"14 həkimimiz könüllü olaraq cəbhə bölgəsində çalışır" - Baş həkim
Azərbaycanda fəaliyyət göstərən əksər tibb ocaqları kimi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası (TCK) da cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Klinikanın həkimləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərimizdən, eləcə də erməni təxribatı nəticəsində xəsarət alan mülki əhalidən köməyini əsirgəmir. ATU rektoru, professor Gəray Gəraybəylinin tapşırığına əsasən, klinikanın təcili yardım, reanimasiya, əməliyyatxana və digər şöbələri yaralıların qəbulu üçün tam hazır vəziyyətə gətirilib. Qeyd edək ki, universitetin və klinikanın 14 əməkdaşı könüllü olaraq cəbhə bölgəsinə gedərək, yaralı vətəndaşlarımıza və əsgərlərimizə tibbi xidmət göstərir.
DİA.AZ bildirir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Ramiz Poluxovun sözlərinə görə, klinikanın 60-dan artıq həkimi isə könüllü olaraq cəbhə bölgəsində işləmək üçün öz növbəsini gözləyir.
- Məlum olduğu kimi, ATU-nun Tədris Cərrahiyyə Klinikası 1 aprel tarixindən öndə gedən klinikalardan biri kimi koronavirus infeksiyasına qarşı mübarizəyə qoşuldu və bu dövr ərzində COVİD-19 infeksiyasına yoluxmuş müxtəlif yaş qrupundan olan 1000-ə yaxın xəstəyə yardım göstərdi. Bu xəstələr arasında koronavirus infeksiyası ilə yanaşı, müxtəlif cərrahi patologiyası olan xəstələr və hamilələr də az deyildi. Həmin xəstələrə də ixtisaslaşdırılmış yardım göstərildi. Tədris Cərrahiyə Klinikası respublikada koronaviruslu hamilələrdə doğuşu və neonatal xidməti təşkil edən ilk klinikalardan biri oldu. Fürsətdən istifadə edərək koronavirusla fədakarcasına işləyən bütün əməkdaşlara öz minnətdarlığımı bildirirəm. Sentyabr ayının əvvəlində koronavirusa yoluxma hallarının azalması və yaranmış boşluğu nəzərə alaraq, klinika tam təmir olunub və adi xəstələrin qəbuluna hazırlanıb. Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatı nəticəsində istər mülki əhali, istərsə də hərbçilərimiz arasında yaralananlar oldu.
Hörmətli rektorumuz, professor Gəray Gəraybəyli zəng edərək təcili klinikanin xəstə qəbuluna hazır olması tapşırığını verdi. Biz qısa müddətdə əməkdaşları topladıq. Rektor Gəray Gəraybəyli özü klinikaya gələrək əməkdaşlarla görüşdü. Klinikanın təcili yardım, reanimasiya, stasionar şöbələrini, əməliyyatxanalarını gəzərək, klinikanın xəstə qəbulu üçün tam hazır olduğunu bildirdi. Bizim klinika ixtisaslaşdırılmış cərrahi klinikadır və cərrahiyyənin bütün bölmələri üzrə yüksək
ixtisaslı cərrahi yardım üçün tam hazırdır. Artıq yaralı əsgərlərimizə ixtisaslı cərrahi yardım göstərməyə başlamışıq.
- Tədris Cərrahiyyə Klinikasının yüksək ixtisaslı tibb personalı könüllü olaraq cəbhə bölgəsinə gedib. Daha çox hansı sahə üzrə həkimlərə ehtiyac var?
- Bəli, elə həmin gündən universitetin və klinikanın 14 əməkdaşı könüllü olaraq bölgələrdə yaralı vətəndaşlarımıza və əsgərlərimizə yardım üçün göndərildi. Əsasən, ümumi cərraha, eləcə də, kardioloq, travmotoloq, reanimotoloqa daha çox ehtiyac var. Hazırda 60-dan artıq həkimimiz könüllü olaraq cəbhə bölgələrində işləmək üçün öz növbəsini gözləyir. Qeyd edim ki, Azərbaycan xalqı sülhsevər xalqdır, heç vaxt qan tökülməsini istəməyib. Ölkə rəhbərliyi 30 ildir ki, dözümlülük göstərərək münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Lakin Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsının həlli istiqamətində aparılan sülh danışıqlarına son qoyub və bu gün də öz təcavüzkar siyasətini davam etdirir. Ona görə də Azərbaycan xalqı Ali baş komandanın rəhbərliyi altında öz tarixi torpaqlarını qaytarmaq üçün mübarizəyə qalxıb. Təəssüf ki, müharibə itkisiz olmur. Mən Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda vuruşan bütün qəhrəman övladlarımızın valideynləri qarşısında baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaralı övladlarımıza tezliklə şəfa diləyirəm. Qələbə bizimlədir!
Paylaş:
Müəllif : Yazar
Tarix:6-10-2020, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-10-2020, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti