Koronavirus dərsləri: Tədris yarıda qala bilər, bəs sonra...? - AÇIQLAMA
Mart ayının 3-dən etibarən ümumtəhsil məktəblərində eyni zamanda ali məktəblərdə tədris prosesi dayandırılıb.
Hazırda isə yeni qərara əsasən, Azərbaycanda sentyabrda ənənəvi formada tədris prosesinin başlanması gözlənir. Ancaq sinif və auditoriyalara, eləcə də təhsil müəssisələrinə daxil olma, həmçinin tədris prosesinin müddəti ilə bağlı ciddi dəyişikliklər ediləcək.
Bütün hallarda məktəblərdə dərs prosesinin qaydalara uyğun təşkil edilməsi üçün təkliflər paketi hazırlanıb.
Təhsil eksperti bildirib ki, bütün hallarda sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. İbtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan vermək olmaz.
Həmçinin müəllimlərin hər məktəbdə ehtiyat bazasının yaradılması da təklif olunur. Bu, ona kömək edəcək ki, əgər hansısa müəllimin bədən temperaturu qəfil yüksələrsə, onu dərhal əvəz etməyə müəllim tapılsın. Siniflərə uyğun olaraq dərs prosesinin müddətinə yenidən baxılması ilə bağlı da təkliflər var.
Bundan başqa, keçirilən fənlər arasında müəyyən ixtisarların aparılması, mahiyyət etibarilə bir-birinə yaxın fənləri birləşdirərək interaktiv dərslərə üstünlük verilməsi də təklif edilir. Bütün bunlarla yanaşı, zəruri tibbi-sanitar normalar gözlənməli, məktəblər mütəmadi olaraq dezinfeksiya olunmalıdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi də məktəblərdə dərslərin müəyyən qaydalarla təşkil edilməsi ilə bağlı xəbərdarlıq edib. Belə ki, koronavirus pandemiyası ilə əlaqədar uşaqlar sosial məsafəni saxlamalı, dezinfeksiya məhsullarından istifadə etməli, xüsusi ilə dərs prosesi zamanı, ümumiyyətlə, məktəblərdə maskalardan istifadə etməli, başqa sinif yoldaşlarının əşyalarına toxunmamalıdırlar.
Maraqlıdır, bütün bu qaydalara əməl etmək olacaqmı? Qaydalara əməl edilməsinə kimlər və necə nəzarət edəcəklər? Uşaqlara vəziyyətin ciddiliyi necə izah ediləcək?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumi prosesə nəzarət etmək bir qədər çətin olacaq:
"Nəzarət mexanizmi daha çox həmin təhsil müəssisələrinin rəhbərliyi və ümumi təşkilatı işlərə baxan şəxslərin ixtiyarındadır. Yəni onlar mütləq bu prosesə nəzarət etməlidirlər. Əks halda prosesə nəzarət olunmasa, yoluxma halları daha da artacaq. Bu da növbəti dəfə qapadılma ilə nəticələnəcək və yenidən dərslər distant formaya qayıdacaq.
Bunun üçün də uşaqlara vəziyyətin ciddiliyi bildirilməlidir. Ən azından dərslər başlayanda ilk 3-5 dəqiqə girişdə müəllimlər tərəfindən uşaqlarla koronavirusla bağlı söhbət aparılmalıdır. Bundan əlavə valideynlər uşaqlara koronavirusla, onun ciddiliyi ilə bağlı mütləq izahat verməlidirlər. Yəni əllərin tez-tez dezinfeksiya olunması, eləcə də qoruyucu maskadan istifadə olunması, ara məsafəsinin saxlanılması, sosial məsafə qaydalarına riayət edilməsi, yəni bütün bunlar haqqında həm valideyn, həm də məktəb rəhbərliyi uşaqlara lazımi məlumatları verməlidir. Əgər burada əlaqə itərsə, uşaqlar vəziyyəti başa düşməyib, qaydalara əməl etməzsə, əlbəttə, çox ciddi fəsadlar olacaq".
Ekspert qeyd edib ki, əsas çıxış yolu uşaqlara vəziyyətin ciddiliyini, qaydalara əməl etməyin mühim olduğunu izah etməkdir:
"Çıxış yolu kimi, yəni uşaqların qaydalara riayət etmələri üçün ən uyğun və optimal variant hər dərsin başlanğıcında müəllimlər tərəfindən 3-5 dəqiqə məhz bu mövzuda uşaqlarla söhbət aparılmağıdır. Uşaqlara hər dəfə vəziyyət barəsində məlumat verilməlidir. Eyni zamanda sinif otaqlarından marifləndirici məlumatlar asılmalıdır ki, şagirdlər o məlumatları dönə-dönə görüb, öyrənə bilsinlər".
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2020, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2020, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11