Göygöl və Daşkəsən camaatı da onun “yanan barmağa su tökməsini” görməyib... - İDDİA
“Ən yeni deputat” rubrikamızda sizi Elşad Mirbəşirlə tanış edəcəyik. Reportyor.info xəbər verir ki, onun adı deputatlıq fəaliyyətinə qədər heç nə demirdi. Əslində indi də E.Mirbəşir millət vəkili kimi millətin içində ad qazanmayıb.
Onu daha çox deputat Zahid Orucun adamı, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini kimi siyasi çevrələr xarakterizə edirlər.
E.Mirbəşirin bəxti onda gətirib ki, hakimiyyətin monolit olmadığı dövrdə mandat qazana bilib. Məhz bir mərkəzdən yox, müxtəlif siyasi dəhlizlərdən gələn təqdimatlar əsasında formalaşan yeni Milli Məclisdə onun adının yer alması Z.Orucun xidmətləri və təqdimatı sayəsində gerçəkləşib.
Hazırda 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputat olan E.Mirbəşirin hər hansı fəaliyyəti diqqət çəkmir. Göygöl və Daşkəsən camaatı da onun “yanan barmağa su tökməsini” görməyib.
Ümumiyyətlə, gənc deputatın sözügedən regionun problemlərindən dərin məlumatı və həllinə kömək etmək üçün təsir imkanları yoxdur. Hakimiyyət isə gənclərə yer verməklə yanaşı onların cəmiyyətdə və namizəd olduğu dairədə seçicilər qarşısında hansı nüfuza malik olmalarını nəzərə almalıdır.
Yəni, köhnə deputatlar seçicilərinə bivec və oliqarx olduğu qədər yeniləri də laqeydirlər. E.Mirbəşir də onlardan seçilmir. Mediada da reputasiyası ürəkaçan olmayan deputatın əlaqələri haqda müxtəlif iddialar səslənib.
Məsələn, onun atası Məhərrəmov Mirbəşir Ələsgər oğlunun mərhum prezident Heydər Əliyevin şəklini cırması ittihamları var. Amma deputat münasibət bildirməyib.
Ən dəhşətlisi isə E.Mirbəşirin özünün vaxtilə sabiq nazir, indi hakimiyyətə qarşı nəinki müxalif, düşmən və qisasçılıq mövqeyində dayanan Əli İnsanovun vəkili olduğu iddiaları var.
Göründüyü kimi, atasının H.Əliyevə, özünün isə prezident İlham Əliyevə qarşı fəaliyyəti göz qabağındadır. Amma Mirbəşir susub, deputatlığını davam etdirir və ittihamları rədd etmir. Maraqlıdır ki, mətbuatda bu iddialar qalır və heç bir reaksiya yoxdur.
Bundan əlavə, bildirilir ki, 2 il bundan öncə atası Məhərrəmov Mirbəşir Göygöl 5 saylı məktəb direktoru vəzifəsindən azad edilib. Onun rüşvətxorluğa yol verdiyinə görə direktor vəzifəsindən azad edildiyi xəbər verilir.
Ancaq deputat bu iddialara da cavab verməyib və Göygölün deputatı olmaqda davam edir. Seçicilər isə onun üzünü belə görmür.
Əslində onun haqda bu ittihamların nə dərəcədə həqiqət olduğunu söyləməkdə çətinlik çəkirik.
İnanmırıq ki, gənc deputatın dosyesində belə tarixçələr var. Amma onun danışmaması sual doğurur və rubrikamızın bu dəfəki qonağı – E.Mirbəşirin mövqeyini dinləyib işıqlandırmağa hazırıq. //reportyor.info//
Paylaş:
Müəllif : Fuad
Tarix:17-09-2020, 11:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-09-2020, 11:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29