Şengen vizasının verilmə qaydaları dəyişdirilir

Şengen zonası ölkələrinə qısamüddətli səfər üçün vizanın qiyməti 60 avrodan 80 avroya qalxacaq. Bahalaşma bir sıra dövlətlərin vətəndaşlarına şamil olunmayacaq.
Bu barədə "RİA Novosti" Avropa Komissiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Məbləğdəki kiçik artım Şengen sazişinə üzv olan dövlətlərin təhlükəsizliyə nəzarəti gücləndirməsi üçün bütün dünya üzrə konsulluq personalının lazımi sayda olmasının təmin edilməsinə imkan verəcək", - deyə agentlikdən bildiriblər.
Həmçinin, qeyd olunur ki, yeni qaydalara görə, "müsbət viza tarixçəsi" olan səyahətçilər mərhələli şəkildə etibarlılıq müddəti bir ildən beş ilə qədər artan təkrar viza əldə edə biləcək.
Bundan başqa, Şengen vizası üçün ərizənin təqdim olunma müddəti iki dəfə artırılacaq (planlaşdırılan səyahətdən altı ay əvvəl təqdim edilməli olacaq).
Bəzi ölkələrdə ərizəni konsulluğun saytından elektron şəkildə təqdim etmək mümkün olacaq. Yetkinlik yaşına çatmamış 6-18 yaşlı xarici vətəndaşlar üçün Şengen vizasının tam pulsuz olacağı gözlənilir. Yeni qaydaların qüvvəyə minməsi üçün onun Avropa İttifaqı Şurası tərəfindən rəsmi qaydada təsdiq olunmalıdır.
Qeyd olunur ki, viza rüsumundakı artım Avropa İttifaqı və bir sıra ölkələr, o cümlədən, Azərbaycanla bağlanmış sadələşdirilmiş viza rejimi haqqında müqaviləyə əsasən, tətbiq olunan 35 avroluq kiçik viza rüsumuna şamil olunmayacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-04-2019, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-04-2019, 12:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:24
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
22-01-2025, 22:25
Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
22-01-2025, 12:32
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
22-01-2025, 12:12
Tramp Baydenin 78 qərarını ləğv etdi – ABŞ ÜST və beynəlxalq iqlim sazişindən çıxdı
22-01-2025, 10:54
Məzahir Pənahovun nəzərinə - Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Qohumbazlıq, tayfabazlıq ... -- FOTOLAR/İDDİA
22-01-2025, 09:30