Oğluna “ananız yatıb” deyib... - Röyalənin öldürülməsinin təfərrüatı+Fotolar
Xəbər verdiyimiz kimi, Tərtərin Şıxarx kəndində 1984-cü il təvəllüdlü Səlim Əsədov qısqanclıq zəminində keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanı yaşadığı evdə boğaraq öldürüb.
Mərhumun bacısı Məmmədova Narınc "Qafqazinfo"ya açıqlamasında bildirib ki, onlar 5 il normal yola gediblər:
"5 il sonra başladı hər gecə bacımı döyməyə, ağzına yastıq basırdı, körpə uşaqları təhqir edirdi. Gördük belə ailə olmur, məcbur olduq ayırdıq. 3 il idi boşanmışdılar. O da polisə düşmüşdü, bacımı döymüşdü. Ayrılandan sonra bir həyətdə yaşayırdılar. Bacımı öldürməzdən əvvəl qardaşı Əsədə və qardaşı arvadı Şərəfə deyirmiş ki, Röyaləyə elə planlar cızmışam, onu elə öldürəcəm ki, özünün də xəbəri olmayacaq. Dəfələrlə hədələyirdi. Oğlan bacımı qaçırtmışdı. O adamın telefonunda əxlaqsız qadınlarla mesajlarını tapandan sonra bacım onunla dalaşmağa başladı".
Səlim Əsədov həyat yoldaşını öldürdükdən sonra oğlu Sənanı “ananız yatıb” deyərək bacısının yanına göndərib. Sənan qətldən əvvəl atasının əlləri ilə anasını boğduğunu gördüyünü bildirib. Röyalə Tağıyevanın öldüyü səhər iş yoldaşlarının gəlişi zamanı bilinib.
Qeyd edək ki, cütlük 10 il əvvəl ailə həyatı qorub. Onların bu evlilikdən 3 övladı dünyaya gəlib.
Xatırladaq ki, faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Tural Hüseynli
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2020, 20:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-09-2020, 20:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:36
İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ - VİDEOMÜRACİƏT
Dünən, 12:10
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Dünən, 12:07
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
5-11-2024, 10:14