Adil Qeybulla Oqtay Gülalıyevin həyat yoldaşını qınadı - Sərt reaksiya ilə üzləşdi
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu "CİTY Hospital"a yerləşdirildikdən sonra onu müayinə edən həkim Adil Qeybulla jurnalistlərə açıqlama verib. Bu zaman həkimə yaxınlaşan bir xanım ona hüquq müdafiəçisi Oqtay Gülalıyevin aqibətini xatırladaraq Tofiq Yaqublunu ciddi nəzarətdə saxlamağı xahiş edib. Adil Qeybullanın ona verdiyi cavab isə qalmaqala çevrilib. Həkim bildirib ki, O.Gülalıyevin bu vəziyyətə düşməsində onun həyat yoldaşı günahkardır.
Xatırladaq ki, O.Gülalıyev ötən il oktyabrın 29-da Bakıda avtomobillə vurulub. O, əvvəlcə Bakıda CİTY Hospital"a, daha sonra müalicə üçün Türkiyəyə aparılaraq "Amerikan" hospitalına yerləşdirilib. Onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb və davam etdirilir. Hüquq müdafiəçisinin səhhətində irəliləyişlər qeydə alınsa da, şüur oyanıqlığının nə zaman baş verəcəyi hələ də bilinmir.
Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Adil Qeybullanın dediklərinə sərt reaksiya verib. O, "Facebook"-dakı səhifəsində yazıb ki, atası oktyabrın 29 dan 30-na keçən gecə saat 4:00 radələrində "CİTY Hospital"-da komaya düşüb. "Şəxsən anam tezdən saat 6:00 radələrində atamın durumunun ağır olduğunu, təzyiqdən sol gözünün bərəldiyini, əllərinin qıc olduğunu görüb və dərhal müdaxilə etmələri üçün dəfələrlə bildirib. Adil Qeybulla kimiləri də qaçıb gizlənib ki, mən dərsdəyəm, gələ bilmərəm. Bununla belə saat 12:00 radələrində atam son nəfəsində əməliyyat edilib. İndi də utanmadan, qızarmadan açıqlama verir ki, əməliyyatın gecikdirilməsinin, bu duruma düşməsinin səbəbkarı anamdır!?", -deyə T. Gülalıyev bildirib.
Hüquq müdafiəçisinin oğlu daha sonra bildirib ki, deyəcəyi çox söz var, amma indiki durumda əsas məsələ Tofiq Yaqublunun azadlığı və sağlamlığıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-09-2020, 00:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-09-2020, 00:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11