AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: - Biri terapevtik zülal, digəri bitki mənşəli peyvənd
Dünyanın ən varlı ölkələri artıq 1,3 milyard dozadan çox koronavirus əleyhinə peyvənd alışı üzrə müqavilələr imzalayıb.
“Airfinity” şirkətinin analitiklərinin fikrincə, bu ölkələrə ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqı ölkələri daxildir.
Qeyd olunan ölkələrin hələ bağlanmamış tədarük və sövdələşmələr sayəsində daha 1,5 milyard vaksin almaq niyyətində olduqları bildirilir. Mütəxəssislərin fikrincə, peyvənd alışı ilə bağlı bu cür satınalınma həyata keçirilərsə, digər ölkələr pis vəziyyətdə qalacaqlar. Yəni vaksin dozasının bütün dünya əhalisi üçün kifayət etməyəcəyinə dair narahatlıq var.
Məlumat üçün bildirək ki, Milli Məclisin deputatı İsa Həbibəyli bir müddət əvvəl Azərbaycanda da koronavirusa qarşı peyvəndlə bağlı sınaqlara başlanacağını bildirmişdi. Həmin sınaqların nəticələri ilə bağlı indiyədək məlumat verilməyib.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü İsa Həbibəyli bu gün ölkədə koronavirusla mübarizəyə həsr olunmuş beynəlxaq konfransın keçirildiyini və məhz peyvənd istehsalı ilə bağlı məsələnin orada geniş müzakirəyə verildiyini deyib:
“Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə koronavirusla mübarizəyə həsr olunmuş konfrans öz işinə başlayıb. Bu, MDB ölkələrində koronavirusa həsr olunmuş ilk elmi konfransdır. Konfransa dünyanın 15 alimi qatılıb. O cümlədən Azərbaycan Səhiyyə Nazirliyi, TƏBİB, Milli Məclisin Səhiyyə komitəsindən də nümayəndələr iştirak edir. Akademik, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəhbəri İradə Hüseynova bu işə rəhbərlik edir. Prinsipcə, peyvəndin istehsalı ilə AMEA-nın iki müxbir üzvü- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, eləcə də labaratoriyasının, Türkiyə Akdəniz İnstitutunun və labaratoriyasının rəhbəri Tərlan Məmmədov, digəri, akademiyanın yetirməsi olan Vidadi Yusifov məşğul olur. Onlayn konfransa qoşulan Amerikada yaşayan Vidadi Yusifov bildirdi ki, koronavirusun müalicəsi deyil, qarşısını almaq üçün yeni tipli terapevtik zülal alıblar. Hələlik istehsalına başlanmayıb, sınaqları keçirilir. Tərlan Məmmədov da öz növbəsində dedi ki, öz işlərini başa çatdırıblar. Belə ki, bitki mənşəli vaksin hazırlayıblar. Türkiyədə vaksinin hazırlanması ilə məşğul olan qrupların fəaliyyətini əlaqələndirən bir qurum yaradılıb. Məndə olan məlumata görə, Tərlan Məmmədov və onun qrupu vaksinin hazırlanması ilə bağlı işin birinci mərhələsini başa çatdırıblar. Artıq nəticələr vaksinin hazırlanması ilə məşğul olan qrupların fəaliyyətini əlaqələndirən quruma təqdim edilib. Qurum onların nəticələri ilə birgə öz təkliflərini də dəyərləndirəcək. Əgər nəticələr barədə müsbət rəy verilərsə, sınaqlara başlanacaq”.
Deputat azərbaycanlı alimlərin ixtira və iştirakı ilə koronavirusa qarşı vaksinin hazırlanması istiqamətində müsbət nəticələrin olacağına inandığını deyib:
“Bu, çox əhəmiyyətli məsələdir və Azərbaycan elmi koronavirusla mbarizədə öz töhfələrini verir. Əlbəttə bu, həm də çətin və problemli məsələdir. Peyvənd bir gün nəticə verəcək məsələ deyil. Amma alimlərimiz bu işə ciddi cəlb olunublar. Mən inanıram və arzu edirəm ki, bu məsələdə effektli nəticələr alaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-08-2020, 17:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-08-2020, 17:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11