Təhsil eksperti deputata məsləhət verdi: - “Gələn dəfə parlamentdə çıxış edəndə…”
"Bu publikaya işləyən ifadədir. Bəli, insanların gəlirləri aşağı düşüb. Bununla belə, ali təhsil müəsisələri təhsil haqlarını azaltsa işçilərin 50 faizini işdən azad etməlidir”.
Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Erkin Qədirlinin təhsil haqlarının yarıbayarı azaldılması təklifinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib:
"Ali təhsil müəssisələrinin yeganə gəliri təhsil alanların ödədikləri təhsil haqlarındandır. Bundan başqa maliyyə ilində ali təhsil müəssisələri bütün xərclərini məhz cari ilin gəlirləri üzərində qurublar.
Hazırda 47 min plan yerinin 21 mini dövlət sifarişlidirsə, 2020-ci ildə dövlət sifarişli yerlərin sayı 25 min olacaq. Yəni 2020-ci ildən etibarən ali təhsil müəssisələrinin plan yerlərinin azı 50 faizi pulsuz olacaq. Bundan başqa, bir çox kateqoriyalar üzrə tələbələr ödənişli əsaslarla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olsalar da, onların təhsil haqları dövlət büdcəsindən ödənir ki, bir qəbul ilində bu imtiyazdan azı 7 min nəfər yararlanır. Digər tərəfdən, pandemiyadan zərər çəkmiş ailələrin övladlarının təhsil haqlarının ödənməsi üçün büdcədən 40 milyon manat vəsait ayrıldı və bu layihə çərçivəsində 20 min tələbənin 2 semesterlik təhsil haqları büdcə vəsaiti hesabına ödəniləcək”.
Həmsöhbətimiz hesab edir ki, ali təhsilin tamamilə ödənişsiz olması rəqabət qabiliyyətini aşağı salacaq və ədalət prinsipini pozacaq:
"Belə ki, 150 bal toplayan da ödənişsiz təhsil almaq imkanına malik olacaq, daha çox çalışıb, əziyyət çəkib 500-600 bal toplayan da ödənişsiz oxuyacaq ki, bu ədalətli deyil”.
Ekspert deputata müəyyən təkliflər də verib: "Deputata təklif edərdim ki, növbəti çıxışlarında ali məktəblərin əmək bazarının tələbinə uyğun kadr hazırlamamasına, ölü - gələcəkdə ehtiyac olmayan ixtisaslar üzrə qəbul aparılıb kadr hazırlığının həyata keçirilməsinə, universitetlərin beynəlxalq reytinq məsələlərinə diqqət ayırsın”.
"Təhsil haqları indiki halda azaldılsın, amma onu da deyim ki, tələbə krediti bu məsələləri birdəfəlik həll edəcək”.
Bu sözlər isə Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərova məxsusdur:
"Həqiqətən də, epidemiya şəraitində çoxsaylı valideynlər işsiz qalıb. Deməli, bu fonda o, övladının təhsil haqqını ödəməkdə çətinlik çəkir. Bu mənada da təhsil haqlarının azaldılması yaxşı olardı, Amma əsas məsələ tələbə kreditlərinin olmasıdır. Bu olarsa, heç bir tələbə ödənişi ödəmək problemilə üzləşməyəcək.
Əminəm ki, yaxın illərdə tələbə krediti məsələsi öz həllini tapacaq və onda da bu kimi məsələlərə ehtiyac qalmayacaq.
Hazırkı vəziyyətdə isə, tələbənin ödədiyi ödənişlərlə bağlı müəyyən güzəştlərin olması daha məqbuldur. Bu addımın atılması tələbə və onun valideyni tərəfindən təqdirlə qarşılanacaq. Ziyalı olaraq mən də təhsil haqlarının azaldılmasının tərəfdarıyam”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2020, 14:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2020, 14:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti