“Nəzərə almaq lazım idi ki, bir ailədə məktəbə gedən bir yox, iki, üç və daha çox uşaq ola bilər” - Nazirin nəzərinə...
Belə görünür ki, qənaətbəxş təhsil üçün tək ümidimiz ənənəvi formanın tam bərba olunmasıdır. Hələ yeni tədris ilinin başlamasına bir neçə ay qalmış təhsil ekspertləri, müəllimlər onlayn dərslərlə bağlı problemləri, eyni zamanda da çıxış yollarını göstərirdilər. Məqsəd pandemiya şəraitində onlayn keçiriləcək dərslərdə keyfiyyətin daha yüksək olmasının təmin edilməsinə nail olmaq idi.
Bu istiqamətdə Təhsil Nazirliyinə də dəfələrlə suallar ünvanlandı, problemlərin həlli istiqamətində hansı çıxış yollarının hazırlanıb-hazırlanmadığı soruşuldu. Bu gün artıq dərslər başlayıb. Onlayn dərslərə qoşulmaq üçün zəruri imkanlar isə tam təmin edilməyib. Bir çox evdə internet və texniki imkanların olmaması valideynlərin, təhsilalanların, eləcə də təhsilverənlərin işinə əngəl-kələf olub.
Bu barədə bir müddət əvvəl Təhsil Nazirliyinə ünvanladığımız “Təhsilalanlarla müəllimlərin texniki-texnoloji imkanları ilə bağlı monitorinq aparmısınızmı? Nəticələr nə zaman açıqlanacaq? Təhsil Nazirliyinin mövcud vəziyyətdə texniki-texnoloji imkanları nəzərə alaraq hökümətdən və digər qurumlardan kömək istəyəcəyi gözlənilirmi? Yoxsa özü bu işi çiyinlərinə tək yükləməyi düşünür? Təhsil Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, IT şirkətlərə, provayderlərə, mobil operatorlara müraciət edibmi və ya edəcəkmi?” kimi suallar cavabsız qaldı. Və cavabsız qalan bu sualların fonunda bu gün – ilk dərs günündə problemlər özünü göstərməyə başlayıb.
Mövcud vəziyyətdən şikayətçi olan və bu barədə AYNA-ya danışan Lalə Mustafayeva deyir ki, evə Wi-Fi çəkdirmək bu bir neçə ayda mümkün olmadı deyə, bu gün 30 manata “Azercell”dən internet paketi götürmək məcburiyyətində qalıblar, amma bununla da problemləri həll olunmayıb: “Evdə üç məktəbli var. Biri 7, biri 9, digəri 4-cü sinifə gedir. Səhər açılandan əsəblərim tarıma çəkilib. Evdə bir telefon var, bilmirik, hansı uşaq hansı dərsi dinləsin. Müəllimlərin hərəsi bir proqram deyir. Proqramlara da qoşula bilmirik, aləm bir-birinə dəyib. Onlayn dərs üçün yarım saat vaxt ayrılıb, amma saatlarla nə qədər cəhd etsək də, dərsə qoşula bimədik. Tək bizdə yox, bir çox ailədə bu problem var”.
Valideyn deyir ki, virtual məktəbdən də qeydiyyatdan keçiblər, amma internet və texniki imkan olmadıqdan sonra bunun əhəmiyyəti olmur: “Bir tərəfdən “Teledərs” yayımlanır, digər tərəfdən də müəllimlər fərqli-fərqli proqramlar deyir, onlarla qoşulmağımızı istəyirlər. Bu cür çox qarışıqlıq yaranır. Elə uşaqlar birbaşa “Teledərs”lərə baxsa, bəs edərdi. Mövcud problemlər əvvəlcədən öz həllini tapmalı idi. Nəzərə almaq lazım idi ki, bir ailədə məktəbə gedən bir yox, iki, üç və daha çox uşaq ola bilər. Onların hamısında telefon, kompüter yoxdur. İnternet də olmayınca, ümumiyyətlə, çətin olur. Bu günləri necə yola verəcəyik, bilmirəm”.
Müəllim Elşən Ramizoğlu da bildirir ki, təlimata görə, şagirdlərə əyani formada tədris olunmayan mövzular “Virtual Məktəb” platformasi üzərindən “Microsoft Teams” proqrami ilə tədris olunmalıdır. Belə nəticəyə gəlmək olar ki, “ZOOM” platforması üzərindən, “Whatsapp” vasitəsilə keçirilən onlayn dərslər sayılmayacaq. Lakin təhsilalanlar kimi təhsilverənlər arasında da “Microsoft Teams” proqramına qoşula bilməyənlər var.
“Niyə məhz "Virtual Məktəb"? Öncə onu bildirim ki, mən "Virtual Məktəb”dən istifadə etməyi bacarmıram. Sadəcə qeydiyyatdan keçirtməyi bilirəm. Mənim kimi yüzlərlə müəllim var. Əlavə olaraq minlərlə müəllimi və şagirdi aprel ayından məktəbin müəllimləri və ya direktor müavinləri qeydiyyatdan keçirtdi. Elə bil, su idarəsində işləyirdik, plan doldururduq. Bu məsələnin aqibəti necə olacaq? Ötən tədris ilində, guya sorğu keçirdilər, direktorlar da yazıb yolladılar. Formal sorğunun cavabına əsasən, çox güman ki,"Virtual Məktəb" "qalib" gəlib”, - müəllim qeyd edir.
O, eyni zamanda, Təhsil Nazirliyindən xahiş edir ki, digər proqramlar vasitəsilə də dərslərin keçirilməsinə şərait yaradılsın: “Təhsil Nazirliyinin məsul şəxsləri, xahiş edirəm, heç olmasa “ZOOM” platforması üzərindən dərs keçməyə şərait yaradasanız. Hansı formada öyrənmək vacib deyil, əsas öyrənməkdir. Şagirdin öyrənməyi vacibdirsə, nə fərqi var ki, “ZOOM”, yoxsa “Virtual Məktəb”?”.
Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. //AYNA.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:16-09-2020, 08:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-09-2020, 08:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11