Daha nə "Dünya ədəbiyyatı" olacaq, nə "Azərbaycan dilinin tarixi" - Təhsilə uzanan “qara əllər”
Son zamanlar təhsilimizə sanki bir hücum müşahidə olunur.
Dövlət təhsildə tərəqqiyə nail olmaq üçün bütün səyləri ilə çalışarkən, bəziləri Qərbə inteqrasiya adı altında Azərbaycan gəncliyinin öyrənməli olduğu əsas fənlərin ya dərs saatını azaldır, ya da tamamilə təhsil proqramından çıxarılmasına çalışır.
Hətta iyulun 24-də mətbuata açıqlama verən BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz də Azərbaycan tarixi dərslərinin saatının kəskin şəkildə azaldıldığını deyib. Tarixçi bunun məqsədli şəkildə həyata keçirildiyini də vurğulayıb.
İndi də Təhsil Nazirliyi 25 nəfərlik heyətlə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “Dil və ədəbiyyat müəllimliyi” (dillər üzrə) ixtisasları üzrə yenidən işlənilmiş Təhsil Proqramları hazırlayıb. Həmin proqramda bir neçə xüsusi əhəmiyyətli fənlər çıxarılıb.
Belə ki, Bakalavriat səviyyəsinin (əsas (baza) ali təhsilinin) 050101 - “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və 050104 – “Dil və ədəbiyyat müəllimliyi” (dillər üzrə) ixtisasları üzrə yenidən işlənilmiş Təhsil Proqramları BDU-nun Filologiya fakültəsində professor-müəllim heyətinin üzvləri arasında haqlı etiraz doğurub. Etirazın səbəbi bəzi xüsusi əhəmiyyətli ixtisas fənlərinin çıxarılması və fənlərə ayrılmış kredit sayının azaldılmasıdır. Belə ki, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının öyrənilməsi çox vacib olan “Ədəbiyyatşünaslığa giriş”, “Dilçiliyə giriş” kimi nəzəri fənlərin Təhsil Proqramında yer almaması qəbuledilməzdir. Məhz bu fənlər sayəsində tələbə ilkin dilçilik və ədəbiyyatşünaslıq anlayışları ilə tanış olur. Bu fənlər üzrə mövcud terminologiyanı mənimsəyir. Bundan sonra isə növbəti tədris mərhələsində həmin biliklər əsasında tələbə təhsilini məlumatsız şəkildə deyil, hazırlıqlı formada davam etdirir. Yəni həmin biliklər tələbə üçün bir növ bazis rolunu oynayır. Növbəti mərhələdəki biliklər isə bu bazis üzərində ucalan üstqurum olur.
Bazissiz üstqurum ola bilərmi? Nəzəri biliklərə malik olmayan müəllim məktəbdə şagirdlərə hansı praktik məsələləri izah edə biləcək? “Azərbaycan dilindən praktikum” fənni də yeni Təhsil Proqramından çıxarılıb. Anlamaq olmur ki, bu Təhsil Proqramını hazırlayanlar nə istəyir?
Bir tərəfdən nəzəri fənləri çıxarıb, praktiki fənlərə üstünlük verdiklərini göstərən proqram tərtibçiləri digər tərəfdən praktik fənni də proqramdan çıxarırlar. Yeni Təhsil Proqramında “Azərbaycan dilinin tarixi”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” və “Dünya ədəbiyyatı” fənləri də yer almayıb. Yəni deyirlər ki, siz dilinizin tarixini bilməyin, müstəqillik ideologiyasını ortaya qoyan ədəbiyyatınızı oxumayın. Unutmaq lazım deyil ki, bir xalqın qədim tarixə malik olması onun dil tarixi ilə sübut olunur. Türk dilinin qədim tarixi olduğunu anlayanlar gələcək nəsli bu həqiqətdən uzaq tutmaqla manqurtlaşdırmağa çalışırlar. Eyni zamanda, “Azərbaycan dilinin tarixi” fənninin Təhsil Proqramından çıxarılması onun tərkibində tədris olunan “Dialektologiya” və “Əski Azərbaycan yazısı” dərslərinin də ləğvi deməkdir. Dialektologiya fənni ilk növbədə tələbəyə ədəbi-bədii əsərlərin yaranma coğrafiyasını müəyyənləşdirməkdə yardımçı olur. Çünki ədəbi dilin bədii üslubunun bəhrələndiyi ən birinci məxəz dialekt leksikasıdır. Eyni zamanda, ədəbi dilə keçən dialektlərin öyrənilməsi baxımından dialektləri öyrənmək şərtdir. Dialektlər həm də əhalinin bir ərazidən digərinə köçmə faktına və əlaqələrinə işıq tutur. “Əski Azərbaycan yazısı” fənni isə bu yazı forması ilə qələmə alınmış əsərlərin öyrənilməsi baxımından çox mühümdür. Xüsusən “Kitabi- Dədə Qorqud” yazılı abidəsi bu yazı forması ilə qələmə alınıb. Hazırda düşmənlərlə müharibə şəritində olan Azərbaycanın gələcəyini təhsil üzərindən məhv etməyə çalışan kimlərdir?
Yeni Təhsil Proqramında Ədəbiyyat fənnində XX əsrdən sonrakı dövr tədris olunmur. Yəni bu Təhsil Proqramına əsasən, son 20 ildə ədəbiyyatın əldə etdiyi bütün nəticələr öyrənilməməlidir. Amma dövlət bu dövr ədəbiyyatını öyrənmək üçün kifayət qədər vəsait ayırır. Elm xadimləri tələbələrdə ədəbiyyata həvəs yaratmaq üçün dərsliklərə “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”ndan nümunələr daxil etməyi israrla təklif edərkən, yeni Təhsil Proqramını hazırlayanlar sözün əsl mənasında bu ideyanın kökünə balta vurublar. Bu, bizim milli varlığımızı təhlükə altına qoymaqdır. Çünki yeni proqram tərtibçiləri bizim XXI əsr ədəbiyyatımızı şübhə altına almaqla yanaşı, dilimizin tarixi keçmişini də unutdurmaqla, keçmişi və gələcəyi olmayan xalq təsəvvürü yaratmağa çalışanların bu kökündən səhv addımlarına nə anlam vermək olar?
Yeni Təhsil Proqramının ən qorxulu tərəflərindən biri də “Dünya ədəbiyyatı” fənninin tədrisini ləğv edib, onun yerinə “Multikulturalizmə giriş” fənninin əlavə edilməsidir. Bunu heç anlamaq olmur. Çünki dünyanın fəlsəfi düşüncəsini, həyat və məişət tərzini, siyasi ideologiyasını, marifçilik sahəsindəki inkişafını və s. xüsusiyyətlərini öyrənmək üçün dünya ədəbiyyatında qiymətli məxəz ola bilməz. Çünki bir xalqı ən yaxşı onun yazarı təsvir edir. Məhz həmin xalqın mədəniyyətindən nələrisə əxz etmək və ona qarşı davranış formaları sərgiləmək (yəni multikultural dəyərlər formalaşdırmaq), həmin xalqın mövcud ədəbiyyatı və tarixi sayəsində mümkün olur. Sovet hökuməti əbəs yerə təbliğat vasitəsi kimi ədəbiyyatdan istifadə etmirdi. Yəni multikulturalizmi öyrənmək istəyib onun öyrənmə yollarını bağlamaq anlaşılan deyil. Digər tərəfdən, yeni proqramla dünya ədəbiyyatının tərkibində tədris edilən Türk xalqları ədəbiyyatı da öyrənilməyəcək. Bu da ədəbi düşüncədə Türk xalqlarının birliyini əngəlləmək, onları ortaq ideoloji düşüncədən uzaq salmaqdır. Sual olunur: Molyerin “Xəsis”ini oxumayan Mirzə Fətəli Axundzadənin “Şərgüzəşti mərdi- xəsis”ini, Fridrix Şillerin “Qaçaqlar”ını oxumayanlar Cəfər Cabbarlının “Oqtay Eloğlu”sunu, Namiq Kamalı oxumayanlar Sabirin “Qafqazlılarız…” şeirinin ideyasının necə yarandığını hardan biləcəklər? Bu siyahını xeyli gedişləndirmək olar.
Göründüyü kimi, milli ideologiyanın qorunmasıyla yazılmış əsərlərimizdə dünya ədəbi fikrinin təsiri danılmazdır. Məhz tələbələr bu fikir sahibləri ilə universtetdə Dünya ədəbiyyatı fənnini öyrənərkən tanış olur.
İxtisas fənləri üzrə kredit böhranı
Digər məsələ isə dərslərə ayrılan kredit sayının əhəmiyyətli dərəcədə azaldılmasıdır. Belə ki, 22 avqust 2014-cü ildə hazırlanmış Təhsil Proqramında “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”nin ixtisas fənlərinə ayrılmış kredit sayı 142 olub. 6 iyul 2020-ci ildə tərtib olunmuş Təhsil Proqramında isə ixtisas fənləri üçün bu kredit sayı 90-a endirilib. Qeyd edək ki, kredit termini Baloniya sisteminə məxsus bir anlayışdır. Bakalavriat səviyyətində ixtisas fənləri üzrə hər 15 saat dərs yükü üçün 1 kredit nəzərdə tutulur. İxtisas fənləri üzrə kredit sayının 142-dən 90-a endirilməsi dərs yükünün 780 saat azaldılması deməkdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2020, 10:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-08-2020, 10:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09