Navalnının vəziyyəti ilə bağlı daha bir açıqlama
“Aleksey Navalnı xəstəxanaya yerləşdirilmədən bir həftə əvvəl kilo vermək üçün pəhrizə başlayıb və bu da onda həzm probleminə səbəb olub”.
Bu sözləri Omsk bölgəsi və Sibir Federal Dairəsinin Baş toksikoloqu Aleksandr Sabayev “TASS” agentliyinə açıqlamasında deyib.
“Anamnez məlumatları, yəni xəstəlik tarixçəsi, onu və həyat yoldaşını müşayiət edən şəxslərdən alınan məlumatlar göstərir ki, onun həqiqətən problemləri olub və bu problemlər 5-7 gün arasında davam edib. Onun həm həzm, həm də qidalanma ilə bağlı problemləri olub. Bununla yanaşı pasiyent bu günlərdə çəki itirmək üçün pəhrizə başlayıb”,- deyə Sabayev qeyd edib.
Həkimin sözlərinə görə, Omsk klinikasında xəstənin maddələr mübadiləsini qaydaya salmaq mümkün olub.
Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” xəstəxanasına köçürülmüşdü.
Omsk şəhərinin 1 nömrəli təcili yardım xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko Navalnının analizlərində heç bir zəhər tapılmadığını açıqlamışdı: “Qan və sidikdə zəhər və onun izləri müəyyən edilməyib”.
Lakin daha sonra Navalnının orqanizmində zəhər izlərinin olması müxalifətçinin yerləşdirildiyi “Şarite” klinikasının həkimlərinin istəyi ilə Bundesverin (Almaniya Silahlı Qüvvələri) xüsusi laboratoriyası tərəfindən aparılan testlərlə təsdiqlənmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-09-2020, 13:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-09-2020, 13:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54