İŞİD-ə pul göndərmək ittihamı ilə həbs edilən 11 nəfərin işi - “Dostunun xəstə uşağı üçün göndərib...”
İŞİD-ə maliyyə dəstəyi göstərməkdə ittiham edilən şəxslərin məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmənin hazırlıq iclası pandemiyaya görə bir neçə dəfə təxirə salınıb. Növbəti hazırlıq iclası sentyabrın 22-nə təyin edilib.
Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə ittiham irəli sürülüb.
Həbs edilən şəxslərin hazırda da İŞİD-in tərkibində olduğu bildirilən Xəyal adlı şəxsə pul göndərdikləri qeyd edilir. Həbs edilənlərdən biri olan Cavid Əmənov, Xəyal adlı şəxsin dostu olub.
Cavid Əmənov ifadəsində bildirib ki, 2010-cu ildən “əhli-sünnə” təriqətinə uyğun ibadətlə məşğul olub, 2013-cü il Ramazan ayında 10 gün Şirvan şəhərində yerləşən məsciddə qalıb:
“Həmin vaxt orada “Əbu Adəm” dini ləqəbli Xəyal Nuriyevlə tanış oldum, yaxşı münasibətimiz yarandı. Xəyal dedi ki, hərbçi olub, amma dini ibadətlə məşğul olduğu üçün xidmətdən tərxis olunub, onun üçün iş tapmağımı məndən xahiş etdi. Mən ona mənimlə birgə alver etməsini təklif etdim, o da razılaşdı. İki il sonra alver yaxşı getmədi, Xəyal Dağıstana, sonra da Türkiyəyə gedib fəhləlik edirdi. 2017-ci ildə Xəyal mənə mesaj yazdı, hal-əhval tutduq. Sonra “Teleqram” üzərindən danışıqları davam etdirdik. Bir il sonra Xəyal mesaj yazıb dolanışığının çətin olduğunu deyərək, 500 dollar borc istədi. “Binə” bazarında onun dediyi adamla görüşüb pulu həmin şəxsə verdim. Bir neçə gün sonra isə Xəyal mesaj yazaraq qızının sarılıq xəstəliyinə tutulduğunu və yaxında övladının dünyaya gələcəyini deyərək, pula ehtiyacı olduğunu bildirib, 600-700 dollar borc istədi. Mən isə o qədər pulum olmadığını dedim, 300 dollar və 340 manat pul düzəldib Xəyalın dediyini adama verdim”.
C.Əmənovun evində axtarış zamanı Xəyal Nuriyevin ona göndərdiyi notbuk, telefon və dini mövzuda mesajlaşmaları aşkarlanıb. C.Əmənov ifadəsində “İŞİD”ə qarşı şübhələri olduğunu, amma bunu büruzə vermədiyini deyib. O bildirib ki, Xəyal Nuriyevlə də heç vaxt “İŞİD” haqda müzakirələr aparmayıb.
Həbs edilən Cavid Əmənovun valideynləri övladlarının günahsız olduğunu deyirlər.
Onun atası Fazil Əmənov bildirib ki, 40 il müəllimliklə məşğul olduğu vaxt, həm də oğlu Cavidin müəllimi olub:
“Dərs dediyim şagirdlər içində oğlum Cavid də olub. Cavid mənim tərbiyəmi götürüb, hərbi xidmət 1 il yarım olduğu halda, o, 3 il xidmət edib. Daim onun ətrafından mənə razılıq olunub. Cavidə verilən maddələr ona aid deyil. Düzdür ki, o, pul göndərib, amma xəstə bir uşaq üçün göndərib. Cavidin başqa bir məqsədi olmayıb. O heç vaxt vətənə, xalqa xəyanət etməyib. Cavidin ağlına belə gəlməzdi ki, Suriyaya gedib, orada kiməsə kömək etsin. Bir ata kimi ağlıma belə gəlməz ki, Cavid belə iş görər. O maddələr oğluma yaraşmır. Cavidin terrorla, terror təşkilatı ilə heç bir əlaqəsi olmayıb. Cavidin pul göndərdiyi Xəyal onunla əvvəllər birgə işləyib. Həmin adam bəzən ailəvi bizim evimizdə də qalıb. Azərbaycandan gedəndən sonra Cavidə deyib ki, iş tapa bilmirəm, mənə kömək elə. Cavid də yeganə dostu kimi uşağının müalicəsi üçün ona göndərib. Cavid indi də bilmir ki, Xəyal haradadır və nə işlə məşğuldur. Cavidlə birgə tutulan adamları isə əvvəldən ümumiyyətlə, tanımayıb, heç bir əlaqəsi olmayıb. Onlar da Cavidi tanımadıqlarını deyirlər. Mən xahiş edirəm ki, Cavidi ailəsinə, balalarına yetirsinlər. Cavidə kömək etsinlər, onun azadlığını özünə qaytarsınlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-09-2020, 13:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-09-2020, 13:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29