Məktəblərlə bağlı qərar niyə gecikir? - Nə baş infksionist, nə də İctimai Şuranın xəbəri var
15 senytabr, rəsmən yeni tədris ilinin başlanma tarixi yaxınlaşdıqca, narahatlıq artmaqdadır.
Belə ki, ölkədə koronavirus epidemiyasının yayılması ilə əlaqədar elan olunmuş karantin rejimi davam edir. Hazırda dərslərin hansı formada davam etməsi geniş müzakirə olunur, müxtəlif təkliflər var, amma qərar yoxdur.
Məktəb ləvazimatları dükanları boşdur, dərslərin ənənəvi formada davam edib-etməyəcəyi bilinmədiyindən, heç kim övladına nə məktəb paltarı, nə də başqa ləvazimat almağa lüzum görmür.
Digər tərəfdən, əgər onlayn dərslər başlanacaqsa, valideynlər buna da hazırlaşmalıdırlar. Heç də hər kəsin evində internetə çıxış yoxdur. Eləcə də valideynlər texniki avadanlıqlar – kompüter, planşet, telefon təhcizatı haqqında düşünməlidirlər.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, əgər məktəbin açılmasına az qalan bir vaxtda qərar verilərsə, bu, valideynlərin məktəb ləvazimatları bazarına kütləvi şəkildə axışmasına səbəb olacaq ki, bu da öz növbəsində sıxlığa və virusun yayılma riskinin artmasına gətirib çıxaracaq.
Dərslərin onlayn formada başlanması xəbəri də həmin tarixə qısa müddət qaldığı bir vaxta verilərsə, bu da öz növbəsində problemlər yaradacaq. Qeyd edək ki, yay tətili başlanmazdan əvvəl də onlayn, “Zoom” üzərindən dərslər keçilsə də, heç də hər kəsin buna qatılmaq imkanı yox idi.
Onu da qeyd edək ki, qonşu Türkiyədə artıq dərslərin hansı formada davam edəcəyi ilə bağlı qərar verilib. Vətəndaşlara onlayn dərslərin başlanacağı elan edilib. Rusiya isə məktəbləri üməyən şərtlə daxilində açacaq. Ölkəmizdə isə gözlər Operativ Qərargaha dikilib.
Azərbaycanın Baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında bildirib ki, yeni tədris ili başlanana qədər dərslərin hansı formada keçilməsi ilə bağlı qərar veriləcək:
“Sentyabrın 15-nə qədər xeyli müddət var. Bu dövr ərzində xəstəliyin özünü necə göstərməsinə uyğun olaraq, müvafiq qərar qəbul ediləcək”.
Operativ Qərargahda bu kimi qərarlar verilərək ölkənin baş infeksionistin rəyinin alınıb –alınmadığı ilə bağlı sualımızı Cəlal İsayev “Bütün məlumatlar Qərargahdadır. Bu məlumatlar işlənilir, təhlil olunur və qərar qəbul olunur”,- deyə cavablandırıb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov bildirib ki, İctimai Şura olaraq, onların da dərslərin başlanıb-başlanmayacağı ilə bağlı məlumatları yoxdur:
“Nazirliklə mütəmadi olaraq əlaqə saxlayırıq. Operativ Qərargahın məsələsinin üzərində gündəlik işləyir. Burada əhalinin məsuliyyətsizliyi də rol oynayır. Görürsən ki, hansısa regionda yoluxanların sayı qəfildən artır. Bu dövləti də çətin duruma salır. Amma həqiqətən bu durum böyük narahatlıq yaradır. Nəinki, valideynləri, şagirdləri, istənilən Azərbaycan vətəndaşını narahat edir. Çünki təhsil çox vacib sahədir. Nə cür olursa-olsun, pandemiya dövründə təhsil verməyi öyrənməliyik. Doğrudur, mən də onun cavabını bilmirəm ki, pandemiya dövründə necə təhsil verək. Təhsil İnstitutu bir neçə variantlar təklif edib ki, bunların arasında ənənəvi təhsil, videodərslər, uzaqdan təhsil də var. Amma bu, çətin sualdır”.
Şəxsən hansı formaya üstünlük verilməsinin tərəfdarı olduğuna gəlincə, Şahlar Əsgərov bildirib ki, dərslərin ənənəvi formada başlanmasının tərəfdarıdır: “Güman edirəm ki, üzbəüz, yəni ənənəvi təhsil bərpa olunmalıdır. Çünki yerdə qalan üsullar ənənəvi təhsilin effektini vermir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2020, 15:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2020, 15:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti