“Siyavuş Novruzov və xanımı baş verənlərdən sonra tutduqları vəzifələrdə qalmamalıdırlar”
"Ramiz Mehdiyev və dəstəsi bu gün başlarına gələnləri bolluca haqq ediblər, çünki uzun illər ərzində bu xalqa zülm ediblər. Bununla belə heç kim haqqında qanunun pozulmasına yol vermək olmaz".
Bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O Milli Məclisin deputatı Siyavuş Novruzov və onun xanımı Ombudsman Səbinə Əliyeva haqqında verilən qərarın qanunsuz olduğunu deyib:
"Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Konstitusiya Qanunun 6-cı maddəsinə əsasən isə müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
Buna görə də, Milli Məclisin üzvü Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva haqqında inzibati tədbir görülməsi qanunsuzdur və belə hallara yol verilməsini qınayıram. Başqa məsələ ki, bu şəxslər baş verənlərdən sonra tutduqları vəzifələrdə qalmamalıdırlar".
Paylaş:
Müəllif : Fuad
Tarix:23-08-2020, 20:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-08-2020, 20:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:26
MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi-Tender ləğv olundu
Dünən, 08:31