İşıq, qaz pulu ödəməyənə kredit də verilməyəcək - Kredit almaq çətinləşir...
Azərbaycanda yeni kredit skorinq xidməti istifadəyə verilib.
Azərbaycan Kredit Bürosunun (AKB) məlumatına görə, proqnozlaşdırma gücü kifayət qədər yüksək olan (Gini əmsalı - 66.3) bu model AKB ilə Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Yeni xidmət AKB-də kredit tarixçəsi olan şəxslər barədə məlumatların təhlilinə əsasən borcalanların davranışlarını müəyyən edəcək və əldə edilən nəticələr əsasında fərdi reytinqlərin verilməsini həyata keçirir. Bu xidmətdən istifadə edən təşkilatlar borcalanın keçmiş kredit məlumatlarına əsasən onun gələcək defolt ehtimalını hesablayıb, yeni kredit əldə etməsinə uyğunluğunu müəyyən edə biləcəklər.
Yeni sistem vətəndaşların kredit almasını çətinləşdirəcəkmi?
Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda əhali ilə işləyən bütün banklarda skorinq xidməti var:
“Skorinq sistemi odur ki, bank hər bir müştəri olan vətəndaşa müəyyən əlamət üzrə, müştəri qrupunun indiyədək olan kredit tarixçəsinə uyğun olaraq bal verir. Məsələn, hansısa 30 yaşlı jurnalist xanım kredit üçün müraciət edirsə, bank indiyədək verdiyi kreditlərin tarixinə baxaraq, müəyyən edir ki, məsələn xanımlarla bağlı problemlər daha çox olur və bu zaman ona tutaq ki, 10 baldan 5-i verilir. Sonra peşəsi, yaşı, ailəli olub-olmaması, əmək haqqı və s. müxtəlif meyyarlar üzrə bal verilir. Son nəticədə həmin ballar toplanır və müəyyən olunur ki, bu müştəriyə ümumiyyətlə kredit vermək olar, yoxsa yox, olarsa nə qədər vermək olar, bu zaman hansı təminat istənilməlidir. Hər birimiz kredir üçün banka gedən zaman bizdən anket məlumatları götürülür, bu kompüterə vurulur və bankın işçisi deyil, kompüter həmin skorinq sistemi ilə bunu hesablayır”.
Əkrəm Həsənov deyir ki, bu sistem bankın kredit vermə müddətinin uzanmaması üçün tətbiq edilib:
“Skorinq sistemi II Dünya Müharibəsi dövründə ABŞ-da yaranıb. Çünki o zaman bank işçilərinin bir qismi müharibəyə gedib, işçi çatışmazlığı yaranıb”.
Hüquqşünas deyir ki, hazırda yaradılan sistemdə isə ümumilikdə icmallaşmış məlumatlar öz əksini tapacaq:
“Hazırda hər bir bank öz kredit tarixçəsini görür. İndi isə bu bir növ icmallaşmış məlumatlar olacaq. Bu məsələ müştərilər üçün o baxımdan problem yaradacaq ki, hər bankın öz kredit tarixçəsi olduğu üçün bir vətəndaşa bir bankda aşağı, digərində isə yuxarı bal verilə bilərdi. İndi bütün banklarda eyni yanaşma olacaq və bir bankdan kredit ala bilməyən digərlərindən də ala bilməyəcək və ya az məbləğdə alacaq. Bunu bank sistemini problemli kreditlərdən qorumaq üçün həyata keçirirlər”.
Ümumiləşdirilmiş skorinq sistemi biznes kreditlərini də əhatə edəcəkmi?
Əkrəm Həsənov deyir ki, bu sistem biznesə aid deyil:
“Skorinq sistemi kiçik kreditlərin verilməsi üçündür. Sahibkara verilən zaman biznesin özü qiymətləndirilməlidir, bunu isə kompüter sisteminə etibar etmək mümkün deyil. Həm də sahibkar axı daha böyük kredit üçün müraciət edir”.
Bank mütəxəssisi deyir ki, gələcəkdə kommunal ödənişlərlə bağlı ləngimələrin, cərimələrin də kredit tarixçəsinə təsir etməsi vətəndaşların kredit almasını çətinləşdirəcək:
“Bu çoxəhatəli və məlumatlı sistem olacaq və nəticədə bank sistemini problemli kreditlərdən qoruyacaq. Bu sistemdə bəzən ədalətsiz yanaşmanın da olması mümkündür. Çünki burada məlumatlar orta statistik göstəricilərə əsaslanır. Ola bilər ki, vətəndaş daha etibarlıdır və ona daha çox kredit vermək olar, amma müəyyən statistik göstəriciyə düşdüyünə görə bunu ona verməyəcəklər. Məsələn, qeyri - rəsmi gəlirləri də nəzərə alınaraq kimya, riyaziyyat, ingilis dili müəlimlərinə idman müəllimlərindən daha çox kredit veriləcək. Amma ola bilər ki, müraciət edən kimya müəllimi heç repetitorluq edə biləcək səviyyədə olmasın. Bank isə bunu görmür və ona daha yüksək bal veriləcək. Adətən isə orta statistik göstərici düzgün olur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2020, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2020, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti