“İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirldi
“İslam qardaşlıq dinidir” mövzusunda konfrans Aprelin 27-də ictimai birliklərin təşkilatçılığı ilə “Azərkitab” Kitab Mərkəzində “İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib. Konfransda dövlət qurumlarının, ictimai təşkilatların, ali məktəblərin təmsilçiləri, alimlər, mütəxəsisslər, dindarlar, tələbələr və s. iştirak edib. Tədbiri giriş sözü ilə açan “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü mövzunun əhəmiyyətindən danışaraq bildirdi ki, bir sıra QHT-lərin təşkilatçılığı ilə ərsəyə gələn tədbir Azərbaycanda mövcud dövlət-din münasibətlərinin inkişafına dəstək məqsədi güdür. O, Azərbaycandakı İslam həmrəyliyinin, dini icmalar və dindarlar arasındakı qarşılıqlı anlaşma mühitinin yüksək səviyyədə tənzimləməsindən razılıqla bəhs etdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirdi ki, İslam dininin ümumbəşəri faydaları və prinsipləri haqqında hər kəs məlumatlı olsa da, nədənsə internet resurslarında axtarış veriləndə daha çox neqativ, radikalizmlə bağlı informasiyalar tapılır: “Sual olunur? Nə üçün bu prosesin qarşısının alınmasında İslam dünyası fəal iştirak edə bilmir. Çünki biz ilk növbədə dinimizi düzgün və sağlam şəkildə təqdim edərək, hansı məqsədləri ehtiva etdiyini geniş şəkildə təbliğ edə bilmirik. Təbliğatımızı geniş şəkildə qura bilsək İslam dini barədə sosial mediada, axtarış sistemlərində daha dolğun informasiyaları çoxalda bilərik”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı alim Hacı Fuad Nurullayev İslamda tolerantlığı önə çəkərək bunun əhəmiyyətini vurğuladı. O əsrlərdir ölkəmizdə yəhudi, xristian və müsəlman icmalarının səmimi münasibətlər şəraitində yaşadığını və bunun İslam dininin dinlərarası münasibətlərə önəm verməsindən qaynaqlandığını diqqətə çatdırdı. İlahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov "Hz. Məhəmməd peyğəmbər (s) və mədəniyyət" mövzusunda geniş məruzəylə çıxış etdi. V,Səmədov peyğəmbərin “Məhəmmədül Əmin” kimi çağırıldığını, bunun İslam peyğəmbərinə olan güvən və etibarın göstəricisi olduğunu söyləyib. Məruzəçi Hz. Məhəmməd peyğəmbərin qadına verdiyi qiymətə xüsusi diqqət çəkib. O, İslamın əxlaq, barış, qardaşlıq, yardımsevərlik dini olduğunu qeyd edərək bu barədə nümunələr səsləndirib. DQİDK-nin Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, İslam dininin qardaşlıq münasibətlərində oynadığı rolu daim diqqətdə saxlamağın vacibliyini vurğuladı. O, təmsil etdiyi qurumun Bakıda və regionlarda gördüyü işlərdən bəhs etdi. Sosioloq Əhməd Qəşəmoğlu orta əsr İslam alimlərinin dünya elminə verdiyi faydalarıdan danışdı. Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərli təhsil müəssisələrində ilkin ibtidai dini bilgilərin verilməsi, regionlarda dini icmalarla QHT-lərin əməkdaşlığı istiqamətində təkliflərlə çıxış etdi. “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov İslamda bölücülüyə qarşı çıxış edərək Azərbaycanda müsəlmanların birlik məqamından çıxış etməsini təqdir etdi. “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Hz. Məhəmməd peyğəmbərin əxlaqından, İslam dininin yayılmasında görülməli olan işlərdən danışıb. Mübariz Gənclər Birliyinin sədri Azər Zahidov İslam alimlərinin dövlətin qorunmasında və inkişafındakı rolundan bəhs edib. Gələcək İntellektual İnkişafa Yardım Birliyinin sədri Kazım Məmmədov regionlarda dini icmaların milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki aktiv rolunu təqdir etdi. Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski İslam dininin təbliği istiqamətində tədbirlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğuladı.
QHT rəhbəri Ziba Nəbiyeva İslam dininin, Quranın insanların həyatında oynadığı önəmli roldan danışdı. Qeyd edək ki, tədbir "Hilal" Sosial Araşdırmalar İctimai Birliyi, "Gənclərin Töhfəsi" İctimai Birliyi, Türk Ocaqları Təhsil və Mədəniyyət Vəqfi Bakı təmsilçiliyi, Azərbaycan Demokrtatik Tələbə Gənclər Təşkilatı, "Müasir İnkişaf" İctimai Birliyi, Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək Birliyi, Soyqırım Həqiqətlərinin Təbliği Birliyi, Oğuz Müstəqil Araşdırmaçılar Qrupu, Gələcək İntellektual İnkişafa Yardım Birliyi, Mübariz Gənclər Birliyi, Dialoq TV-nin birgə təşkilatçılığı ilə həyata keçirilib
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-04-2019, 22:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-04-2019, 22:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24