Azərbaycanda peyvənd müzakirəsi başladı: - Həkimlər nə deyir?
Azərbaycanda artıq koronavirusa qarşı peyvəndləmə ilə bağlı müzakirələr başlayıb.
"COVAX çərçivəsində Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb. 1 doza vaksinin orta qiyməti 1,60 ABŞ dollar proqnozlaşdırılır. Hər şey daxil olmaqla, 1 doza üçün cəmi məbləğ 10,55 ABŞ dolları hesablanır. Azərbaycanın 10 milyon 112 min əhalisinin 10 faiz hissəsinə görə 2 dozalıq vaksinin sifarişi üçün yekun ödəniş məbləği 21 milyon 336 min 320 ABŞ dollarıdır".
Cebhe.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.
Onun sözlərinə görə, öhdəlikli satınlama variantında ilkin ödəniş daha azdır: "2 milyon 22 min 400 doza vaksinin hər dozası 1,60 dollar olmaqla, 3 milyon 235 min 840 dollar təşkil edir. Hər şey daxil isə 2 milyon 22 min 400 doza vaksinin hər dozası 8,95 dollar olmaqla, 18 milyon 325 min 480 dollar təşkil edir. Müqavilənin şərtlərinə görə, hökumət və Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilir".
Digər tərəfədn, Rusiyanın hazırladığı peyvəndin keyfiyyətini şübhə altına alan ÜST sonradan bu məsələdə mövqeyini dəyişib. Hazırda “Sputnik V”nin sınaq partiyaları Rusiyanın bütün bölgələrinə çatdırılıb. Hamaley adına Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Qintsburqun sözlərinə görə, peyvəndin ilk dozaları 2500 könüllüyə inyeksiya edilib:
“3-cü dərəcəli kliniki sınaqlar artıq Moskvada başlayıb. Bu, olduqca bahalı layihədir”.
Mərkəz sədri bildirib ki, sınaqlar 2021-ci ilin yaz aylarında başa çatacaq. Ardınca peyvənd uşaqlar üzərində sınaqdan keçiriləcək. Xatırladaq ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Rusiyanın hazırladığı peyvəndin ziyansız olduğu açıqlanıb.
“Rusiyanın hazırladığı “Sputnik V” adlı koronavirusa qarşı peyvənd effektiv və insan orqanizmi üçün ziyansızdır” - ÜST-ün Avropa Bürosunun direktoru Hans Klyuqe Rusiyanın Baş naziri Mixail Muraşko ilə danışıqlar zamanı peyvəndlə bağlı qurumun mövqeyini açıqlayıb. Peyvənd hazırlanmasına görə Rusiyaya təşəkkürünü çatdırıb. Rusiya tərəfindən hazırlanan peyvəndin nə dərəcədə effektli olması ölkəmizdə də müzakirə mövzudur. Qeyd edək ki, qəzetimizə açıqlama verən mütəxəssislər əvvəllər də Azərbaycan hökumətini bu məsələdə ehtiyatlı olmağa çağırıb.
ATU-nun Farmokologiya kafedrasının dosenti Aydın Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ÜST-nin mövqeyini dəyişməsinə və peyvənd sınağının simptomsuz ötüşməsi ilə bağlı xəbərlərə baxmayaraq, o öz mövqeyində qalmaqda davam edir:
“İstər Rusiya, istər ABŞ, istərsə də Çin olsun, bunun fərqi yoxdur, onların istehsal etdiyi peyvəndi birbaşa qəbul etmək olmaz. Çox təəssüf ki, Ümumdünya Səhiyyə Təşkilatı iri dövlətlərin əlində oyuncağa çevirilib. İstərdim ki, bu peyvəndlər öz ölkələrində ümumi əhaliyə tətbiq olunduqdan sonra biz onu alaq. 1000-2000 nəfərin üzərində sınağın keçirilməsi göstərici deyil. Bu tibbdə sayılmır, bəzən xəstə dərmanı qəbul edir, özünü normal hiss edir, amma onun təsirləri çox sonralar üzə çıxır. ABŞ-da bildirirlər ki, peyvənd yanvar-fevral aylarında hazır olacaq. Rusiyada necə oldu ki, 3-4 aya bu hazırlandı. Mən qərar verməsəm də, millətim üçün ehtiyat edirəm. Bu təkcə ehtiyatlılıq deyil, elmin tələb etdiyi yanaşmadər. Mütəxəssis olaraq, hələlik bu məsələyə “yox” deyirəm. Biz, Azərbaycan olaraq öz sağlamlığımızı qorumaq üçün məsafədən, maskadan, gigiyenik vasitələrdən mütləq istifadə edək. Bir də həmişə təkrarladığım sözlərimə qayıdıram - İmmun sistemin gücləndirilməsi. Mövsümə uyğun qidalanma olmalıdır. Nə qədər ki, qidalarımız, dərmanlarımız, suyumuz keyfiyyətsiz olacaq, bizə heç bir peyvənd kömək edə bilməyəcək. Ərzaq məhsullarının yerli istehsalı genişləndirilməli, idxal məhsullarından istifadəyə son qoyulmalıdır”.
Professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, preparatlar ÜST-nin qeydiyyatına o zaman düşür ki, onlar müəyyən testlərdən keçsinlər, ortada müəyyən sübutlar olsun və s.:
“Bu peyvəndlə bağlı ÜST-nin açıqlaması hər halda maraqlıdır. “Təhlükəsiz” və “effektiv” parametrləri sübuta yetirilibsə, istifadəyə buraxıla bilər. Yəqin ki, ilk növbədə risk qrupuna daxil olanlara tətbiq olunacaq -xəstələrlə təmasda olan həkimlər, tibb personalı, ictimai nəqliyyatda çalışanlara vurulacaq. Amma ÜST bununla bağlı birmənalı açıqlama verərsə... Maraqlıdır ki, dünyanın aparıcı ölkələrinin farm kampaniyaları pevənd məsələsində xeyli geri çəkilsələr, tərəddüd etsələr də, Rusiyanın vaksini həm istehsal olundu, həm də dövriyyəyə buraxılmaq mərhələsindədir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2020, 12:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2020, 12:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50