“Azərbaycanda Azərbaycan dilindən başqa bütün dillərdə reklam var” - ETİRAZ
“Azərbaycanda Azərbaycan dilindən başqa bütün dillərdə reklam var”.
regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Vahid Əhmədov bildirib.
V. Əhmədov deyib ki, “Reklam haqqında” qanun qəbul olunsa da, icra olunmur: “Burada xüsusən dil məsələsinə dair tələblər yerinə yetirilmir. Ona görə də xahiş edirəm ki, Reklam Agentliyini də dəvət edərək reklamla bağlı dinləmələr keçirək”.
Millət vəkili qeyd edib ki, nəhayət, Rəqabət Məcəlləsini qəbul etmək lazımdır: “Rəqabət Məcəlləsi hələ də bizə gəlib çatmayıb. Bu Məcəllə qəbul olunsa, sahibkarların 30-40 faizi normal fəaliyyət göstərir. Bəzi dövlət şirkətləri özəlləşdirməyə hazırlanır. Mənə məlumat gəlib çatıb ki, dövlət şirkətlərinin rəhbərləri bəzi sahələrə öz qohumlarını yerləşdirməyə başlayıblar. Ona görə də Rəqabət Məcəlləsi qəbul edilməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2020, 11:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2020, 11:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26