Sosial mənzillərin ELEKTRON SATIŞI: “Təklif və tələbat arasında nisbət dəyişir” – Deputatdan QİYMƏTLƏNDİRMƏ
“Mənzil sahibi olmuş vətəndaşların mənzil seçimi prosesi barədə məlumatları sosial şəbəkələrdə paylaşmaları məqsədəuyğun olardı”.
regionxeberlericom.az Yenicag.az-a istinadən xəbər verir ki, bu fikirləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərlə bağlı keçirdiyi son satışların nəticələrini dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Vüqar Bayramov qeyd edib ki, artıq mənzilə sahib olanların müraciət edənlərə nisbəti dəyişməkdədir:
“Yasamalda inşa edilmiş sosial evlərə müraciət kifayət qədər çox olduğu üçün satışa çıxarılan mənzillərin sayı tələbatdan xeyli az idi. O zaman da bildirmişdik ki, mənzil sahiblərinin sayı artdıqca, ev sahibi olanların nisbəti çoxalacaq.
Hövsanda bu, artıq müşahidə olunur. Təbii ki, heç bir əlavə ödəniş olmadan, vətəndaşların sadəcə, elektron seçimlə mənzil sahibi olmaları sevindirici haldır. Əslində, elektron satış şəffaflığın təmin edilməsi baxımından, vacibdir.
Sadəcə, tələb ilə təklif arasında fərq olduğundan, ilkin mərhələlərdə satışa çıxarılan mənzillərin sayı evə sahib olmaq istəyənlərin müraciətlərindən az idi. Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində inşa edilən 1843 mənzildən 1654-ü Agentliyin sərəncamında idi. Bu mənzillərin satışı artıq başa çatıb”.
Deputat hesab edir ki, sosial evlər çərçivəsində daha çox mənzilin satışa çıxarılması tələb ilə təklif arasındakı fərqin aradan qaldırılmasına və artıq gələn il müraciət edənlərin xeyli hissəsinin elektron sistem vasitəsilə evə sahib olmasına imkan verəcək:
“Bu ildən istifadəyə verilən Hövsan Yaşayış Kompleksi 2962 mənzildən ibarətdir. Hövsanda inşa edilən 11 binanın 7-si 7 mərtəbə, 4-ü isə 10 mərtəbəlidir. Həmin mənzillərin 803-ü hərbi qulluqçular üçün ayrılıb.
Əslində, müraciətçilərin xeyli hissəsinin elektron sistem vasitəsilə evə sahib olması sisteminin qorunub saxlanması şəffaflıq baxımından, daha məqsədəuyğundur. Qeyd edək ki, Hövsanda 30 iyun 2020-ci il tarixində satışa çıxarılmış 249 mənzildən 171-nin rəsmiləşdirilməsi artıq başa çatdırılıb, qalan mənzillərin isə rəsmiləşdirilməsi davam etdirilməkdədir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-08-2020, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-08-2020, 16:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti