“Manatlıq taksiləri ləğv edə bilməyəcəklər” – Tələb çox, şərait isə yox!
Bakıda yeni exspres taksi xidməti yaradılacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib.
Onun sözlərinə görə, bu məsələ Agentliyin təşəbbüsü ilə müzakirə edilən yeni konsepsiyada öz əksini tapıb:
“Həmin taksilər birbaşa marşrut üzrə hərəkət edəcək. Bu taksilər fəaliyyətə başlayandan sonra pərakəndə halda işləyən “1 manatlıq” taksilərin fəaliyyətinin qarşısı alınacaq. Exspres taksilər sərnişinlər üçün tənzimlənən formada fəaliyyət göstərəcək”.
H.Babayev bildirib ki, hazırda müxtəlif istiqamətlərdə "1 manatlıq" taksilər pərakəndə vəziyyətdə fəaliyyət göstərərək bir dayanacaqdan digər dayanacağa sərnişin daşımaqla məşğuldur:
"Həmin taksilər tənzimlənmədiyindən avtobus dayanacaqlarına daxil olur, dayanacaqlarda və yollarda tıxaclar yaradır. Bu da sərnişin və sürücülərin haqlı narazılığına səbəb olur".
Manatlıq taksilərin ləğvi ictimaiyyətdə geniş müzakirə predimetinə çevrilib. Çoxları bu qərarın düzgün olmadığını düşünür. Məlumdur ki, vətəndaşlar əksər hallarda manatlıq taksilərdən geniş istifadə edirlər. Ekspres taksilərin isə sərfəli olmayacağına dair fikirlər səslənir. Məhz bu amil bir manatlıq taksilərin ləğvi ilə bağlı bəzi narazılıqlar yaradıb.
Məsələni dəyərləndirən “Avtosfer.az”saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a söyləyib ki, istəsələr də manatlıq taksiləri ləğv edə bilməyəcəklər.
Ekspert bildirib ki, sürücü qanuni şəkildə fərqlənmə nişanı alırsa, normal taksi kimi fəaliyyət göstərirsə, yenə də işinə davam edəcək:
“Sadəcə digər ekspres taksilərin yaradılması bir təklif kimi irəli sürülüb. Təklif hələ müzakirə edilir. Ekspres avtobus xətləri var, o demək deyil ki, digər avtobuslar ləğv edilib. Ekspres taksi xətləri yaradılanda digər taksilər də öz işini quracaq.
Sadəcə tələb budur ki, keyfiyyətli xidmət və qanuni fəaliyyət göstərilsin. Yoxsa hər yerindən duran maşının üzərinə taksi nişanı qoyub “Sumqayıta, Xırdalana bir manat” deyib, yolda qışqırmasın. Normal şərait yaratmaq lazımdır ki, manatlıq taksilər də qanun çərçivəsində fəaliyyət göstərsin. Dövlətin vergisini, sosial ödənişlərini vaxtında versinlər”.
E.Muradlı qeyd edib ki, bu gün manatlıq taksi sürücülərindən hansısa sənədləri alması və maşının saz vəziyyətdə olması tələb olunur. Lakin həmin sürücü taksini saxlamağa yer tapmır:
“Maşını harada saxlayırsa, gəlib cərimə yazırlar. Həmin taksi sürücüsündən hər şeyi tələb edirik, amma ona heç bir şərait yaratmır. Bu da obyektivlik deyil. Ona görə hər bir halda tərəfdarıyam ki, taksi fəaliyyəti ilə bağlı normal şərait yaradıb, sonra inzibatçılıq tətbiq edilsin. Müəyyən şərait yaratmadan tələblər irəli sürmək düzgün deyil.
Təsəvvür edin, bir adamdan tələb edirik ki, 100 metr qaçsın, amma qaçmağa da yer vermirik. Kimisə 1 metr yerə salıb, ondan 100 metr qaçmasını necə tələb edə bilərik? Manatlıq taksilərə də belə davranırlar. Hazırda deyilən tələblər hələ real deyil, müzakirə mərhələsindədir və bir ildən çox vaxt aparacaq. Ona görə də heç kim narahat olmasın. Elə də ciddi problem olmayacaq. Hər bir halda optimal variant tapılacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-09-2020, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-09-2020, 16:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09