“BİR MƏMURUN HİKKƏSİ HƏYATIMIZI MƏHV EDİR” – Məhbus qızı Mehriban Əliyevaya müraciət edib
Azərbaycan Televiziya və Radio Verlişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovun şikayəti ilə 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şücayət Əkbərovun qızı Cəmilə Tağıyevə media vasitəsi ilə Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Kamran Əliyevə müraciət edib.
O, “AzPolitika.info” saytına göndərdiyi müraciətdə atasının səhhətində ciddi problemlər olduğunu bildirməklə yanaşı pandemiya dövründə onun həbsdə saxlanılmasının həyatına ciddi təhlükələr yaratdığını qeyd edib:
“Hörmətli Mehriban xanım! AzTV-nin keçmiş sədri Arif Alışanov bizim ailəmizə, dostlarımıza müsibət yaşatmaqda davam edir. Ötən 5 ildə ondan hər cür pisliyi görmüşük, hər şeyimizi əlimizdən alıb, atamı saxta, qondarma ittihamlarla həbsə atdırıb. Bizi ağrıdan əsas məsələ bir məmurun bizə pislik etməsi deyil, onun dövlətin istintaqını, məhkəməsini, polisini arxasına alıb məhv etməyə çalışmasıdır. Hüquqi dövlətdə bəzi məmurların, hakimlərin bu qədər özbaşınalığı, qanunsuzluğu ağılasığmazdır.
Biz illərdir, məhkəmələrdə, mediada bu barədə yazırıq, danışırıq. Dövləti köməyə çağırırıq, amma səsimizə səs verən yoxdur. Bizi eşitmirlər, duymurlar, qanunsuzluğa susub dururlar. Artıq buna dözməyə taqətimiz yoxdur.
Mənim atamla birgə şərlənərək həbs olunan Qoçəli Cəbiyev artıq həyatda yoxdur, həbsxanada vəfat etdi. Zöhrab Şirinov isə xərçəng xəstəliyinə tutulub. İki dəfə ağır ürək əməliyyatı keçirmiş, yüksək şəkərdən, hipertoniyadan əziyyət çəkən atamın həyatı isə təhlükə altındadır.
Həbsxana divarları arasında qalmaq onun üçün ölümə bərabərdir. Əgər o ittiham olunduğu cinayətləri törətmiş olsaydı, onun düşdüyü durum nə özünü, nə yaxınlarını bu qədər yandırmazdı. Qanunları ayaq altına alan Arif Alışanovun hikkəsi ilə insanların həyatının məhv edilməsi sadəcə dözülməzdir.
Hörmətli Mehriban xanım! Sizdən çox xahiş edirik, bu cinayət işini nəzarətə götürün, məni qəbul edib dinləyin. Bu, hüququn aliliyinin bərqərar edilməsi, keçmiş məmurun hegemonluğuna son qoyulması, nəhayət, günahsız insanların həyatının qurtulması üçün çox vacibdir.
Yaxın zamanlarda Ali Məhkəmədə bizim şikayətimizə baxılacaq. Ümid edirik ki, sizin mərhəmətli, qanunpərəst, qüdrətli himayəniz nəticəsində haqq-ədalət yerini tapacaq”.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücayət Əkbərova 18, Qoçalı Cəbiyevə 17, Zöhrab Şirinova 16, Aqşin Hüseynova isə 1 il 4 ay həbs cəzası verilmişdi. Aqşin Hüseynovun həbsdə saxlanma müddəti başa çatdığına görə məhkəmə zalından azadlığa buraxılıb.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onların cəzası azaldılıb. Qərara əsasən, Şücayət Əkbərovun cəzası 18 ildən 16 ilə, Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 aya endirilib. Lakin onlar bu qərardan da narazı qalıblar. Məhkəmədə də onların vəkilləri müvəkkillərinin günahsız olduğunu bildirərək, bəraət hökmü çıxarılmasını istəyiblər.
Üç nəfər Alışanov və yaxınlarına qarşı sui-qəsddə ittiham olunsa da, Aqşin Hüseynov ancaq qanunsuz silah saxlamaqda təqsirləndirilirdi.
İttihama görə, Şücayət Əkbərov Alışanovun əmlakını ələ keçirmək məqsədilə Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdan ibarət dəstə yaradıb. Ş.Əkbərov Alışanovun qətlinin müqabilində Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Prosesin gedişində M.Namazov bu barədə polisə xəbər verib. Bundan sonra əməliyyat keçirilib və digər dörd nəfər həbs olunub.
M. Namazov özü isə məsuliyyətdən azad edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 178 (dələduzluq), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-09-2020, 20:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-09-2020, 20:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50