Qəbələdə başlayan sevgi Dubayda bitdi - Zeynəb kömək istəyir
Azərbaycanın tanınmış sabiq bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı çıxılmaz vəziyyətdə qalıb. O, bu barədə instaqram hesabında paylaşım edərək yardım istəyib.
Zeynəb Dubay kralının ailəsindən olan Şeyx Səid Əl Məktumdan ayrıldıqdan sonra onun adamları tərəfindən təqib edildiyini bildirib. Bu barədə artıq məşhur "Daily Mail" nəşri də məlumat yayıb.
Zeynəb sözügedən görüntülərdə ağlayaraq iddia edib ki, təqib edən şəxslər onun övladlarını oğurlamağa çalışır.
Qeyd edək ki, cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər. Onların bu evlilikdən 3 övladı dünyaya gəlib. Həyat yoldaşı Zeynəbdən 20 yaş böyük olub və bu, şeyxin 3-cü evliliyi idi.
Onu da qeyd edək ki, Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğludur. Səid Əl Məktumun öz altıncı həyat yoldaşı şahzadə Həyya isə ötən il ərindən gizli olaraq Londona qaçması ilə gündəmə gəlmişdi.
Qısa arayış olaraq bildirək ki, Səid Əl Məktum 1976-cı ildə Dubayda anadan olub. Onun atası Maktum ibn Rəşid Əl Məktum 1990-2006-cı illərdə Dubayın əmiri olub. Onun vəfatından sonra isə hakimiyyətə əmisi Məhəmməd ibn Rəşid gəlib. Səid Əl Məktum 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərib, Olimpiya oyunlarının iştirakçı kimi yadda qalıb. Atasının vəfatından sonra onun 16 milyard dollar dəyərində qiymətləndirilən mirası yeganə övlad kimi Səid Əl Məktuma keçib. Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şeyxlərindən biri, mesenat kimi tanınır.
Zeynəb Cavadlı isə 1991-ci ildə Bakıda anadan olub, əslən Naxçıvanlıdır. O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış edib. Lakin 2012-ci ildə aldığı zədə üzündən idmançı fəaliyyətini yekunlaşdıraraq, məşqçi karyerasına başlayıb. Bir zamanlar Türkiyənin “İstanbul Genclik Spor Kulübü”, “Anabilim Jimnastik Kulübü” ilə çalışıb, 2013-cü ildən etibarən isə özünün gimnastika üzrə məktəbini açmışdı.
Xatırladaq ki, Şeyx ikinci arvadı Əliyeva Natalya Müslüm qızı da əslən azərbaycanlı olub. Şeyx onunla Minskdə keçirilən yarışlar zamanı restoranlardan birində tanış olub. Bir zamanlar ofisiant kimi çalışan Natalya şeyxlə evlilikdən sonra adın dəyişərək Ayşə edib və İslam dinini qəbul edib. Səidin üçüncü arvadı isə Zeynəbdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-09-2020, 22:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-09-2020, 22:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti