Dərslər başlayır, camaatı dərd götürüb, amma dinləyən yoxdur...
Sentyabrın 15-də ölkəmizdə dərslər başlayır. Lakin bu dəfə parta arxasında yox, həm də monitor qarşısında. Belə ki, Təhsil Nazirliyinin qərarına əsasən, dərslər 1-4-cü siniflər üçün həftədə 2-3 dəfə olmaqla əyani, 5-9-cu siniflər onlayn (oktyabrın 1-dən həftədə 2-3 dəfə əyani formada keçiriləcəyi nəzərdə tutulur), 10-11-ci siniflər onlayn (oktyabrın 15-dən həftədə 2-3 dəfə əyani formada keçiriləcəyi nəzərdə tutulur), peşə, ali və orta ixtisas təhsili müəssisələri onlayn formada başlayacaq. Noyabrın 2-dən isə epidemioloji vəziyyətdən asılı olaraq müvafiq qərar qəbul ediləcək.
Bəs, onlayn dərslərə qoşulmaq üçün təhsilalanların və təhsil işçilərinin hamısında texniki imkan varmı?
Az qala, hər kəsin əlində smartfon olsa da, bu, hələ o demək deyil ki, həmin telefon onlayn dərslər üçün internetə qoşula bilmə gücünə malikdir. Eyni zamanda da bir çox ailədə kompüter, planşet və internet problemi var. Texnologiya və internet dövründə hələ də bu kimi problemlərdən əziyyət çəkənlərin varlığı pandemiyanın məcbur etdiyi şərtlərlə daha aydın görünməyə başladı. 6 aydır davam edən karantin rejimi və bu müddətdə həyata keçirilən dərslər, imtahanlar onu göstərdi ki, texniki baxımdan onlayn (distant) təhsil üçün əngəllər var. Gəlin, AYNA-nın həmsöhbətlərinin fikirləri ilə tanış olaq.
Bənövşə Əsgərova Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində təhsil alır. Bənövşənin ailəsi Goranboy rayonunda yaşayır. Universitetlərdə ənənəvi dərslər pandemiyaya görə təxirə salınanda o da rayona – ailəsinin yanına gedib. Dərslərə də elə rayondan qoşulacağını planlayıb. Düzdür, dərslərdə iştirak edib, amma min bir əziyyətlə.
“İstər ənənəvi olsun, istər onlayn, dərslərdə iştirak etmək mənim üçün çox önəmlidir. Məsələ qaib almaq və ya başqa bir şey deyil. Mən semestr ərzində dərslərdə iştirak etmək istəyirəm ki, müəllimlərimdən nəsə öyrənim. Onlayn dərslər məcburi deyildi, amma mənim üçün iştirak vacib idi. Ötən semestr dərslər onlayn qaydada keçirildiyi üçün ilk olaraq qəsəbənin poçtuna müraciət etdim ki, telefon xəttinə internet buraxılsın. Məsafə uzaq olduğu üçün “mümkün deyil” dedilər. Sonra Goranboy rayonunun rabitə xidməti ilə əlaqə saxladım. Müsbət cavab verdilər ki, həll edəcəyik, lakin neçə ay keçib, hələ də bir iş görülməyib”, - tələbə qız deyir.
O bildirir ki, kəndləri – Aşağı Ballıqaya o qədər ucqar yerdə də deyil, üstəlik də düzən ərazidir. Lakin mobil operatorların da internet sürəti çox zəifdir: “Evlərə internet çəkilmədiyi üçün məcbur olub mobil operatorların internetinden istifadə etdim. “Azercell”dən 4G modemi satın aldım və hər 10 gündən bir aylıq paket götürdüm. Ümumi hesablasam, karantin vaxtı dərslərə, imtahanlara qoşulmaq üçün 500 manatdan çox pul xərcləmişəm. Şəxsi istifadə üçün olan interneti bura qatmıram”.
Bənövşənin dediyinə görə, bu, təkcə onun üçün problem deyil. Kəndlərində ondan başqa da tələbə, müəllim, şagirdlər var: “Hazırda dərslər məktəblərdə də onlayn formada keçiriləcək. Onlar da bu problemdən əziyyət çəkirlər. Kənddə maddi imkanı çox yaxşı olan insan az taparsız, amma savadlı uşaqlar çoxdur. Onlar təhsil almaq, savadlı olmaq istəyirlər”.
“Mən mövcud problemimizlə bağlı Goranboy Rayon İcra Hakimiyyətinə də elektron formada ərizə yazmışam, amma hələ cavab almamışam. Bizim bu məsələləri müzakirə etmək üçün müraciət edəcəyimiz bir bələdiyyə sədri də yoxdur. Vətəndaşların müraciətlərinə baxılmır. Kəndin bundan başqa problemləri də var, lakin hazırda bizi narahat edən başlıca səbəb tədris prosesinə qoşulmaq üçün internetin olmamasıdır”, - müsahibimiz fikrini tamamlayır.
Digər bir qəhrəmanımız isə paytaxtdan kilometrlərlə uzaqdakı hansısa rayonumuzda yox, elə Bakıda yaşayan Lalə Mustafayevadır. O, Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsi “Cayka lager” adlanan keçmiş “Qağayı” düşərgəsində yaşayan sakindir. Deyir ki, həmin ərazidə 30 ilə yaxındır məskunlaşmış məcburi köçkünlər də yaşayırlar və hökümət onların hər biri üçün telefon xətti də, internet də çəkib.
“Biz dənizə yaxın, bağlar ərazisində qalırıq. Burada da daha çox imkanlı ailələr yaşayır. Onlarda da internet problemi yoxdur. Lakin biz internetə məhrum qalmışıq. Müraciət etmişik, deyiblər ki, yaxın ərazidə telefon xətti üçün yer yoxdur. Guya, Əliağa Şıxlinski küçəsində boş xətt var, oradan da bizə internet çəkməyə 400 manat pul lazımdır. Mobil operatorların internet xidməti də çox bahadır. Dərslər başlayır, uşaqlar onlayn dərslərə necə qoşulacaq, bilmirik”, - Mustafayeva bildirir.
İsmayıl İsmayılov da internet sürətinin zəif olmasından şikayətlənən yüzlərlə vətəndaşımızdan biridir: “Hazırda Bilgəhdə bağ evindəyik. İnternetin sürəti çox zəifdir. Ümumiyyətlə, mən deyərdim ki, Bakıətrafı kəndlərin çoxunda vəziyyət bu cürdür. Fiber-optik internet olmasa, bu problem düzələn deyil. İnternet həm də telefon xətlərini yandırır. Elə dünən usta gəldi, bir neçə şeyi kəsib atdı, yenidən birləşdirdi. Rusiyada 150-500 mb sürət var, bizdə isə 1-2. Evdə hər gün internet üstündə davadır. Bu gün səhər bir faylı hamı yatandan sonra göndərə bilmişəm”.
Nihat Piriyev Lənkəranda tələbədir, o da internetin sürətindən şikayətçidir: “Burada internetin sürəti çox zəifdir. İnternet xətləri və kabel şəbəkəsi bərbad vəziyyətdədir. Yağışlı havada internet ümumiyyətlə, olmur. Bu şəraitdə onlayn dərslərə qoşulmaq mümkünsüzdür”.
Göründüyü kimi, ölkə üzrə müxtəlif yerlərdə ineternetin, ümumiyyətlə olmaması və ya çox zəif olması ilə bağlı ciddi problem var. Məsələni AYNA-ya şərh edən Azərbaycan İnternet Formunun (AİF) prezidenti Osman Gündüzün sözlərinə görə, bir sıra suallar hələ də açıq olaraq qalır: “Təhsil Nazirliyi monitorinq apararaq müəyyənləşdirməli idi ki, neçə şagird, müəllim, tələbənin normal internet bağlantısı, kompüteri yoxdur, hazırkı şəraitdə keyfiyyətli internet infrastrukturu olmayan yaşayış məntəqələrinin sayı nə qədərdir və hansılardır, neçə şagird, tələbə, müəllimi kompüter və internetlə təmin etmək mümkün olacaq və sair. Göründüyü kimi, hələ də bu sualların cavabı yoxdur, biz bilmirik harada, kimdə hansı problemlər var”.
“Ehtiyac var idi ki, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil operatorlar, provayderlər kiminsə koordinasiyası altında görüş keçirərdi. Ortalığa bir xəritə qoymaq lazım idi ki, ölkədə vəziyyət nə yerdədir. Hazırda isə durum çox qarışıqdır. Hesab edirəm ki, belə halda distant təhsillə bağlı ciddi problem yaşanacaq və keyfiyyətli təhsil prosesini qurmaq mümkün olmayacaq”, - ekspert bildirib.
“Dünya ölkələrinin bununla bağlı tərübəsi var. Bu problem tək bizdə deyil, qonşu ölkələrdə də var. Onlar vəziyyətdən çıxış yolunu bu cür portnyorluqla, özəl və dövlət qurumlarının əməkdaşlığı, beynəlxalq qurumların köməyi ilə həll etməyə çalışırlar. İnternetdən əlavə, komputerlə bağlı problem var. Bununla bağlı da nazirlik özü bir xəritə çıxarmalı idi ki, kimin əlində hansı alət var, kimdə yoxdur. Bu sualların cavabı hələ də açıq qalıb. Teledərslərdə interaktivlik yoxdur, bu halda keyfiyyətli təhsildən söhbət gedə bilməz”, - Gündüz vurğulayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AYNA-ya deyib ki, bu istiqamətdə xüsusi olaraq monitorinqlər, keyfiyyət göstəriciləri ilə bağlı təhlillər aparılır: “Bütün ölkəni bir ay ərzində planşetlə təmin etmək mümkün deyil. Desək ki, bunu edəcəyik, bu, doğru olmaz. Hətta, planşet verilsə belə, onun özü də problemin həlli yolu deyil. Planşet özlüyündə tədrisin aləti ola bilər. Amma konkret, vahid kontentin ora yüklənməsi bir az başqa məsələdir. Bununla bağlı xüsusi olaraq işlənməlidir”.
Bəs, indiki vəziyyətdə internet və texniki problem yaşayanlar nə etsinlər? Belə çıxır ki, hər kəs öz probleminə çarəni özü tapmalıdır? Buna cavab olaraq Valehov qeyd edib ki, teledərslər də yayımlanır: “Bu, o deməkdir ki, təhsilalanlar təkcə kompüterlə yox, televizorla da dərsləri izləyə bilirlər”.
Qeyd edək ki, Təhsil Nazirliyinə 19 avqustdan ünvanladığımız “Nazirliyin testdən keçirdiyi, dayanıqlı fəaliyyət göstərə biləcək neçə virtual təhsil platfroması var? TN-in bazasında siniflər üzrə neçə rəqəmsal resurs, video dərslər, elektron dərslər var? Neçə müəllim distant təlimlər üzrə sertifikata malikdir?” suallar da cavabsız olaraq qalmaqdadır…
Paylaş:
Müəllif : Yazar
Tarix:3-09-2020, 15:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-09-2020, 15:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16