"Poladımın ən böyük arzusu..." — Şəhid generalımızın anasından əsgərlərimizə MÜRACİƏT
Bu ağır və şərəfli döyüş günlərində şəhid generalımız Polad Həşimovun anası Səmayə xanım da əsgərlərimizə xeyir-dua vermək istəyib.
RegionXəbərləri.com Publika.az-a istinadən həmin müraciəti təqdim edir:
"Salam, mənim əsgər balalarım! Allah üstünüzdə yar olsun, sizi qorusun. Peyğəmbərlərimizin əlləri kürəyinizdə olsun. Mən general Polad Həşimovun yox, hamınızın anasıyam. Bütün dualarım sizinlədir. Gecə-gündüz əl qaldırıb, sizə dua edirəm. Mənim general balamın əsgərləri, döyüş yoldaşları!
Hamınıza can sağlığı arzu edirəm. Təşəkkürümü bildirirəm. Döyüşüb Poladımın qanını yerdə qoymamağınız üçün dua edirəm. Qolunuz qüvvətli olsun ki, Poladımın ən böyük arzusunu yerinə yetirəsiniz. Bayrağımızı Şuşada, Xankəndidə sanca biləsiniz. Elə o məqamda "Əziz generalım, bu qələbəni sənin ruhuna hədiyyə edirik" sözünü deyəsiniz.
General anası kimi ordumuzun qarşısında baş əyirəm, cənab Prezidentimizin yanındayam. Qoy Ali Baş Komandanımızın canı sağ olsun ki, ordumuz da möhkəm olsun. Bilsin ki, biz də onun arxasındayıq.
Əziz balalarım, qələbə gününədək döyüşün ki, biz şəhid analarına müjdə verəsiniz. Biz də sizi bağrımıza basaq".
Paylaş:
Müəllif : Fuad
Tarix:30-09-2020, 08:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-09-2020, 08:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11