DAHA BİR DEPUTATDAN MƏMUR TOYLARINA ETİRAZ...- “Bilərəkdən qaydaları pozurlar”
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsi, sabiq deputat İlham Əliyevin qızı üçün karantin rejimi qaydalarını kobud surətdə pozmaqla təşkil edilən toy məclisi geniş müzakirələrə və haqlı etirazlara səbəb olub.
Bir çox tanınmış ictimaiyyət nümayəndələri və deputatlar sabiq PA rəhbərinin qanunlara və cəmiyyətə qarşı bu sayğısızlığını, özünü qanunların və cəmiyyətin üzərindəki əlahiddə şəxs kimi aparmasını sərt şəkildə tənqid ediblər.
Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev də öz sosial şəbəkə səhifəsində bu məsələyə toxunub.
A.Əliyev statusunda konkret ad çəkməsə də söhbətin Ramiz Mehdiyevin nəvəsinə təşkil edilən ziyafətdən getdiyi şübhə doğurmur.
Vitse-spikerin həmin statusunu təqdim edirik:“Cənab Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır. Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına göstərilən diqqəti göstərir. Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır.
Təəssüf olsun ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminəəməl etmək istəmirlər. Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar. Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın.”
Paylaş:
Müəllif : Fuad
Tarix:22-08-2020, 13:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-08-2020, 13:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26