İnternet yoxdursa: Distant təhsil necə olacaq? - AKTUAL
Məktəblərlə bağlı qərarın açıqlanması sevindirici olsa da, valideynləri çıxılmaz duruma salıb.
Hibrit formada - yəni 2-3 gün ənənəvi, digər günlərdə isə onlayn olmaqla dərslər keçiriləcəyi bildirilsə də, Təhsil Nazirliyinin uşaqlarını məktəbə göndərmək istəməyən valideynlərin iltizam formasına qol çəkməsi ilə bağlı qərarı summativlərin, yoxlamaların davam edəcəyini göstərir. Məlumdur ki, ölkəmizdə internetlə bağlı ciddi problemlər var. Bu problem təkcə Azərbaycanın ucqar rayonları ilə bağlı deyil, paytaxt Bakının da bir sıra qəsəbə və kəndləri uçün xarakterikdir. Belə olan təqdirdə məktəb şagirdlərinin summativlərin öhdəsindən necə gələcəyi sual doğurur. Əks təqdirdə isə, onları sinifdə qalmaq gözləyir.
Ölkədə internetin normal təmin olunması üçün hansı infrastruktur qurulmalı, hansı işlər görülməlidir?
“Kəndlərdə keyfiyyətli internet əlçatan deyil”
“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, distant təhsil üçün vacib olan texniki və texnoloj şərtlər var: “İlk növbədə internet platforması olmalıdır. Kompüter texnologiyaları əlçatan olmalıdır. Azərbaycanda genişzolaqlı internetin əldə olunması ilə bağlı ciddi problemlər var. Regionlarda, kəndlərdə ümumiyyətlə keyfiyyətli internet əlçatan deyil. Belə olan halda distant təhsilin necə təşkil olunacağı, bunun məsuliyyətini kimin daşıması sual doğurur. Hökumət isə şagirdlərin və müəllimlərin texniki-texnoloji təminatını öz üzərinə götürmür. Təhsil müəssisəsi əgər əyani təhsildən imtina edib, distant təklif edirsə, onda düşünürəm ki, bu formada təhsil vermək üçün imkanlar da yaratmağa borcludur”.
Mütəxəssis deyir ki, ölkədə keyfiyyətli internetin verilməsi üçün ikiistiqamətli tədbirlər görülməlidir. Birinci istiqamət dərhal, təcili həyata keçirililməlidir: “Hökumət Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mobil operatorlar, pravayderlər, informasiya texnologiyaları şirkətlərini bir araya gətirməlidir. Bu qurumların iştirakı ilə şagirdlərin kompüter və internet problemləri həll olunmalıdır. Bu qurumlardan hansı köməyi edəcəyi ilə bağlı rəylər alınmalıdır. Məsələn, provayderlər şagirdlərə, tələbələrə güzəştli paketlər verə bilərlər. İkinci tərəfdən isə hökumət bunun fərqində olmalıdır ki, yerlərdə normal internet infrastrukturu olmadan rəqəmsal xidmətləri vermək olmur ki, distant təhsil də bu xidmətlərdəndir. Problemi kökündən həll etmək üçün hökumət regionlarla bağlı “Optika” adlı proqram hazırlamalıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maraqlı tərəflərin iştirakı ilə bu proqramın üzərində işləməlidir. Proqram hökumətə təqdim olunmalı və onun maliyyəsi təmin olunmalıdır. Vaxtilə belə bir proqram mövcud olub, amma müəyyən səbəblərdən maliyyələşməyib. Bunun üzərindən xeyli müddət keçib və problem daha da ciddiləşib”.
Osman Gündüz hesab edir ki, indiki vəziyyətdə mövcud problemi yalnız Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, hansısa provayder təklikdə həll edə bilməz:
“Bunun həlli bir Nazirliyin, bir provayderin gücündə deyil. Burada böyük maliyyə tələb olunur. Nazirlik yalnız bir rayonda problemi həll edə bilər. Digər hökumətlər bu problemi həll etmək üçün effektiv qərarlar qəbul edirlər. Məsələn, Qazaxıstan hökuməti yalnız şəhərin birində bu problemin həlli üçün 15 milyon, digərində 20 milyon dollar xərcləyib. Ölkə üzrə xərclər 150 milyon dollara çatıb”.
Osman Gündüz hesab edir ki, Təhsil Nazirliyi təcili olaraq şagirdlərin və müəllimlərin texniki-texnoloji təminatı ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlamalıdır: “Təhsil Nazirliyində mövcud durumla bağlı yetərincə informasiya toplanıb. Bu informasiyaları ictimaiyyətdən gizlədilməsi doğru deyil. Nazirlik distant təhsilin keyfiyyətli təşkili üçün dərhal mövcud texniki-texnoloji durumla bağlı hökumətdən, ayrı-ayrı qurumlardan kömək istəməlidir. Nazirlər Kabineti distant təhsilin təşkili üçün Nazirliyə köməklik göstərməli, əlavə resurslar ayırmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-09-2020, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-09-2020, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26