“Tələbələrin ödəniş haqqı 50 faiz endirilə bilər” - ekspert
Təhsil haqlarının azaldılması yenidən gündəmə gəlib. Pandemiya dövründə universitetlərdə və məktəblərdə dərslər demək olar ki, keçirilməyib. Bəzi iş yerlərinin bağlı olması, valideynlərin gəlirinin azalması məsələni bir daha aktuallaşdırıb. Hətta bir müddət öncə parlamentdə təhsil haqlarının yarıbayarı azaldılmasına dair təkliflər səsləndirilib.
İndiki şəraitdə təhsil haqlarının azalması üçün dövlət büdcəsinin imkanı varmı?
İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, REAL partiyası 2019-cu ildə bu məsələyə dair kampaniyaya başlayıb, 42 min imza toplanıb.
İqtisadçının sözlərinə görə, təhsil haqlarının azalması üçün təkliflər Milli Məclisə təqdim edilib:
“Təklif etdik ki, heç olmasa, Azərbaycan dilində təhsil dövlət ali məktəblərində pulsuz olsun. Bunun müəyyən bir hissəsini həyata keçirdilər. Pulsuz təhsil alan tələbələrin sayı 12 min 500 idi. Bunu 21 minə qədər artırdılar, kifayət qədər ciddi artım idi.
Amma təəssüf ki, məsələ kökündən həll olunmadı. Bu il isə parlament təmsilçimiz Erkin Qədirli vasitəsilə avqust ayının büdcə müzakirələri zamanı yeni təklif səsləndirdik”.
N.Cəfərli qeyd edib ki, ölkə üzrə bir illik təhsil haqqı təqribən 150 milyon manata yaxındır:
“Bu il təklif etdik ki, 2020-2021-ci il üçün ödənişlər heç olmasa, yarıbayarı yəni 50 faiz endirimə salınsın. Çünki pandemiya ilə əlaqədar onsuz da dərslərin böyük hissəsi keçirilməyib. Ali məktəblərin kommunal xidmətləri ucuzlaşdı.
Çünki dərslər yoxdursa, kommunal xidmətlər üçün ödənişlər azaldı. Ona görə də təklif etdik ki, dövlət büdcəsindən 75 milyon manat ayrılsın və ödənişli təhsil alan bütün tələbələrə 50 faizlik endirim edilsin.
Təəssüf ki, büdcəyə salınmadı. Amma Erkin Qədirlinin çıxışından sonra Maliyyə Nazirliyi və müxtəlif nazirliklərin belə fikri oldu ki, məsələnin həlli üçün dövlət büdcəsinin ehtiyat fonduna baxılsın.
Ümid edirəm ki, yaxın günlərdə müvafiq qərar qəbul olunacaq. Ən azından 2020-2021-ci il təhsil ili üçün tələbələrin ödəniş haqqı 50 faizə endirilə bilər.
Bu, həm valideynlərin ciddi yükdən azad olması, həm də sosial layihədir. Çünki son zamanlar əhalinin virusla bağlı gəlirləri aşağı düşüb. Ona görə dövlət tərəfindən belə sosial addım atılsa, hər kəsi məmnun edə biləcək bir yanaşma olar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-09-2020, 16:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-09-2020, 16:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:36
İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ - VİDEOMÜRACİƏT
Dünən, 12:10
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Dünən, 12:07
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
5-11-2024, 10:14