mart ayından bağlanıb.
Yay aylarında insanların ən çox üz tutduğu yerlərdən biri də çimərliklərdir. Son günlər yoluxma sayının aşağı düşməsi, sağalanların isə artması sərt karantin rejiminin bitəcəyinə olan ümidləri artırdı. Müsbət tendensiyanın davamlı olması bir çox xidmət sahələrinin də açılmasına şərait yaratdı. Çimərliklərin də açılması gözlənilən idi.
Çimərliklərlə bağlı gedən işləri yaxından görmək üçün Hövsan çimərliyinə üz tutduq. Sərt karantin rejiminə görə çimərlik heç kim gözə dəymirdi. Sahil boyu irəlilədikcə bir hərəkətlilik hiss olunurdu. Yaxınlaşdıqca çimərlik ərazisində ciddi hazırlıq işlərinin getdiyini gördük.
İlk diqqətimizi çəkən çimərlik ərazisinə qoyulan məlumat lövhələri idi. “Koronavirusdan qorunmaq üçün dezinfeksiyaedici məhlullardan istifadə edin”, “İstifadə etdiyiniz qoruyucu vasitələri buraya atın”, “2 metr məsafə saxlayın” və sairə yazılmış məlumatlandırıcı lövhələri çimərlik sahilini “bəzəyirdi”.
Bunları gördükcə, ilk təəssüratımız belə oldu ki, artıq çimərliklər açılacaq. Orada olan bir neçə şəxslə söhbətimizdə də çimərliklərin yaxın zamanlarda açılacağı bildirildi.
“Bizə tapşırıblar ki, 4 avqusta qədər çimərlik ərazisində bütün işlər yekunlaşdırılsın. Tək biz deyil, baxın (əli ilə restoranları göstərir-müəl.), orada artıq işlər yekunlaşıb, xidmət göstərməyə tam hazırdırlar. Yəqin ki, 5 avqustdan etibarən sərt karantini rejimi götürləcək və çimərliklər xalqın üzünə açılacaq”-deyə, həmsöhbətimiz dedi.
Bir qədər də çimərlik sahili ilə irəlilədikcə, bütün xoş auramızı kanalizasiya qoxusu əvəzlədi. Dəniz sahilinə yaxın tikilən bağ evlərinin bütün çirkli suları birbaşa dənizə tökülürdü. Çimərliklə bitişik ərazi olduğu üçün çox eybəcər mənzərə yaranırdı.
Sakinlərin dediyinə görə bu ərazidə kanalizasiya xətləri olmadığı üçün bu mənzərə yaranıb. Həmin ərazidə dənizin görüntüsü də çox bərbad vəziyyətdə idi. Alışdığımız “mavi Xəzər” deyimi, burada tam anlamı ilə öz mahiyyətini itirirdi. Bərbad qoxu və çirkli sudan başqa burada heç bir şey görmək mümkün deyildi. Bu ərazini də çəkib, səbəbini öyrənib iri addımlarla çimərlik sahilinə irəlilədik.
Sahil boyu 2 metr məsafələrlə çimərliyə gələnlər üçün yerlər ayrıldığını gördük. Burada isə məqsəd dənizə gələnlərin günəş vannası qəbul etdiyi zaman bir-birinə yaxın olmamasıdır. Özəl müəssisələrin də həm qarşısında, həm də daxili istirahət yerlərində eyni “2 metrlik məhəccər”lərin şahidi olduq.
Nəticədə belə qənaətə gəldik ki, 5 avqustdan etibarən uzun zamandır boş qalan Xəzər nəhayət insanlara qovuşa biləcək. İnsanlar üçün də Xəzərə qovuşmaq çox arzuolunandır. Çünki dəniz qumu, günəş şüası və çimərlik “d” vitaminin əsas mənbəyi hesab olunur ki, bu da immunitetin güclənməsi üçün çox vacibdir. Bu reportajda gördüklərimiz bizdə də 5 avqustdan etibarən bir çox sahələrin, o cümlədən çimərliklərin də açılmasına böyük ümid yaratdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-08-2020, 12:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-08-2020, 12:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50