“Hal-hazırda xəstəxanadayam, müalicə almağa başlamışam” - Kəramət Böyükçöl

Xəbər verdiyimiz kimi, kirayədə qaldığı evin sahibinin və qonşuların şikayətləri əsasında polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl bu gün sərbəst buraxılıb.
K.Böyükçöl baş verənlərlə bağlı paylaşım edib. O bildirib ki, nə olursa olsun içkili vəziyyətdə çıxışlar etməməliydi.
"Günlərdir gərgin idim. Ürəyim partlayırdı. Dözə bilmirdim. Ən adi problemlərin qarşısında özümü aciz hiss edirdim. Bezmişdim. Yorulmuşdum. Reallıqlarla barışa bilmirdim. Və belə bir vəziyyətdə emosiyalarımı saxlaya bilmədim, canlı açıb kobud ifadələrlə çıxış elədim, statuslar yazdım. Bütün hallarda nə olursa olsun, içkili bir vəziyyətdə içində qeyri-etik ifadələrin yer aldığı o cür çıxışlar etməməli idim və inanmaq istəyirəm ki, mən cəmiyyət üçün bir-iki çıxışın qurbanı olacaq, bir-iki sərxoş çıxışa görə silinib atılacaq adam deyiləm.
Bir az yaşamaq istəyirəm, qızıma, oğluma görə yaşamaq istəyirəm. Yeni əsərlər yazmaq istəyirəm. Polisdən buraxılmışam, indi hal-hazırda xəstəxanadayam. Müalicə almağa başlamışam. Özümü vahimə içində, yorğun və o qədər ümidsiz, halsız hiss edirəm ki, bu cəhənnəm quyusundan məni ancaq sizin dəstəyiniz, təsəlliniz çıxara bilər, əziz dostlar. Ümid edirəm ki, yaxşı olacam", - deyə yazıçı qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-08-2020, 21:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-08-2020, 21:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
20-02-2025, 14:36
20-02-2025, 10:45
20-02-2025, 09:49

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR