MUSA ÜMMƏTİLƏ SU TAPDI, XİLAS OLDU: BİZİ BU SAHƏDƏ NƏ GÖZLƏYİR?
İlhami Cəfərsoy.
Filologiya elmlər doktoru. AMEA-nın Qədim dillər şöbəsinin müdiri
Tarixən müharibələrin çoxu qlobal iqlim dəyişikləri ucbatından baş vermişdir. Şimalda güclü yağışlar yağanda insanlar cənuba köçmüş, cənubda quraqlıq başlayanda şimala çəkilmişlər. Əgər Volqa çayı boyundan begemont sümükləri tapılırsa, deməli nə zamansa Ural dağlarının ətəklərində Nubiyadakı, Efiopiyadakı istilik olmuşdur.
Yağışlar bol olanda Nil çayının suları 10-12 dəfə artırdı. Çağlayan sular çayın məcrasından çıxır, lilli münbit torpağı səhradakı çökəklərə yayırdı. Əkinçilər yüz min hektarlarla torpağa arpa, buğda toxumları səpirdilər.
Nil çayının suları 6 dəfədən az artanda sahildəki çökəkləri doldura bilmirdi. Münbit vadilər qırmızı səhralara çevrilirdi. Qocalar, uşaqlar susuzluğa dözməyib ölür, ən sağlam cavanlar qarşılarına keçənləri talaya-talaya şimala üz tuturdular.
Qədim Misir folklorunda qırmızı rəng fəlakət rəngidir. Çünki susuz səhra qırmızı rəngə çalır. Kara adlanan qara rəng isə bolluq, bərəkət rəmzi idi. Çünki Nil çayı daşanda vadiləri lilli qara torpaqla bərəkətli əkin yerlırinə döndərirdi.
Quraqlıq başlayanda fironlar daha da qəddarlaşır, vergiləri artırırdılar. Belə dəhşətli illərdən birində - e.ə. XIII əsrdə İliopol məbədinin müdrik kahini Amosiy (xristian salnaməçilər onu Moisey, yəhudilər Moşe, müsəlmanlar Musa adlandırırlar) 12 qəbiləni ətrafına toplayıb, Sinay dağına tərəf hərəkətə başladı.
Musa peyğəmbər Sarı Çin səhrasına çatanda ümməti bir udum suyun olmamasından əziyyət çəkirdi. Sarı Çin kahinləri onları hörmətlə qarşıladılar. Çünki onlar da Musa hümməti kimi Tək Allaha tapınırdılar.
Musa hümmətinin qəbilə başçılarından biri quraqlıq səhrada necə su tapmağın sirrini bilirdi. O, iki dananı buynuzlarından bir-birinə bağlayıb danalar qan-tərə batınca qovur, sonra onları açıb buraxırdı. Danalar səhranı dolaşıb hansı çuxuru ayaqları ilə eşirdilərsə, müdrik o çuxuru qazdırırdı. Və qazılan quyulardan içməli su çıxırdı.
Müqəddəs kitablarda həmin müdrik Anakim adlandırılır. Anakim ilahə Anaya tapınan etnosun patriarxı deməkdir. Bu məlumat onu göstərir ki, bizim əcdadlarımız həmişə zalımların yox, məzlumların yanında olmuş, aclara çörək, susuzlara su vermişdir.
“And olsun” kultural və multikultural “dəyərlərə”, bu tarixi bilgiləri mən özümdən uydurmuram. Belə işlərə görə hibridgenlər adamı qaz kimi çığırda-çığırda yolarlar. Dərisinə saman təpərlər. Qoy inanmayanlar gedib İosif Flavinin (I əsr) “İudeyanın qədimliyi” əsərini oxusunlar. Əgər zərrəcə şübhələri qalsa, Arximandrit İeronimin (III əsr) “Bibliya arxeologiyası” kitabının 1883- cü il Sankt-Peterburq nəşrini vərəqləsinlər.
Musa peyğəmbər İordan çayına çatanda 160 yaşında vəfat etdi. Onun ümməti çayı keçib, Fələstinin susuz təpələrində yurd saldı. Bu dəfə bizim müdriklər təpələrin başındakı tikanlı bir kol növünə baxıb dərinlikdəki suları tapa bildilər. Həmin kolun kökləri 15-20 metr dərinliyinə gedə bilirdi.
İndi taleyin qismətindən Kür quruyur. Araz çayı xristian ermənilərlə, erməni xislətli farsların bostanına axır.
Neynəyək? Təpələri gəzə-gəzə Musa ümməti kimi tikanlı kolların altınımı axtaraq?! Bu mümkün deyil, çünki sulu təpələrin çoxu Qarabağda ermənilərin işğalı altındadır.
Bəlkə meliorasiya və su təsərrüfatı idarəsinin iki iribuynuzlu məmurunu bir-birinə bağlayıb Saatlının şoran çöllərində yumşaq yerlərinə tər gəlincə qovaq?
Ərz edirəm ki, bu da mümkün deyil. Nə olsun ki, bizim çoxlu iribuynuzlu və xırdabuynuzlu məmurlarımız var. Axı onlar suyun iyini bilmirlər, pulun iyini bilirlər. Əgər Dəccalın oturduğu Şeytan təpəsinin altında bir torba pul basdırsanız, iyləyib o pulu taparlar, ancaq suyu tapmazlar.
Az qalmışdı sevinim, Kür qurusa, Araz düşmənlərin bostanına axıdılsa da, bizim Tərtər çayımız var, Qarqar çayımız var. Ancaq yadıma düşdü ki, ermənilər Ağdərə rayonunda Tərtər çayının qarşısını kəsiblər. Bu azmış kimi onlar Kəlbəcərin altında yeni su-elektrik stansiyası tikirlər.
Onda hansı ağılla bizim millət vəkillərimiz Araz çayı üzərində körpülərin tikilməsi haqqında razılaşma aktını təsdiq etdilər? Ağıl dolu başla yox, saman dolu başla fikirləşəndə yenə qarşıdan gələn fəlakəti görməyə bilmirsən.
Rusların Çukot milli mahalının sadəlövh əhalisi haqqında çoxlu lətifələri var. Onların birində deyilir ki, bir çukça hündür şam ağacına çıxıb, oturduğu budağı kəsirmiş. Başqa bir çukça gəlib deyir ki, oturduğun budağı kəsmə, ağacdan yıxılıb ölərsən.
Çukça o biri çukçanın əllərindən öpüb deyir: "Sən şamansan, hardan bildin ki, mən yıxılıb ölə bilərəm".
Kürün şoranlaşmasının, Araz çayının qurudulmasının ağır nəticələrini qabaqcadan görmək üçün nəinki şaman olmaq, elə Molla Şükür olmaq bəs edir.
Amma neyləyək ki, Molla Şükürün məramı millətin su dərdini anlamaq deyil. O, Eçmiadzin katolikosu deyil ki, millətin taleyi ilə maraqlansın?
Qlobal istiləşmə gəlirsə, bizim üç tərəfdən – Dağıstan, Ermənistan, Gürcüstan tərəfindən su problemimiz olacaq. Əgər vaxtında tədbir görə bilməsək, biz yaxın illərdə bunun ağrısını çəkə bilərik. Necə ki, fələstinli müsəlmanlar o ağrını çəkirlər.
İzrail heç bir zaman xoşluqla Qolan təpələrini Fələstinə qaytarmayacaq. Ona görə ki, ölkənin içməli su ehtiyacının çoxu o təpələrdən qaynayıb axan bulaqlarla ödənir.
Fələstində Sarı dərəsi adı ilə məşhur olan vadi var. Yəhudilər onu Şaron vadisi adlandırırlar. Sarı xan nəslinin patriarxları eradan əvvəl II minillikdə orada bağlar, üzümlüklər salmışdılar.
Musa peyğəmbərin 12 qəbiləsi təpələrdən başlayıb Aralıq dənizinə qədər uzanan o vadiyə gələndə orada 70-ə yaxın bulaq və su quyusu var idi. İudalarla fələstinlilər yüz illərlə, min illərlə o vadidə su üçün bir-birlərinin qanlarını tökdülər.
Biz Şaron vadisində axıdılan qanları göz önünə gətirib, erməniləri Tərtər, Qarqar, Həkəri çaylarının kənarından təmizləməsək, bizi yaxın illərdə Fələstin yetimlərinin gününə salıb, bir qurtum su üçün ləlidəcəklər…
Hibridgenli generallar yaxınlaşmaqda olan bu fəlakəti görmürlər, heç görmək də istəmirlər. Çünki onlar üçün Vətən villalar və bağlar, millət Aşxalusdan və Qalinadan doğulan uşaqlarıdır.
Bakı şəhəri böyüdükcə böyüyür. İnşa edilən çoxmərtəbəli binaların ağırlığı altında yeraltı sular torpağın səthinə çıxır, Abşeronu üfunət iyi bürüyür.
Ağızlarında yaşmaq olduğundan bizim yekələr və lap yekələr hələ ki, bu üfunət iyini duya bilmirlər. Beş-altı ay keçəcək, viruslar yox olub yaşmaqlar ağızlardan çıxanda üfunət iyi onların da burnuna dolacaqdır.
Qazaxlar Bakı qədər yeraltı və yerüstü problemləri olmasa da, paytaxtı Bişkek şəhərinə köçürtdülər. Çoxlarının düşündüyü kimi Almatıda mənzillərin qiyməti o qədər də enmədi. Ruslar ölkənin paytaxtını Moskvaya köçürdülər. Peterburq əyalət şəhərinə çevrilmədi. Bizim oliqarxlar düşünürlər ki, paytaxt köçürülsə, onların sarayları dəyərini itirər.
Əgər Kür kimi böyük çayın kənarında Mingəçevir, Yevlax şəhərləri varsa, biz nəyi gözləyirik? Gözlərimiz aydın olmasın. Paytaxtı köçürmək əvəzinə Qobuda nüvə reaktorları qurasdırmaq istəyirlər. Yəqin Bakını Xirosimaya döndərəndən sonra Abşeronun küləklərini özlərilə Moskvaya aparacaqlar.
Cəbhədə rusların qorxusundan toplarımız susursa, bunu anlayırıq. Aran rayonlarında şoran torpaqlar 30 ildir ki, yuyulmur. Bax, bunu anlamaq olmur. Siz gürcü kilsələrinə ödənişsiz qaz verirsiniz, sabah onlar bizə su verəcəklərmi? Verəcəklərsə, qarşılığında məhsulun neçə faizini istəyəcəklər?
Biz Musa ümmətinə su verdik ki, susuzluqdan dodaqları cadar-cadar olmasın. İsa hümmətinə qaz verdik ki, odun yarmaqdan əlləri qabar olmasın. Əvəzində ermənilər Türkiyədən Vanı, Azərbaycandan Naxçıvanı istəyirlər! Bu, bəd xəbər olmasın!
Dövlətin və millətin taleyindən söhbət gedən yerdə gərək haqq susmasın. Haqqın susduğu, nahaqqın dil acdığı ölkələrin dan yerindən günəş doğmur, ağrılar, acılar doğur.
Kür quruyur, erməni
Araz üstən yol çəkir.
Körpülərin başında
Bankomatlar pul çəkir.
Millət vəkillərimiz
Bu sazişə qol çəkir.
Bir qurtum suya möhtac
Oymağımız, obamız.
Bizim ağıldan kasad,
Saman dolu qafamız.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2020, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-09-2020, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09