Həkimdən hökumətə SƏRT TƏNQİD - “Virusla belə mübarizə aparılmır”
Ötən günlərdə Azərbaycanda bir qrup mütəxəssis COVID-19 pandemiyası ilə mübarizəyə dair Nazirlər Kabineti yanında Operativ Qərargaha təkliflər vermişdi. Bunun ardınca Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul etdi – rejim qismən yüngülləşdirildi.
Bəs, sözügedən mütəxəssis qrupunun təklifləri nəzərə alındımı? Ümumiyyətlə, hazırda koronovirusla bağlı vəziyyətimiz nə yerdədir? AYNA mövzu ətrafında, sözügedən təkliflərin həmmüəllifi, həkim, dosent Ədalət Rüstəmlə həmsöhbət olub.
- Doktor, Operativ Qərargah xüsusi karantin rejimini qismən yumşaltdı. Günlük virusa yoluxanların sayının 200 civarında olduğu bir dönəmdə belə bir addım doğru idi?
- Karantinin yumşaldılması doğru addım idi. Amma lazımi səviyyədə yumşaldılma olmalı idi. Biz bir qrup həkimlə birgə təkliflər hazırlayıb Operativ Qərargaha təqdim etmişdik. Təəssüflər olsun ki, bu təkliflərimiz dəyərləndirilmədi. Mən düşünürəm ki, hal-hazırda verilən qərarlar heç də müsbət nəticə verməyəcək. Əksinə, tezliklə yenidən yoluxma sayında kəskin artım müşahidə olunacaq.
Koronaviruslu xəstələri müalicə edən həkim elə şeylərdən danışdı ...
- Hansı şərtlərlə yumşaldılma olmalı idi?
- İnsanlara maska taxmaq, ara məsafəsini qorumaq, gigiyena qaydalarına riayət etməyi öncə öyrətmək lazım idi. Təəssüflər olsun ki, bizdə insanların əksəriyyəti koronavirusun olduğuna inanmır. İnsanlar heç bir qaydaya riayət etmirlər. Nəticədə də yoluxma sayı artır.
- May ayında 70-ə yaxın yoluxma olduğu vaxtda karantin yumşaldıldı və nəticədə 600-ə yaxın yoluxma sayı oldu. Bu gün 200 ətrafında yoluxma sayı fonunda yumşaldılma bir müddət sonra yoluxma sayının artmasına səbəb ola bilər?
- Karantin qaydaları əvvəldən insanlara öyrədilmədi, insanlar da, həmçinin öyrənmək istəmədilər və nəticədə 600-ə qədər insan bir gündə koronavirusa yoluxdu. Bu gün də həmin səhv təkrarlanır. Təbii ki, belə də olacaq. Çünki insanların immunitet sistemi yaxşı olmalıdır ki, bu xəstəliyə tutulmasınlar. Amma hər yer bağlandı, insanlar evdə oturdular. Çox insanın da soyuducusu boş. İnsan immunitetini gücləndirməsi üçün gündə 3 dəfə normal qidalanmalıdır. Amma bizdə soyuducular boş olduğundan, qaydaları pozub, çölə çıxıb pul qazanmalı oldu insanımız. Nəticədə yoluxma halları çoxaldı.
- Təklifləriniz arasında tibbi maskaların vətəndaşlara pulsuz paylanmasını da göstərmisiniz. Bu, necə tətbiq edilməli idi?
- Təbii ki, bu, yoluxmanın qarşısını alardı. Amma öncə insanların inanıb-güvəndiyi şəxslər mətbuata çıxıb insanları inandırmalı idi. Amma bizdə əksinə, insanların inanmadığı şəxslər çıxıb məlumatlar verdikləri üçün insanlar etimad göstərmir və qaydalara əməl etmirlər. Ara məsafəsi, maska taxılması və gigiyena qaydalarına əməl etməklə virusa yoluxmanı kəskin azalda bilərik. Hətta, karantin rejimi tətbiq etmədən. Necə ki, bunu Belarus etdi. Orada karantin yox, karantin qaydaları tətbiq edildi. Nəticədə yoluxma sayı da kəskin artmadı, Belarus hökuməti də iqtisadi baxımdan heç nə itirmədi. Bizdə bu günə kimi 451 nəfər, Belarusda 521 nəfər dünyasını dəyişib. Hələ bizdə statistikada göstərilənlər xəstəxanada ölənlərin sayıdır. Təxminən, 50-70 nəfər də evdə bu virusdan dünyasını dəyişib. Və biz 6 aya yaxındır karantin rejimindəyik. Yoluxma sayı və ölənlərin sayı Belarusa yaxındır. Amma ölkəmiz hər gün karantin rejiminə görə 120-150 milyon manat pul itirir.
- Payız-qış aylarında yeni dalğa gözlənilir?
- Payız-qış aylarında mövsümi qrip və həmçinin koronavirusa yoluxanların sayı artacaq. O zaman aləm dəyəcək bir-birinə. Bu, gözləniləndir və gözləyirik.
- Azərbaycanda koronavirus testi 120-160 manat arasıdır. Bu, nə dərəcədə doğrudur?
- Əvvəla, bu, digər ölkələrdə olan qiymətlərdən 5-6 dəfə bahadır. İkincisi, özəl klinikalarda bu testlər keçirməli deyil. Bütün testlərin ödənişini dövlət ödəməlidir. Hətta, özəl klinikalarda keçirilən testlərin də ödənişini dövlət verməlidir. Təəssüf ki, bizdə belə deyil.
- Azərbaycanda koronavirus nə vaxt bitə bilər? Proqnozunuz nədir?
- Avropa ölkələrindən birində yaşasaydıq, onların məlumatları əsasında bir hesablama edib, proqnoz verə bilərdim. Çünki onlarda şəffaf statistika mövcudur. Bizdə isə şəffaf statistika olmadığı üçün bu barədə heç bir proqnoz vermək mümkün deyil. Axı, Azərbaycanda statistikada qeyd edilən xəstələr poliklinikalarda qeydiyyatı olanlar və xəstəxanada müalicə alanlardır. Bəs həkimə müraciət etmədən evdə müalicə alanlar? Bakıda qeydiyyatı olmayıb, amma yaşayan minlərlə insan var. Onlar arasında da virusa yoluxanlar var. Hələ evində xəstəlikdən ölənlər də az deyil. Bəzi qrup isə heç simptonları olmadan bu xəstəliyi keçirir. Bu gün xəstəxanalarda olan xəstələr ən ağır xəstələrdir. Ağır xəstələr isə bütün xəstələrin 20 faizini təşkil edir. Deməli, gündə azı 1600 insan bu xəstəliyə yoluxur. Bunlar mücərrəd rəqəmlərdir. Bu say 1600-dan bir qədər çox və ya bir qədər az ola bilər. Çünki poliklinikalarda qeydiyyatda olmayan insanların da arasında xəstə olanlar var. Onlardan ən ağırları xəstəxanaya və ya təcili tibbi yardıma müraciət edir. Ona görə də Azərbaycanda pandemiya barəsində heç bir proqnoz vermək olmur.
- İnsanlar fikirləşirlər ki, onsuz da bu virusa yoluxacaqlar, ona görə karantinə gərək yoxdur. Bu fikirlə razılaşırsınız?
- Bu virusa hamımız olmasa da, 80 faizimiz tutulacaq. Hətta, bəzilərimiz bu virusu yoluxmuşuq, amma xəbərimiz olmayıb. Bəzimiz isə adi qrip bilmişik. Beləliklə, çoxumuz bu xəstəliyi yüngül və ya ağır şəkildə keçirəcək.
- Xaricdən koronavirusla mübarizə üçün həkimlər gətirilir. Buna ehtiyac var?
- Burada bəzi mənimsəmə amilləri mövcuddur. Bizdə kifayət qədər həkim var. Heç həkimlərimizin 20 faizi virusla mübarizəyə cəlb edilməyib. Bir sözlə, xaricdən mütəxəssislərin cəlb edilməsinə gərək yoxdur.
- Koronavirus qarşı mübarizə aparan həkimlərimiz layiqincə mükafatlandırılırlar?
- Bu günə kimi 38 həkim koronavirus xəstələrini müalicə edən zaman dünyasını dəyişib. 70-ə yaxın digər tibb işçisi həyatını itirib. Amma bu insanlara dövlət rəsmiləri tərəfindən adi başsağlığı belə, verilməyib. Bu gün koronavirusla mübarizə də bir müharibədir. Torpaq uğrunda müharibəyə gedən insan yalnız öz canı ilə risk edir. Koronavirus ilə mübarizə aparan həkim isə həm öz, həm də ailə üzvlərinin sağlamlığı ilə risk etmiş olur. Bu cür mübarizədə iştirak edən həkim üçün maddi durumunun yaxşı olması motivasiya ola bilər. Həkim bilməlidir ki, etdiyi riskin qarşılığında, heç olmasa, 4-5 qat çox əməkhaqqı alacaq. Təəssüflər olsun ki, bu cür diqqət həkimlərə göstərilmədi. //AYNA.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:7-08-2020, 11:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-08-2020, 11:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09