İki gölə körpə forel balıqları buraxıldı - Fotolar

Azərbaycanın təbii su hövzələrində balıq populyasiyasının artırılması, təbii su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə təbii sututarlarına balıq körpələrinin növbəti buraxılışı Göygöl Milli Parkının ərazisində keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azforel MMC-nin rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə körpə forel balıqları Göygöl və Maralgöl göllərinə buraxılıb. Körpə balıqların göllərə buraxılışı ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb: “Balıq ehtiyatlarının artırılması və qorunmasının vacibliyinin təşviqi məqsədilə körpə balıqların təbii su hövzələrinə buraxılışı sentyabrın sonunadək davam edəcək”.
Xidmət rəsmisi bütün balıq yetişdirən müəssisələri bu kimi aksiyalarda yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə çağırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-09-2020, 14:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-09-2020, 14:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
20-02-2025, 14:36
20-02-2025, 10:45
20-02-2025, 09:49

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR