reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda şirkətin səlahiyyətli şəxslərinə cinayət işi açıldı - RƏSMİ

reklam

Azərbaycanda şirkətin səlahiyyətli şəxslərinə cinayət işi açıldı - RƏSMİ


“AGRO-MEAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli şəxsləri Vəliyev Ehtiram İldırım oğlu, Ələkbərov Namiq Oktay oğlu və digərlərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticələri əsasında fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, aparılmış istintaqla “AGRO-MEAT” MMC-ni icarəyə götürmüş Ehtiram Vəliyevin MMC-nin nümayəndəsi Namiq Ələkbərovla birlikdə 23-25 iyun 2020-ci il tarixlərdə ölkə ərazisində yerləşən mal-qara bazarlarından və ayrı-ayrı şəxslərdən 6.890 kiloqram miqdarda keyfiyyətsiz ət məhsulunu ucuz qiymətə alaraq, həmin ət məhsulunu Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən MMC-yə məxsus kəsimxanada müvafiq standartlara uyğun olmayan şəraitdə satmaq məqsədilə saxlamalarına əsaslı şübhələr müəyyən edilib.
Baş İdarə tərəfindən 25 iyun 2020-ci ildə həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan kəsimxanada 41 min 340 manat dəyərində 6.890 kiloqram çəkidə keyfiyyətsiz ət məhsulu aşkar olunaraq götürülüb.
İş üzrə toplanmış sübutlara əsasən 22 avqust 2020-ci ildə Ehtiram Vəliyevə Cinayət Məcəlləsinin 29, 200.2.3 (istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatma və ya ya pis keyfiyyətli məhsul istehsal etmə və ya satmaya cəhd etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Namiq Ələkbərova isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.3-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik etmə) maddələri ilə yekun ittiham elan edilərək, cinayət işi üzrə istintaq yekunlaşdırılmış və baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilib.


Paylaş:


Müəllif : Tarix:
22-09-2020, 16:57
Sikayət   


loading...
Загрузка...