reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tolik “Xəzər”dən getmək xəbərindən danışdı

reklam

Tolik “Xəzər”dən getmək xəbərindən danışdı


Mətbuatda prodüser Tarix Əliyev və aparıcı Zaur Kamalın “Xəzər” televiziyasından uzaqlaşdırıldığı məlumatı yayılıb. Onların Dalğa TV-də fəaliyyət göstərəcəkləri deyilir.

Yenisabah.az-a danışan teleaparıcı Tarix Əliyev (Tolik) yayılan məlumatları təkzib edib.

O, hazırda “Xəzər” televiziyasında, işinin başında olduğunu bildirib:

“Kim nə istəyir yayır. Bu məlumatı haradan əldə ediblər? Zəng edib “Xəzər” telekanalının mətbuat xidmətindən soruşsunlar. Gündə bir şey deyirlər. Bizə deyiblər ki, bu haqda danışmayın. Kimin ağlına nə gəlir gecə ilə durub yazır. Mən bu dəqiqə işdə, otağımdayam. Kimin nə sifarişi oldu yazdırır, mən o xəbəri yayanların kim olduğunu da yaxşı bilirəm, sadəcə buna əhəmiyyət vermirəm. Qoy düşmənlər sevinsin”.


Paylaş:


Müəllif : Tarix:
29-08-2020, 14:09
Sikayət   


loading...
Загрузка...