reklam
Regionxeberlericom.az » Cəmiyyət » ERMƏNİSTANIN DİVERSİYA-KƏŞFİYYAT QRUPUNUN KOMANDİRİ ƏSİR GÖTÜRÜLDÜ - Rəsmi

reklam

ERMƏNİSTANIN DİVERSİYA-KƏŞFİYYAT QRUPUNUN KOMANDİRİ ƏSİR GÖTÜRÜLDÜ - Rəsmi


Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Paylaş:


Müəllif : Tarix:
23-08-2020, 21:32
Sikayət   


loading...
Загрузка...