reklam
Regionxeberlericom.az » Cəmiyyət » 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

reklam

244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib


Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 08.08.2020-ci il saat 00:00-dan 10.08.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 137 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 107 nəfər olmaqla ümumilikdə 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən "Report"a verilən məlumata görə, ötən həftənin şənbə və bazar günləri ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 400-ü rayon, 860-ı paytaxt istiqamətinə olmaqla 1 260, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 280-i rayon, 955-i paytaxt istiqamətinə olmaqla 1235, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 535-i rayon, 510-u paytaxt istiqamətinə olmaqla 1 045 avtomobil geri qaytarılıb, ümumilikdə 3 540 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.


Paylaş:


Müəllif : Tarix:
10-08-2020, 13:41
Sikayət   


loading...
Загрузка...