Almaniya qəzeti PKK muzdlularının Qarabağda döyüşündən yazdı
Almaniyanın tanınmış “Der Freitag” həftəlik qəzeti “PKK muzdlu döyüşçüləri Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqalə dərc edib.
Məqalədə Ermənistanın Suriya və İraqdan PKK terrorçularını işğal altında saxladığı Dağlıq Qarabağa yerləşdirdiyinə dair həyəcanverici məlumatların olduğu bildirilir. Müəllif qeyd edir ki, Livan, Suriya və İraqdan erməni əsilli qaçqınları işğal olunmuş ərazilərdə yerləşdirməklə burada demoqrafik vəziyyətin dəyişdirilməsi nə qədər qanunsuz olsa da, bu, məsələnin bir tərəfidir. Lakin ABŞ və Avropa İttifaqı da daxil olmaqla, bütün Qərb ölkələri tərəfindən terror təşkilatı kimi qəbul edilən PKK döyüşçülərinin Dağlıq Qarabağda məskunlaşdırılması tamamilə başqa bir məsələdir.
Məqalədə bu məsələ ilə bağlı “Cairo24” xəbər agentliyinin etibarlı yerli mənbələrdən əldə etdiyi məlumatlara istinad edilib və bildirilir ki, Ermənistan öz yüksək ranqlı diplomatları vasitəsilə kürd yaraqlılarının militant qolu olan və Lahur Şeyx Cəngi Talabani və Bafel Talabaninin rəhbərlik etdiyi Kürdistan Vətənpərvər İttifaqı ilə terrorçuların transfer planı barədə danışıqlar aparıb. Bu danışıqların ardınca Kürdistan Muxtar Regionunun rəhbəri Nexirvan Bərzani ilə kürd döyüşçülərin Dağlıq Qarabağa göndərilməsi üçün koridorun yaradılması planına dair danışıqlar cəhdi uğursuz alındı.
Məlumatlara görə, Ermənistanın səyləri yüzlərlə silahlı terrorçunun PKK-nın İraqdakı dayaq mərkəzi hesab olunan Sülemaniyyədən Dağlıq Qarabağa göndərilməsi ilə nəticələndi. Çoxları tərəfindən PKK-nın Suriya qolu hesab edilən YPG-li terrorçulardan ibarət ayrıca bir qrup Suriya-İraq sərhəddində yerləşən Qamışlı adlı regiondan Dağlıq Qarabağa göndərildi. Sonra isə üçüncü bir qrup da eyni istiqamətə yola salındı.
Məqalədə qeyd edilir ki, bu, Ermənistanın öz məqsədləri üçün terrorçu və muzdlulardan istifadə etdiyi ilk hal deyil. Hələ ötən əsrin 90-cı illərində Dağlıq Qarabağda müharibə zamanı belə edilmişdi. Müəllif daha sonra kürdlərin hələ sovetlər dönəmində Ermənistan və Rusiya tərəfindən alətə çevrildiyini qeyd edir.
Sonra məqalədə hazırda baş verən hadisələrə toxunulur. Diqqətə çatdırılır ki, hazırkı Ermənistan hökuməti Azərbaycana qarşı savaş tonuna üstünlük verir və ölkədaxili siyasət, eləcə də səhiyyə və iqtisadi böhrandan irəli gələn hesablamalar əsasında danışıqlar prosesini əngəlləyir. Erməni hökuməti prinsip etibarilə razılaşdırılmış ATƏT çərçivəsində danışıqlara qoşulmaqdan imtina etməklə kifayətlənmir, o, eyni zamanda, sülh danışıqlarının yenidən başlamasını tələb edir. Erməni əhalisi getdikcə öz övladlarını cəbhəyə göndərməkdən imtina etdiyinə görə, hesab olunur ki, Ermənistan hökumətinin terrorçu qruplardan olan döyüşçülərdən istifadə etməklə öz vətəndaşları arasında insan itkisini minimuma salmaq qərarına gəlib. Baş nazir Nikol Paşinyan hətta ölkədə xalq milisi təşəbbüsü barədə elan verib və Burkina Faso kimi dünyanın böhranlarla silkənən regionlarında bunun üçün təhlükəli nümunələri görmək olar.
Məqalədə, həmçinin Qafqazda son illərin ən ağır düşmənçilik əməllərinin Ermənistan silahlı qüvvələrinin Tovuz rayonuna hücumu ilə başladığı əks olunub. Qeyd edilib ki, həmin hücumlar zamanı mülki əhali arasında da ölən və yaralananlar olub və hadisələrin gedişatı Ermənistanın yenidən atəşkəsə riayət etmədiyini göstərib.
Müəllifə görə, Dağlıq Qarabağ regionunun getdikcə hərbiləşdirilməsi və eləcə də Yaxın Şərqdəki yarımhərbi qruplardan muzdluların iştirakı münaqişənin beynəlxalq miqyas almasına və regional güclərin çətin vəziyyətə düşməsinə səbəb ola bilər. Ermənistanın təhlükəli hərəkətləri Azərbaycan və Avropa üçün strateji əhəmiyyət daşıyan regionda sabitliyin daha da pozulmasına yol aça bilər. Azərbaycan neft və qazını, eləcə də digər ixrac məhsullarının enerji və nəqliyyat bağlantıları ilə Gürcüstan, Türkiyə və Avropaya nəqli, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi böyük infrastukturlarını təhlükə altına almaqla Ermənistan Avropanın enerji və nəqliyyat təhlükəsizliyinə ciddi təhdidlər yaradır. /Trend
Paylaş:
Müəllif : Fuad
Tarix:2-10-2020, 09:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-10-2020, 09:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti