Hər halda məktəblilər formasız dərsə gedə bilməz... - GƏLİŞMƏ
Tədris prosesinin bərpası halında tikiş fabrikləri şagirdləri oktyabr üçün yeni məktəb formaları ilə təmin etməyə hazırdır. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Tekstil Fabriki" MMC-nin rəhbəri Səkinə Babayeva məlumat verib.
Qeyd edək ki, yaxın bir ay ərzində Nazirlər Kabineti növbəti tədris ilinin başlanma müddəti, həmçinin tədris formatı haqqında qərar qəbul etməlidir. Bu qərarı yalnız valideynlər deyil, məktəbli formasının tikilməsi prosesinin hələ də başlamadığı tikiş fabrikləri də gözləyir.
Abşeron rayonunun və ölkənin bir sıra regionlarının məktəblilərini geyimlə təmin edən fabrikin rəhbəri Babayevanın sözlərinə görə, müəssisənin anbarında təxminən 30-35 min dəst hazır məktəbli forması var. Lakin bu, yeni tədris ili üçün tələb olunan formaların təxminən yarısıdır. Müəssisənin ixtiyarında tekstil ehtiyatı və kifayət qədər dərzi var ki, bu da məktəbli formasının tikilişini dərhal təşkil etməyə imkan verir.
"Düşünürəm ki, bir ay ərzində bütün çatışmayan formaları tikmək olar. Əsas odur ki, birinci sinfə gedən uşaqları forma ilə təmin etmək lazımdır. Digər şagirdlərdə hələ keçən ildən formalar qalıb. Məktəblərlə də danışıqlara getmək olar ki, onlar valideynlərə dərslərin başlanmasından sonra da forma almağa vaxt versinlər", - Babayeva qeyd edib.
Bundan başqa, "Bakı Tekstil Fabriki" artıq tədarükçü tərəfdaşları ilə də danışıqlar aparıb. Beləliklə, dövlət sifarişi daxil olduqdan sonra parça 15-20 gün ərzində konveyerə ötürüləcək.
"Bu gün şəxsən mənim üçün məktəbli formasından çox, pandemiya dövründə təhlükəsizlik məsələləri vacibdir. Uşaqların qorxmadan məktəbə gedə bilməsi vacibdir. Bir ay işləyəndən sonra məktəblərin yenidən bağlanması qorxusu olsa, heç kəs forma almayacaq. Belə olan halda bu forma nəyə lazımdır? Valideynlər, ilk növbədə, uşağın qidalanmasının qayğısına qalırlar", - Babayeva hesab edir.
Bu gün müəssisə ölkədə karantin rejiminin necə yumşaldılmasından asılı olaraq üç iş ssenarisinə hazırlaşır: əyani şəkildə oxuyacaq siniflərin şagirdləri üçün forma tikmək; məktəblərdə dərslərin öz vaxtında başlanması halında istehsalı təcili olaraq işə salmaq; karantin şəraitində müəssisəni təhlükəsiz olaraq işə salmaq.
Bundan əvvəl "Bakı Tikiş Evi"nin şöbə müdiri Etibar Əzimov müəssisənin anbarlarındakı tikilmiş forma və parça ehtiyatları barədə danışıb. Ancaq istehsalın yenidən başlanmasından hələ ki, burada söhbət getmir. "Bakı Tikiş Evi"ndə də Nazirlər Kabinetinin dərs ilinin başlanması ilə bağlı müvafiq qərarını gözləyirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-08-2020, 08:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-08-2020, 08:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39