reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 13 sentyabr

reklam

Bürclər- 13 sentyabr


Qoç -  bütün planları realaşdırmaq mümkün deyil. Yeni, maraqlı irsanlarla tanış olacaqsınız. Onların maraqları, istəkləri və planlarından agah olun. Axşam saatları romantik görüş və ya etiraf üçün əlverişlidir.

Buğa - ailə işləri və evlə bağlı qayğıları çözməyə başlayın. Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə alın. Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri nəzərdən keçirin. Yaşam arealınızda nizam və qayda yaradın.

Əkizlər - səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq mümkündür. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional problemlərinizi həll edin.  Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi bacarın.  Gəlişigözəl sözlərə və vədlərə inanmayın.

Xərçəng - ən çətin problemləri izafi zəhmət çəkmədən həll edə biləcəksiniz. Aktiv olun, rəqiblərin sizi üstələməsinə, geridə qoymasına imkan verməyin. Məqsədə doğru aparan yolda çeşidli problemlər yarana bilər.

Şir - aktual problemləri etibar etdiyiniz insanlarla müzakirə edin. Təklif və iradlarınızı aşkar şəkildə bildirin. Yeni işə başlamağa tələsməyin. Məişət problemlərinizi ailə üzvləri ilə həll etməyiniz məsləhətdir. İradlarınızı və tənqidizi səmimi, etik şəkildə bildirin.

Qız - karyeranızı düşünürsünüzsə, inkişaf etmək və daha çox qazanmaqla bağlı planlar hazırlayırsınızsa, peşəkar fəaliyyət müstəvisindəki problemləri həll edin. İşdə rəhbərlik təkliflərinizi dinləmək istəməyəcək. Maaş artımının zərurəti barədə ümumiyyətlə, danışmayın.

Tərəzi - unudulmaqda olan münasibətlərdən biri günün ikinci yarısında spontan şəkildə bərpa oluna bilər. Sizi çoxdan bəri narahat edən suallara cavab arayın. Axşam saatlarını ailənizə sərf edin. Bunu dəyərləndirəcəklər.

Əqrəb - birmənalı olmayan gündür. Yaxşı xəbərlərlə yanaşı, əsəblərinizi gərə biləcək məlumatlar da ala bilərsiniz. İndinin hadisələri ötənlərdə yaşanmışlarla sıx bağlıdır. Bir qədər əvvəl çəkdiyiniz zəhmət məntiqi nəticəsini verəcək.

Oxatan - innovasiyalardan qorxmayın.  Bəzi problemlərin həllində nəticələr sizi çəkindirə bilər. Etibar etdiyiniz insanla axşam saatlarında bir sıra məsələləri müzakirə etmək olar.

Oğlaq - günün ilk yarısında karyera ilə bağlı məsələlər ön plana çıxacaq. İşdə rəhbərliklə münaqişə etməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Emosiyalara qapılmayın, düşünülməmiş addımlar atmayın. Təcrübəli insanla birgə fəaliyyət əlavə impuls rolunu oynaya bilər.

Dolça - başqalarının uğurlarına paxıllıq etməyin. Əksinə, rəqiblərin nailiyyətlərini öz nöqsanlarınızdan, apatiyanızdan qurtulmaq üçün əlavə stimul qismində qəbul edin. Çətin vəziyyətdə, birmənalı olmayan situasiyada yaxınınız sizə yardım edəcək. Onun məsləhətlərini dinləyin, yardımlarından imtina etməyin.

Balıqlar - çarizmatik, aktiv və müdrik insanla çalışsanız, məqsədə daha sürətlə çatacaqsınız. Həmkarlar, həmfikirlərlə işləmək məsləhətdir. Radikal layihə və ya ekstravaqant ideyaların reallaşması üçün yaxşı zaman deyil.


Paylaş:


Müəllif : Tarix:
13-09-2020, 00:05
Sikayət   


loading...
Загрузка...